USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

10 noyabr bəyanatı olmasaydi Naxçıvana yol olmayacaqdı.

Siyasət

20-01-2021, 19:45

10 noyabr bəyanatı olmasaydi Naxçıvana yol olmayacaqdı.

Foto.info.az: Azərbaycan xalqının, o cümlədən mövqeyindən asılı olmayaraq, demək olar ki, bütün siyasi partiyaların Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun ətrafında sıx birləşməsi, 44 gün çəkən Vətən Müharibəsində möhtəşəm qələbə qazanaraq, 30 ilə yaxın yağı düşmənin tapdağı altında olan ərazilərimizin mütləq əksəriyyətinin azad edilməsi ilə nəticələndi. Əldə etdiyimiz möhtəşəm qələbə Azərbaycanımızın ərazi bütövlüyünün de-yure bərpasını təmin etsə də, təəssüf ki, “sülhməramlı” adı altında Rusiya qoşunlarının Daqlıq Qarabağa yeridilməsi bütün ərazimizdə süverenliyimizin de-fakto təmin edilməsinə müəyyən maneələr yaratmaqdadır. Biz, Azərbaycan dövləti və xalqı olaraq bu maneələrin müvəqqəti olduğuna qəti inanırıq və heç kəsin buna şübhəsi olmasın! Təbiidir ki, “sülhməramlı” adı altında Rusiya qoşunlarının Dağlıq Qarabağa soxulmasına həm xalqımızın, həm də, əsasən müxalifət partiyalarının münasibəti birmənalı deyildir, əksəriyyət onları işğalçı hesab edir və haqlıdırlar da. “Sülhməramlılara” bu cür münasibətin formalaşması birbaşa onların davranışı ilə bağlıdır. Məlumdur ki, 10 noyabr 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayayandırılmaı ilə bağlı Aərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş Naziri Nikol Paşinyan və RF Prezidenti Vladimir Putin tərəfindən üç tərəfli bəyanat imzalanmışdır. Bəyanatın 3-cü bəndinə uyğun olaraq Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu RF-nın sülh məramlı adı altında 1960 sayda odlu silahlı hərbi qulluqçularının və müəyyən sayda hərbi texnikanın yerləşdirilməsi nəzərdə tultulmuşdur. Bəyanatda həmçinin erməni silahlı qüvvələrinin regiondan çıxarılması, daxili məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmaları nəzərdə tutulur. Ancaq reallıqda bunların heç birinə əməl olunmur. Reallıq ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağda özünü sülhməramlı kimi yox, işğalçı kimi aparır. Bu əraziyə, müxtəlif adlar altında bəyantda nəzərdə tutulduğundan xeyli çox silahlı qüvvələr cəlb edib; erməni silahlı qüvvələrinin ərazimizdə hələ də qalmasına nəinki göz yumur, hətta onlara himayəçilik edir; “fəaliyyətlərini” qondarma “arsax”ın cinayətkar “rəhbərləri” ilə koordinasiya edir; Azərbaycanın etirazlarına baxmayaraq Ermənistan yetkililərinin, xaricilərin Dağlıq Qarabağa səyahətlərini təşkil edir; ərazidə məsgunlaşmış və zorla Ermənistandan gətirdikləri ermənilərə hümanitar yardımlar göstərir, onlar üçün evlər tikir, məktəblər, xəstəxanalar açır; sülhməramlıların mandatına uyğun olmayaraq zəbt etdiyi ərazilərdə təmir-bərpa işlərini həyata keçirir; Azərbaycanın qəti etirazına baxmayaraq ermənilərə hansısa status veriləcəyini vəd edir və s. Bu günlərdə RF Xarici İşlər Naziri S.Lavrov

jurnalistlərin suallarına cavab olaraq bildirmişdir ki: “Dağlıq Qarabağla bağlı məsələ region ölkələri (?), ilk növbədə, Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. ...Üç ölkə lideri 9 noyabr bəyanatında Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin üstündən keçərək bunu gələcəyə saxlamağa qərar verib. Çünki bu məsələdə Bakı ilə Yerevan arasında ciddi fikir ayrılığı var. Qarabağın statusu ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmalıdır”(?).

Bunlarla yanaşı “sülhməramlılar” azərbaycanlı köçkünlərin Dağlıq Qarabağa qayıdışına hər vəclə mane olurlar, yerləşdikləri ərazilərdə Azərbaycanın mülki hakimiyyətinin qurulmasına imkan vermirlər, bu əraziləri Azərbaycanın yox, Rusiyanın və qondarma “arsax”-ın “qanunları” ilə idarə edirlər; Azərbaycanın qəti etirazına baxmayaraq, S.Lavrovun timsalında,“Ermənistan yetkililərinin Dağlıq Qarabağa maneəsiz gəlişində heç bir maneə olmadığını” bəyan edirlər və s. Bütün bunlar nəzərə alınaraq Rusiya “sülhməramlılarının” Dağlıq Qarabağa yeridilməsinə imkna verən 10 noyabr 2020-ci il bəyanatının imzalanmasının Azərbaycanın mənafelərinə tam uyğun olmadığını qeyd edənlər ilk baxışda haqlıdırlar. Ancaq bir şeyi untmamaq lazım: ən düzgün qərar reallığa uyğun qəbul edilən qərardır! Reallıq isə bunlardan ibarətdir: Rusiya xarici siyasətində həmişə beynəlxalq hüquqa deyil, gücə arxalanan təcavüzkar dövlətdir; hələ də, keçmiş sovet respublikalarını

öz təsir dairəsində saxlamağa çalışır, buna “xoşla” nail olmadıqda gücdən istifadə edir. Rusiya Gürcüstanın ərazi bütövlüyünə qəsd edib Abxaziyanı, Cənubi Osetiyanı işqal edib “özününkiləşdirdikdə”, Ukrayna ərazilərini işğal edib qondarma “Donetski Xalq Respublikasını”, qondarma “Luqanski Xalaq Respublikasını” quranda kim ona mane ola bildi?

Məlumdur ki, SSRİ dağıldıqdan sonra nüvə silahlarının bir hissəsi Ukrayna ərazisində qalmışdı və bu, Rusiyanı, eləcə də, ABŞ-nı, Böyük Britaniyanı “narahat edirdi”. Buna görə də onların təkidi ilə Ukrayna nüvə silahıdan imtina etməyə məcbur edildi. Nəticədə nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verilməsinə dair 5 dekabr 1994-cü ildə Böyük Britaniya, Rusiya, ABŞ və Ukrayna Budapeşt Memorandumu imzaladılar. Memorandiumun 2-ci bəndində qeyd edilir ki: “Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş Ştatları Ukraynanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya güc tətbiq etməyəcəklərinə və silahlarının heç birinin Ukraynaya qarşı istifadə olunmayacağına zəmanət verirər...”. Amma nə oldu? Ukraynanın ərazi bütövlüyünə “zəmanət verən” Rusiya ona təcavüz edəndə digər iki “zəmanətçilər” harada idi?

İndi gəlin 10 noyabr 2020-ci il bəyanatının imzalandığı real şəraiti nəzərdən keçirək. Azərbaycan ordusu sürətlə irəliləyib torpqaqlarımızı erməni faşistlərindən azad edirdi. KİV-də yayılan məlumatlara görə Rusiya Pprezidenti V.Putin dəfələrlə Azərbaycan ordusunun irəliləməsinə mane olmağa cəhd etmişdi və bununla əlaqədar həm Azərbaycan, həm də Ermənistan rəhbərlərinə müraciət etmişdi. Amma müxtəlif səbəblərdən buna nail olmadığını, Azərbaycanın Dağlıq Qarabağı təmamilə azad etmək ərəfəsində olduğunu, bunun nəticəsində Cənubi Qafqazdan birdəfəlik çıxmaq perspektivi ilə qarşılaşacağını gördükdə, yenə də, “ənənəsinə” sadiq qalaraq təcavüz üçün bəhanəyə əl atdı, Ermənistan ərazisində Rusiyaya məxsus “sülhməramlı kontingenti müşayət edən”(?) helikopterin vurulmasını təşkil etdi! Bununla da, Azərbaycan ərazisinə təcavüz etmək üçün “tutarlı fakt” əldə etmiş oldu! 10 noyabr 2020-ci il bəyanatının imzalanmasının yanlış olduğunu, müharibənin tam qələbəyədək davam etdirilməli olduğunu düşünənlərə müraciət edirəm: bu “tutarlı fakdan” istifadə edərək Rusiya Azərbaycana təcavüz etsəydi və biz bu təcavüzkar dövlətlə hərbi münaqişəyə girsəydik Dağlıq Qarabağın hazırda “sülhməramlıların” nəzarəti altında olan ərazilərimizi azad edə biləcəkdikmi? Belə olduqda müharibə dalğası ölkəmizin digər əraizilərinə yayılmayacaqdımı? Deyə bilərlər ki, Tükiyə amili var və buna görə Rusiya Azərbaycana təcavüz etməyə cəsarət etməzdi. Biz türk qardaşlarımızın Vətən Müharibəsində Azərbaycan verdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirirk. Bu dəstək olmasaydı bizim qələbəmiz də çox çətin olardı. Amma Türkiyənin imkanlarını, onun Rusiya ilə yeni bir cəbhədə qarşı-qarşıya gəlməkdə maraqlı olmadığını da nəzərdən qaçırmaq olmaz, hərçənd qəti əminik ki, bu baş versəydi Türkiyə seyiçi qalmayacaqdı. Amma “nəyin nə vaxt edilməli olduğunu yaxşı bilən” Azərbaycan Prezidenti İlham Əliyevin qeyd edilən bəyanatı imzalamamışdan əvvəl Türkiyə Prezidenti cənab Ərdoğanla məsləhətləşdiyinə əminəm. Və hesab edirəm ki, regionda yaranmış real vəziyyət nəzərə alınaraq 10 noyabr bəyanatının imzalanması yeganə dügün qərar idi və bu Azərbaycanımızı daha böyük bəlalardan hifz etmiş oldu. Bir məsələni də nəzərdən qaçırmaq olmaz. Hesab edək ki, 10 noyabr bəyantı imzalanmasaydı və biz dana çox canlı qüvvə itkisinə məruz qalaraq Dağlıq Qarabağımızı təmamilə erməni vandallarından azad edə, onları birdəfəlik və həmişəlik torpaqlarımızdan qova bilərdik. Amma bu zaman həm bizim üçün , həmdə Türkiyəmiz üçün çox vacib olan Naxçıvan dəhlizi də olmayacaqdı, bizim, bizə qarşı münasibətdə Ermənistandan “heç də geri qalmayan” İrandan asılılığımız da davam edəcəkdi. Torpaqlarımızın çox hissəsinin azad edilməsi və Naxçıvan dəhlizinin açılması Azərbaycanın əldə etdiyi ən böyük nəaliyyətdir. O ki, qaldı “sülhməramlıların” yerləşdiyi əraizilərimizə-biz onları da mütləq azadəq edəcəyik! Sadəcə bunun müəyyən zamana eytiyacı var!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Siyasət

13-01-2021, 20:16

Danışıqlar davam edir

Siyasət

6-01-2021, 22:19

Azərbaycanlılara qarşı cinayət törətməyən erməni varmı?

Siyasət

31-12-2020, 13:20

Rusiya "sülhməramlıları"nın həddini aşması...

Siyasət

12-11-2020, 14:08

"Şayiələrə və təxribatçı fikirlərə uymağın zamanı deyil"

Siyasət

11-11-2020, 14:30

Sülhməramlılar Qarabağda hansı məntəqələrdə yerləşəcək? - Rəsmi XƏRİTƏ

Siyasət

10-11-2020, 13:31

İlham Əliyev Ərdoğanla danışdı

Siyasət

10-11-2020, 11:56

Türk ordusu gəlir, məsələ bitdi – Ekspert

Siyasət

10-11-2020, 10:19

Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 2 təyyarə yola düşüb

Siyasət

10-11-2020, 09:18

Qarabağla bağlı bəyanatın tam mətni AÇIQLANDI

Siyasət

10-11-2020, 09:16

Erməni qoşunlarının Qarabağdan çıxarılması prosesi başladı

Siyasət

29-10-2020, 17:20

Düşmənin bu alayı Qarabağa getməkdən imtina etdi

Siyasət

15-10-2020, 13:40

"Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir, onunla fəxr edir, qürur duyuruq”

Son xəbərlər
  • Bugün, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • Bugün, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • Bugün, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • Bugün, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • Bugün, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • Bugün, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • Bugün, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • Bugün, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • Bugün, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • Bugün, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • Bugün, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • Bugün, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • Bugün, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • Bugün, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
  • Bugün, 00:42
    Usik bütün çempionluq kəmərlərindən imtina etdi
  • Bugün, 00:39
    Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı
  • Bugün, 00:33
    Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
  • Dün, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
  • Dün, 13:36
    AŞPA-dan Azərbaycana sərt qətnamə: jurnalistlər, fəallar və siyasi məhbuslarla bağlı ciddi çağırışlar
  • Dün, 02:18
    “26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
  • 26-06-2026, 23:54
    Vaşinqton və Tehran yeni danışıqlar masasına oturur
  • 26-06-2026, 23:53
    Lukaşenkodan Moskvaya gözlənilməz səfər
  • 26-06-2026, 23:51
    Gürcüstan parlamentində gərginlik yumruq davasına çevrildi
  • 26-06-2026, 23:48
    Rusiya miqrantlar üçün dövlət rüsumlarını kəskin artırır
  • 26-06-2026, 19:45
    AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu
  • 26-06-2026, 02:30
    Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
  • 26-06-2026, 01:01
    Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
  • 25-06-2026, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • 25-06-2026, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
  • 25-06-2026, 18:00
    Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşdüyünü açıqladı
  • 25-06-2026, 17:54
    AŞPA Gürcüstanın Avropa Şurası standartlarına sadiqliyini sual altına aldı
  • 25-06-2026, 17:44
    “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
  • 25-06-2026, 13:44
    AŞPA Azərbaycanda tənqidi səslərin susdurulmasını pisləyib
  • 24-06-2026, 12:03
    “AŞPA: Serbiyada demokratiya və ictimai azadlıqlarla bağlı ciddi narahatlıqlar var”.
  • 23-06-2026, 21:52
    Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
Daha çox
Çox oxunanlar
26-06-2026, 01:01
Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
26-06-2026, 02:30
Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
25-06-2026, 20:03
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
22-06-2026, 01:56
Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
22-06-2026, 14:44
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Dün, 02:18
“26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Trampdan Meloni ilə bağlı yeni açıqlama

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə