USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Bələdiyyələri narahat edən porblemlərdən biri – Sənədsiz mənzillər

Sosial

7-05-2021, 13:44

Bələdiyyələri narahat edən porblemlərdən biri – Sənədsiz mənzillər Hazırda ölkəmizdə formalaşan 1606 bələdiyyəni narahat edən, problem yaradan məsələlədən biri də ərazilərində şoxsayl sənədsiz mənzillərin mövcud olmasıdır. Bu gün bu məslənin həll edilməməsi ucbatından ölkə bələdiyyələri hər il kifayət qədər maliyyə vəsaiti itirir. Problemin həlliylə bağlı bir sıra hüquqi sənəd qəbul olunsada hələlik tam şəkldə irəliləyiş hiss edilmir. Bununla bağlı bəzi məqamlara toxunaq”.

Bunu “Xalq Cəbhəsi”nə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 13.05.2019-cu il tarixli 37 nömrəli Sərəncamının icrasına dair 27.06.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar məlumat forması bütün icra və bələdiyyə strukturlarına göndərilib. Artıq bununla bağlı siyahıyaalınma prosesi bşa çatıb: “Anket formasında maraqlı məqam ondadır ki, bəri başdan magistral boru kəmərlərinin, gərginliyi 10 KVt-dan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, avtomobil yollarının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, suların mühafizə zonalarında, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin 20-50 metrlik sahilboyu zolağında, habelə sürüşmə zonalarında yerləşən yaşayış evləri və torpaq sahələri siyahıya daxil edilmir.

Belə qənaətə gəlmək olar ki, bu kateqoriyaya düşən evlər sökülə bilər. Bununla bağlı yəqin ki, bir konsepsiya var. Əgər varsa sualların meydana çıxmaması üçün açıqlansaydı daha yaxşı olardı. Anket formasından hiss olunur ki, bu dəfə məsələyə çox ciddi yanaşılıb”.
V.Tofiqli onu da deyib ki, bu gün layihənin icrası sürətlə gedib və bir sıra rayonlarda ardıcıl olaraq bununla bağlı müşavirə və seminarlar keçirilib. Lakin bəzi məqamlar tək mənim üçün yox, elə ictimaiyyət, habelə sənədsiz mənzil sahibləri üçün qaranlıq qalıb.

1. Anket formasında “Yerli Ekspert Komissiyası üzvülərinin imzası” qeyd edilir: “Sual olunur ki, bu komissiya kim tərəfindən yaradılıb və kimlər təmsil olunur ya olunacaq? Yəni komissiya bütün qaldırılan məsələlərə cavab vermək səlahiyyətində olacaqmı? Və bu prosesdə şəffaflıq necə təmin ediləcək? Bu günədək gedən proseslərdə ictimaiyyət necə və hansı formada məlumatlandırılıb, bilən varmı? Hər halda rəsmi məlumata şəxsən mən rast gəlməmişəm. Ola bilsin ki, verilib. Amma şəxsən mən gündəlik medianı izləyən bir şəxs kimi bu məlumata rast gəlməmişəmsə, demək verilməyib. Amma deyim ki, məlumat və komissiyanın fəaliyyəti işıqlandırlmalıydı. Birmənalı olaraq. Həftəlik və aylıq hesabatların açıqlanması, komissiyanın qarşılaşdığı çətinliklər və sair məsələlərə aydınlıq gətirilməlidir. Bir də ən maraqlısı odur ki, komisiyalarda kimlər təmsil olunur. Bilən varmı? Düşünürəm ki, prosesə start verərkən bu məqamlara diqqətli olmaq lazım idi”.

2. İndiki məqamda anketdə tələb olunan sualların cavablandırılmasında suallar meydana çıxa bilər: məsələn, anketdə belə bir sual var - “evlə bağlı mübahisənin olub-olmaması barədə məlumat” – bu məqamı kim dəqiqləşdirəcək: “Tutaq ki, ev sahibi yox deyəcək. Komissiya rəy verəcək sonda sənədləşdrimə zamanı məlum olacaq ki, ev mübahisəlidir. Belə məqamda necə olacaq. Və ya qeydiyyat məsələsi də ciddi məsələsidir. Yadımdadır ki, Keşlə qəsəbəsində bir sənədsiz mənzilə qeydiyyatda 128 nəfərin olduğu məlum olmuşdu. Deyim ki, ev sahibinin sonadək bundan xəbəri yox idi. Belə olan halda evin sənədləşdirilməsi necə olacaqdır? Evdə, tutalım yaşayır Məmməd, ondan xəbərsiz evə on nəfər adam qeydiyyata salıblar, sənədləşdirəndə demək çıxarışda onlarında Qanunla rəsmən payı qeyd edilməlidir. Ancaq Məmməddən başqa qeydiyyatda olanların mənzilə heç bir aiddyyəti yoxdur axı. Bəs belə olan halda necə olacaq, bilən varmı?”

3. Nəhayət, başqa bir sual “Yaşayış evinin tikinti standartlarına uyğunluğu (yararlı, yararsız olub-olmaması) barədə məlumat”- bu sualı kim cavablandıracaqdır: “Mənzil sahibinin bu standartdan xəbəri varmı? Tutalım ev sahbi deyəcək yararlıdır, komissiya rəy verəcək ki, yararsızdır. Demək ev sökülməlidir. Sənəd də belə halda verilməyəcək. Narazılığın qarşısnı bəs kim alacaq? Bu bizim ilkin suallarımızdır. Hər halda bu məqamlara vaxtında aydınlıq gətirilməlidir ki, əlavə suallar meydana çıxmasın. Beləliklə, uzun illərdən bəri yüz minlərlə insan həvəslə və həsrətlə gözlədiyi gün cənab Prezidentin göstərişdindən sonra yaxınlaşmaqdadır. Prosesə start verilməsi hər kəsin ürəyincədir. Proses uğurla başa çatsa təssəvür edin ki, minimum 550 min mənzil sahibinin əlində çıxarışı olacaqdır. Bu ilk növbədə vətəndaşın xeyrinə yönələn bir addımdır, ikinci növbədə isə bələdiyyələrin büdcə gəlirlərinə kifayət qədər müsbət təsir edəcəkdir”.

Son olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumat diqqətimi çəkdiyindən gecikdirmədən (http://belediyye.info/new/details/torpaqlardan-qanunsuz-istifade-hallari-arasdirilib-faktlar--6381.htm) bəzi məqamlara münasibət bildirməyi özümə borc bilirəm: “Cənab Prezident İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə pozuntuların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqları canla-başla icra edildiyini dilə gətirən Əmlak Məsələləri Dövlət Xidməti kaş ki üç istiqamət üzrə, özü də ayrı-aryı rayonlarda olan regional idarələrin birləşdirilməsi məsələsinə də bir aydınlıq gətirəydi. Yəni bir qurumun üç istiqamət üzrə saysız-hesabsız regional idarələri formalaşdırılıb. Bu fikri önə çəkməklə biz regional idarəetməyə keçidn əleyhinə deyilik. Əksinə araşdırma və yazılarımızda daim bu ideyanın daha geniş miqyas almasının tərəfdarıyıq. İradım onadır ki, bu cür regional idarəetmə qəbul edilən deyil. Əslində idarətemədə optimallaşdırılmanın aparılmasında əsas meyar vətəndaş məmnunluğunun təminatı dayanır.

Əgər qəbul edilən qərar buna yönəlmirsə demək qərar düz verilməyib. Ən acınacaqlı məqam ondadır ki, müşahidələrimiz göstərir ki, bu qurumların, yəni mövcud regional idarələrin heç biri digərini qəbul etmir. Qısası qurumlar arası əlaqələr sıfır həddindədir desəm, yəqin ki, yanılmaram. Fikir verin misal olaraq bir regional idarəyə toxunaq: İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi -əhatə etdiyi rayonlar -Bərdə, Ağdam,Tər-tər, Naftalan, Goranboy. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi - əhatə etdiyi rayonlar -Bərdə, Ağdam,Tər-tər,Naftalan, Goranboy. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsi - əhatə etdiyi rayonlar -Mingəçevir, Ağdaş, Yevlax, Bərdə, Tərtər, Ağdam. Olmazmı bu idarələr, hətta idarə içində olan “idarə”lər ləğv edilsin və yenidən təşkil edilməklə şəffaflıq təmin edilmiş olsun. Misal olaraq Goranboy rayonunun ucqar kənd sakini bir sənədin həll edilməsi üçün həm Bərdə şəhərinə, həm də Mingəçevir şəhərinə üz tutmalıdır. Amma xidmət əməkdaşları deyə bilərmi ki, vətəndaş bu sənədlərin həlli üçün necə dəfə bu şəhərlərdəki idarələrə ayaq basmalıdır? Odur ki, vətəndaşın həyətyanı torpaq sahəsini əldə etməklə bağlı bələdiyyəyə müraciətindən sonra əldə etmək istədiyi torpaq sahəsinin "kupçasnı" və bununla bağlı prosesin niyə aylarla, hətta bəzən illərlə çəkdiyinə də xidmət əməkdaşları cavab versəydi yaxşı olardı”.

QHT sədrinin fikrincə, torpaq alarkən vətəndaşın necə zülm çəkməsinə səbəb olan, bələdiyyənin isə ikiqat problemlə üz-üzə qoyan Xidmət niyə bu günədək bələdiyyələrin mülkiyyətinə torpaq və əmlak verməyib? Nəyi gözləyir. Axı bütün bunlarla bağlı Prezident Fərman və Sərəncamları hələ 1999-cu ildə imzalanıb. Üstəlik bu proseslərin onlayn şəklidə icrası, şəffaflığın təmin edilməsi, hərrac prosesindəki natamamlığın olması həqiqətən narahatlıq doğuran amillərdəndir. Maraqlıdır, əvvələr hərrac komissiyasının beş üzvü olduğu halda indi onun dörd üzvünün olmasını kim müəyyən edib. Hərrac komissiyasının beşinci üzvü kimi çıxış edən vətəndaº cəmiyyətinin təmsilçisini (və ya rayon ictimaiyyətinin nümayəndəsi) siyahıdan kim çıxarıb.

Ümumiyyətlə, təhlillər göstərir ki, hərrac komissiyaların fəaliyyətinə yenidən baxılmasına zəruriət var. Bundan başqa pay torpağını örüş sahəsinə çevirən, hətta kəndlərin, şəhərlərin mərkəzini belə örüş sahəsi kimi qeyd edən, örüş sahələrini də kateqoriyaya aid edib müəyyən maraqlar güdən, maraqlıdır, kimlərdir? Bələdiyyə sədrləri ya xidmət əməkdaşları? Bir çox hallarda bələdiyyə ərazisini dövlət mülkiyyəti hesab edən, bələdiyyələrə iki dəfə rüsum ödətdirən bir qurum nə vaxt sakinlərin, Azərbaycan vətəndaşlarının real olaraq məmnunluğunu qazanmağa səy göstərəcək. Bilmək maraqlı olardı. Üstəlik, iyirmi ildir min bir bəhanə ilə paytaxt bələdiyyələrinə mülkiyyətə torpaq sahəsi ayrılmırsa, əraziləri tanıdılmırsa Xidmətin fəaliyyətinə necə qiymət verək. Bu gün bələdiyyələrə xəritələri təsdiq edilib verilmədiyindən bələdiyyə öz ərazisini nə məhkəmə qarşısında, nə Bakı Nəqliyyat Agentliyi qarşısında, nə Dövlət Reklam Agentliyi qarşısında, nədəki Ekologiya və Təbii sərvətlər nazirliyi qarşısında isbat edə bilmədiyindən milyonlarla manat maliyyə vəsaiti itirir, məhz İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyəti nəticəsində. Nəticə də isə sakinlərin qaldırdığı problemlər vaxtında öz həllini tapmır və narazılıqlar, inciklliklər və problemlər yaşanır: «Başqa bir tərəfdən Abşeron, Binəqədi, Sabunçu rayonlarında zəbt edilmələri həvəslə deyən xidmət əməkdaşları axı bununla özünü “yeni Amerika” açmış kimi göstərməməlidir. Çünki bu proseslərdə, habelə problemin bu şəkil almasında xidmətin də öz günahı və öz məsuliyyəti var. Hər halda etiraf edilsəydi daha məqsədəuygun olardı.

Son olaraq qeyd etmək istərdim ki, biz cənab Prezident İlham Əliyevin atdığı bütün addımları dəstəkləyirik. İlham Əliyev Ali Baş Komandan kimi ötuz illik mücadilədən sonra Qarabağ problemini birdəfəlik həll etməklə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdrımış oldu. Və bu gün Azərbaycan məhz İlham Əliyevin sayəsində Qafqazda söz sahibidir. Bu reallığı heç bir Azərbaycan vətəndaşı dana bilməz. Sözsüz ki, sadaladığımız mövcud problemlər inkişafa maneə yaratmır. Ancaq bizdə vətəndaş cəmiyyətinin təmsilçisi olaraq idarəetmədə öz yeri olan bir qurumun qarşılaşdığı problemi qaldırmaqla onun tezliklə həll edilməsini və ölkəmizin daha yüksək inkişafa nail olmasını istərdik. Məhz əsas məqsədimiz də elə budur. Odur ki, düşünürəm ki, şəxsinə hörmətim olan Mikayıl Cabbarov qaldırılan məsələlərə reaksiya verməklə onların aradan qaldırılmasına yardımçı olacaqdır. Məhz hörmətli Mikayıl Cabbarovun müdaxiləsindən sonra vətəndaşlarda və on beş minlik bələdiyyə üzvlərində narazılıq yaradan məqamların aradan qaldırlacağına tam əminəm”.

Paylaş:
Digər xəbərlər

Sosial

6-05-2021, 17:54

İcra başçısının qalmaqallı müavini işdən çıxarıldı

Sosial

5-05-2021, 15:58

Ölkəmizdə xarici diplomların tanınması qaydaları dəyişdirilir

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

8-02-2021, 16:33

Maksim Kuryaçiy: “Rəsmi Bakı və Kiyev mövcud potensialdan tam istifadə etmir”

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

8-02-2021, 16:29

Nazirlər Kabineti yeni qərarların izahını verib

Gündəm / Siyasət / Sosial

3-02-2021, 18:43

Gənc ailələr, boşanmalar, vətəndaş nikahları - Deputatlar iclasa TOPLANDI

Siyasət / İqtisadiyyat / Sosial

26-01-2021, 21:56

SOCAR-ın rəhbər strukturlarında kadr islahatları gözlənilir

İqtisadiyyat / Sosial

25-01-2021, 21:03

“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

Siyasət / Sosial

15-01-2021, 23:34

ANAMA ləğv edildi

Sosial

16-11-2020, 11:40

Şuranın dəstəyilə Qubada qida təhlükəsizliyinin artırılması mövzusunda tədbirlər təşkil olunub

Sosial

21-09-2020, 10:42

CASCFEN “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin icrasına başlayıb

Sosial

20-09-2020, 15:18

Kimlər təhsil haqqı ödəməkdən azaddırlar? - SİYAHI

Sosial

17-04-2020, 16:59

Azərbaycanda işəgötürənlərlə ixtisarlarla bağlı xəbərdarlıq edilib

Son xəbərlər
  • Dün, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • Dün, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • Dün, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • Dün, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • Dün, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • Dün, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
4-08-2026, 22:23
Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
9-08-2026, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə