USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Sumqayıtın şefi həbslərdən ehtiyatlanmır... - Görünəni budur...

Siyasət

4-05-2020, 13:49

Sumqayıtın şefi həbslərdən ehtiyatlanmır... - Görünəni budur...Son günlər ölkə gündəmini daha çox məşğul edən mövzulardan biri Dövlət Təhlükəsizlik Xidmətinin rayon icra hakimiyyətləri ilə bağlı həyata keçirdiyi anti-korrupsiya əməliyyatlarıdır. Əvvəl İsmayıllı rayonunda İsmayıllı şəhərinin icra nümayəndəsi həbs edildi. Məlum oldu ki, həmin şəxs aztəminatlı ailələr üçün ayrılan yardımları mənimsəyirmiş. Ardınca Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İcra başçısı Mahir Quliyevlə birgə müavinləri saxlanıb.

Qeyd edək ki, bu, son 5 ay ərzində həbs edilən sayca dördüncü icra başçısı olur. Bundan əvvəl Ağstafa, Neftçalanın icra başçıları vəzifə başındaca saxlanıblar. Onların etdikləri qanunsuz əməllər əməliyyat çəkilişi vasitəsilə nümayiş olundu. Həbs olunanlardan biri isə Yevlaxın sabiq icra başçı idi. Görünən budur ki, bəzi icra başçıları dövlətin gördüyü tədbirlərdən nəticə çıxarmaq əvəzinə, öz qanunsuz əməllərini davam etdirirlər. Təsadüfi deyil ki, ölkə başçısı da bir neçə dəfə çıxışlarında bu incə məqamlara toxunub. Prezident deyib: “Bəzi yaramaz icra başçıları həm özlərini, həm də bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib”. Ölkə başçısı ötən ay Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən demişdi ki, daha hansı addımlar atılmalıdır, neçəsi həbs olunmalıdır ki, onlar belə əməllərindən əl çəksinlər: “Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu, eşitmədilər, ikinci hadisə oldu, eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər? Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”. Hadisələrin gedişi göstərir ki, yarıtmaz, korrupsioner icra başçıları ilə bağlı doğrudan da ciddi addımların atılması davam edir. Ancaq görünən budur ki, hələ də köhnə qaydada işini davam etdirən icra başçıları az deyil. Sosial şəbəkələrdə və bəzi elektron KİV-lərdə aparılan müzakirələrdən və dərc edilən materiallardan görünür ki, vətəndaşlar ölkədə aparılan ciddi anti-korrupsiya əməliyyatlarını dəstəkləyir və onların davamlı olmasını istəyirlər. Hətta açıq şəkildə DTX-nı rayonlarına dəvət edən vətəndaşlarımız da az deyil. Narazılığın daha çox ifadə edildiyi icra başçılarından biri də Zakir Fərəcovdur.

Ölkədə icra başçılarına yönəlik əməliyyatların fonunda Zakir Fərəcovun neqativ əməlləri ilə bağlı KİV-lərdə yayımlanan məlumatların analizi göstərir ki, Zakir Fərəcovdan Sumqayıt şəhərində aparılan abadlıq işlərinə görə pullarını ala bilməyən çoxlu sayda iş adamı var.

Sumqayıt Dənizkənarı Bulvarın tikintisi üçün ayrılmış milyonlarla manat vəsaitin işgörənlərə çatmaması, həm narazılığa, həm də qalmaqallı məsələyə çevrilib. Bununla bağlı tikinti işlərini həyata keçirən sahibkarlar bütün dövlət qurumlarlna üz tutublar. Onların əsas tələbi gördükləri işin müqabilində çatacaq pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, geri qaytarılmasıdır. Qeyd edək ki, sözügedən qalmaqal hələ 3 il əvvəldən başlayıb. Daha doğrusu, Bulvarın tikintisi 2016-cı ildə bitsə də, Zakir Fərəcov sahibkarlara çatacaq milyonlarla manat pulu bu günə qədər verməyib. İş adamları bildirir ki, bu müddət ərzində dəfələrlə icra başçısı ilə görüşməyə cəhd ediblər, amma faydası olmayıb. Rəsmi qurumlara etdikləri müraciətlərə müsbət cavab gəlsə də, problem hələ də həllini tapmayıb. Onlar bildirir ki, son üzə çıxan 3.7 milyon manat məsələsi isə Zakir Fərəcovun onların haqqını yeməsinin bariz nüminəsidir.

KİV-lərdə dərc edilən materiallrda bildirilir ki, Zakir Fərəcov Sumqayıt Bulvarında oğlunun adına “Paseydon” adlı restoran inşa etdirib: “Zakir Fərəcov oğlu Pərvin Fərəcovun adına sənədləşdirdiyi “Paseydon” adlı restoranı bizim pulumuzla inşa etdirib. Halbuki burada iki qanunsuzluq baş verib. Birincisi, dövlətin pulunu mənimsəyib. İkincisi isə oğlu Pərvin Fərəcovun biznes sahibi olmaq hüququ yoxdur. Çünki Pərvin faktiki olaraq prokurorluq işçisi sayılır”.

Qeyd olunur ki, Sumqayıt bulvarının tikintisinə və şəhərdə abadlıq işlərinə görə, dord yüzə yaxın şəxsə və sahibkara 8 milyon borc yaranıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovun fəaliyyətinin ciddi təftişə ehtiyacı var. Ölkə başçısı yeni Baş prokuroru videoformatda qəbul edərkən etdiyi çıxışda bildirdi ki, korrupsiya ilə mübarizə tədbirləri bitməyib. Prezident faktiki olaraq məmur korpusunda yeni həbslərin, yoxlamaların olacağına işarə etmiş oldu. Bu səbəbdən də kifayət qədər nöqsanlara yol verən icra başçıları üçün də qara buludların yaxınlaşdığı qənaətinə tam gəlmək olar. Bəs Zakir Fərəcov bundan niyə nəticə çıxarmır…
Azinforum.az

Paylaş:
Digər xəbərlər

Siyasət

4-05-2020, 12:36

İcra başçılarının həbsinin pərdəarxası məqamları məlum oldu: - DTX-nın növbəti hədəfi kim olacaq?

Araşdırma

2-05-2020, 16:46

Həbs edilən icra başçısının “krışa”sı kim olub? – Keçmiş nazirin qohumudur

Gündəm

1-05-2020, 13:15

Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO

Siyasət

1-05-2020, 13:30

DTX-nin həbs etdiyi sabiq icra başçısı bu ittihamlarla tutulub

Müsahibə

30-04-2020, 12:35

“Bu icra başçılarına da növbə çatacaq...” – Sabiq deputatdan REAKSİYA

Bölgə

30-04-2020, 12:11

İsmayıllı şəhər icra nümayəndəsinin barəsində həbs qətimkan tədbiri seçilib

Bölgə

11-03-2020, 11:15

"Samur gömrüyünə qədər gəlmişdilər, icra hakimiyyətinə də dönəydilər..." - GİLEY

Siyasət

5-03-2020, 16:26

Azərbaycanda ən gənc icra başçıları - SİYAHI

Siyasət

24-02-2020, 15:00

20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar...

Son xəbərlər
  • Bugün, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • Bugün, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • Dün, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • Dün, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • Dün, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
Daha çox
Çox oxunanlar
Dün, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Dün, 22:21
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Dün, 23:06
Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
Bugün, 14:37
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə