USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Yoluxma pik həddə çatdıqca, ağır və kritik vəziyyətdə olan xəstələrin sayı da artır.
Foto.info.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
T.Eyvazov qeyd edib ki, COVID-19-a yoluxan bütün xəstələrin 80 faizi xəstəliyi yüngül və orta ağır keçirir:
"Yəni xəstəliyin ağır formaları bütün xəstələnmə hallarının təxminən 20 faizini təşkil edir. Onların arasında çox ağır, kritik vəziyyətdə olanların sayı 5 faizdir".
Baş infeksionist Azərbaycanda COVİD-19-dan orta ölüm səviyyəsinin Avropa ölkələri, hətta qonşu ölkələrlə müqayisədə aşağı olduğunu da deyib.