USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Erməni əsirliyində olanlar dəhşətli faktları açıqladı

Sosial

16-06-2021, 13:47

Erməni əsirliyində olanlar dəhşətli faktları açıqladıAzərbaycanlı əsirlərə işgəncələr verən erməni cinayətkarlar barəsində məhkəmə prosesi davam etdirilib.

Foto.info.az xəbər verir ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan törətdikləri əməllərlə bağlı Yasamal rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsi tərəfindən keçirilən növbəti məhkəmə iclasında zərərçəkənlər dindirilib.

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkən qismində dindirilən Həbib Kazəmov bildirib ki, Qubadlı istiqamətində Milli Qəhrəman Əliyar Əliyevin batolyonunda döyüşüb və həmin istiqamətdə yaralanaraq huşsuz halda əsir düşüb:

"Əsir düşən kimi Şuşa türməsinə gətirildim və orada mənim Sumqayıtdan olduğumu öyrəndilər. Buna görə də mənə " Sumqayıt" ləqəbi qoymuşdular. "Loxa" adı ilə tanıdığım Lüdvik mənə Sumqayıtdan olduğum üçün xüsusilə ağır işgəncələr verirdi. Meşə odunu ilə vəhşicəsinə döyürdülər. Həmçinin 1994-cü ildə Şuşada erməni Vahanın abidəsinin açılış vaxtı bizi gətirib amansız əzablar verdilər. 1 il 9 ay əsirlikdə oldum və həmin müddətin 1 ilinin 2 ayı ərzində bu iki şəxsi görmüşəm. Onları yalnız Şuşa həbsxanasında görürdüm və hərbi formada olurdular. İstədikləri vaxt istədikləri qədər işgəncələr verirdilər. Xankəndinə aparıldığımız vaxt isə uşaqları gətirib bizi heyvan nümayiş etdirirmiş kimi göstərirdilər. Böyrəyimdə, qaraciyərimdə, boynumda hələ də bu şəxslərin verdiyi işgəncə izləri qalıb".

Məhkəmədə dindirilən digər keçmiş hərbi əsir Zaur Rzayev də təqsirləndirilən şəxsləri tanıyıb. O bildirib ki, 1994-cü ilin yanvarında hərbi xidmətə gedib və mart ayında Ağdam istiqamətində əsir düşüb: "Gözümü açanda Xankəndi xəstəxanasında idim. Orada yaralarıma siqaret basırdılar. Ayaqlarını basaraq yaramın sağalmasına imkan vermirdilər. Armaturla, bel ilə vəhşicəsinə döyürdülər. Bizi Xocavəndə aparıb Samvel Babayanın fermalarında işlədirdilər. Ağdama və Füzuliyə aparıb evləri bizə sökdürüb fermaya gətirirdilər. Bu iki şəxsdən Lüdvik də orada nəzarətçi kimi iştirak edirdi. Növbəni təhvil verən və növbəni təhvil alanlar hər dəfə bizi vəhşicəsinə döyürdülər.

Çıxış edən digər zərərçəkən Famil Əliyev isə bildirib ki, əsir düşəndən bir neçə gün sonra Şuşa həbsxanasına gətirilib. Bu şəxslərin ikisini də Şuşa həbsxanasında tanımışam. Bakıda üzləşəndə üz cizgilərindən və həmin vaxt çəkilən fotolardan onları tanıdım. Bu şəxslər bizə dəhşətli işgəncələr verib. Təsəvvür edin yolda otu təmizlədəndən sonra bizə niyə otu incitdiyimizi deyib otun çıxdığı yeri yalatdırırdılar. Dubinka ilə o qədər döyürdülər ki, dubinka sındı və orada bildim ki, dubinkanın içində tros olur. Bizi həmçinin tez-tez Şuşadakı qəbiristanlığa aparıb qəbirləri qazdırırdılar. İnsan kəllələrini çəxardıb qızıl diş axtarırdılar. Sonra siqaret kötüyünü qəbirə atıb, bizim yenidən onu qazıb çıxarmağımızı tələb edirdilər

Şuşa həbsxanasında ayaq dırnaqlarımı çıxarıblar. Eyni zamanda dəfələrlə Samvel Babayanın fermalarına aparıb bizi işlədirdilər və orada ağır işgəncələr verirdilər".

Çıxış edən zərərçəkənlərdən Rauf Qafarov isə qeyd edib ki, 1993-cü ildə Füzuli istiqamətində əsir düşüb:

"Məni 1 gün sonra Xankəndinə gətirdilər. Orada uşaqlardan ikisi qaçmaq istəyəndə erməni silahlıları tərəfindən öldürüldü. Ağzında qızıl dişi olan əsgər yoldaşımın dişlərini söküb götürdülər. Orada daha 2 əsiri də döyə-döyə öldürdülər. Sonra bizi Şuşa həbsxanasına saldılar. Orada bu 2 ermənini görmüşəm və onlar bizə işgəncələr verib. Həbsxanada olarkən Suqamqayıtdan olan bir erməni polis rəisi 5-ci sinifdə oxuyan oğlunu ora gətirdi. Uşaq bizi görən kimi qaçıb uzaqda dayandı. Sonra bildik ki, ermənilər məktəblərdə türklərin adamyeyən olduğunu deyir. Uşaq da qorxusundan qaçıb".

Dəhşətli işgəncələrə məruz qalan Zahid Həsənov isə bildirib ki, daha əvvəl Əfqanıstanda döyüşüb. 1993-cü ildə könüllü cəbhəyə yollanıb. Füzulinin Seyidəhmədli kəndində gedən döyüşlərdə mühasirədə qalıb, yaralı halda gizlənsə də, 1 gün sonra ermənilər onu taparaq əsir götürüb:

"Xankəndində olarkən Rusiyanın Vesti proqramı orada azərbaycanlı əsirlərdən müsahibəyə gəlmişdi. Mən də rus dilini bildiyim üçün müsahibə verməyə məcbur edildim. Amma danışmadım, ona görə də erməni jurnalist qəzetə bükdüyü dəmirlə başıma zərbə endirdi

Həmin zərbə yeri hələ də başımdadı. 1994-cü ilin mart-aprel aylarında yaralı halda Xankəndi xəstəxanasında saxlanılsam da, mənə tibbi yardım göstərilmədi, Xankəndində mülki şəxslər xəstəxanaya daxil olaraq bizi döyürdülər. Alyoşa Xosrovyan ora tez-tez gələrək sağalan əsirləri Şuşa həbsxanasına aparırdı və məni tanıyırdı. Aprelin axırında məni Şuşaya apardılar. Orada Alyoşa məni görən kimi erməni dustaqlarla birgə mənə işgəncələr verdi. O, Rusiya kanalına müsahibə vermədiyimə və Əfqanıstandan gətirdiyim hərbi formanı geyindiyimə görə amansız rəftar edirdi.Lüdvik də dəfələrlə odunla, trosla döyərək mənə xəsarətlər yetirib və qabırğalarımı qırıb".

Zərəçəkənlərin ifadələrinin alınmasından sonra məhkəmə iclası başa çatıb. Növbəti iclas 23 iyuna təyin edilib.

Paylaş:
Digər xəbərlər

Sosial

11-06-2021, 13:15

Həbsdə olan partiya sədri apellyasiya şikayəti verib

Sosial

9-06-2021, 14:00

Hüquq müdafiəçiləri Niyaz Niftiyevlə bağlı Prezidentə müraciət ediblər

Sosial

9-06-2021, 09:52

Bu gün erməni terrorçularının məhkəmə prosesi olacaq

Sosial

21-05-2021, 13:02

Deputat həbsdə olan bələdiyyə sədrinin müdafiəsinə qalxdı

Sosial

10-05-2021, 14:32

Generalla birlikdə həbs edilən yüksək rütbəli zabitlər azadlıqda

Sosial / Bölgə

7-04-2021, 21:19

AZƏRBAYCAN TƏRƏFİ ERMƏNİ ƏSKƏRİNİN CƏSƏDİNİ QARŞI TƏRƏFƏ TƏHVİL VERİB

Gündəm / Sosial / Hadisə / Bölgə

19-02-2021, 19:02

Qusarda tanışını bıçaqlayan şəxsin məhkəməsi keçirilir

Gündəm / Sosial / Hadisə

19-02-2021, 19:00

Ramiz Mehdiyevin həyat yoldaşına qarşı iddia üzrə məhkəmə prosesi keçirildi

Sosial

10-01-2021, 17:17

Ombudsman azad olunan ərazidəkı erməni ilə görüşdü

Sosial

14-12-2020, 16:07

Dörd hərbi qulluqçu həbs olundu - RƏSMİ

Sosial

24-11-2020, 13:59

Erməni terrorçu barədə həbs qərarı verildi

Sosial

6-11-2020, 12:34

Əsir düşmüş erməni adventis Bakıdakı kilsədə dua edib - FOTO

Son xəbərlər
  • Bugün, 01:54
    Rusiya Müdafiə Nazirliyi Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • Bugün, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • Bugün, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • Bugün, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • Bugün, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • Bugün, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • Bugün, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
  • Bugün, 00:42
    Usik bütün çempionluq kəmərlərindən imtina etdi
  • Bugün, 00:39
    Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı
  • Bugün, 00:33
    Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
  • Dün, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
  • Dün, 13:36
    AŞPA-dan Azərbaycana sərt qətnamə: jurnalistlər, fəallar və siyasi məhbuslarla bağlı ciddi çağırışlar
  • Dün, 02:18
    “26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
  • 26-06-2026, 23:54
    Vaşinqton və Tehran yeni danışıqlar masasına oturur
  • 26-06-2026, 23:53
    Lukaşenkodan Moskvaya gözlənilməz səfər
  • 26-06-2026, 23:51
    Gürcüstan parlamentində gərginlik yumruq davasına çevrildi
  • 26-06-2026, 23:48
    Rusiya miqrantlar üçün dövlət rüsumlarını kəskin artırır
  • 26-06-2026, 19:45
    AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu
  • 26-06-2026, 02:30
    Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
  • 26-06-2026, 01:01
    Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
  • 25-06-2026, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • 25-06-2026, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
  • 25-06-2026, 18:00
    Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşdüyünü açıqladı
  • 25-06-2026, 17:54
    AŞPA Gürcüstanın Avropa Şurası standartlarına sadiqliyini sual altına aldı
  • 25-06-2026, 17:44
    “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
  • 25-06-2026, 13:44
    AŞPA Azərbaycanda tənqidi səslərin susdurulmasını pisləyib
  • 24-06-2026, 12:03
    “AŞPA: Serbiyada demokratiya və ictimai azadlıqlarla bağlı ciddi narahatlıqlar var”.
  • 23-06-2026, 21:52
    Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
  • 23-06-2026, 18:15
    Christophe Lacroix: “Azərbaycanda artıq totalitar dövlət modelindən söhbət gedir”
  • 23-06-2026, 16:43
    Avropa Şurası Konqresi Gürcüstanda yerli özünüidarəetmə ilə bağlı vəziyyəti araşdıracaq
  • 23-06-2026, 16:41
    Avropa Şurası Konqresi Gürcüstanda yerli özünüidarəetmə ilə bağlı vəziyyəti qiymətləndirəcək
  • 23-06-2026, 16:05
    Tanja Gonggrijp Avropa Şurasının Baş katibinin müavini seçildi
  • 22-06-2026, 19:00
    İran Prezidenti Pakistana səfər edəcək
  • 22-06-2026, 18:57
    Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
  • 22-06-2026, 18:54
    “Dostluq” tankeri Azərbaycan-Türkmənistan münasibətlərinin yeni rəmzi oldu
Daha çox
Çox oxunanlar
26-06-2026, 01:01
Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
26-06-2026, 02:30
Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
25-06-2026, 20:03
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
22-06-2026, 01:56
Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
21-06-2026, 13:35
AŞPA-dan Azərbaycanla bağlı sərt hesabat: “Tənqidi səslər sistemli şəkildə susdurulur”
22-06-2026, 14:44
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Trampdan Meloni ilə bağlı yeni açıqlama
Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə