USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

E-TƏBİB xəbərdar edir: Avtobusda, parkda, marketdə koronavirus xəstələri var: - Yoluxmuş şəxsləri evdən kim buraxır?

Səhiyyə

11-08-2020, 15:31

E-TƏBİB xəbərdar edir: Avtobusda, parkda, marketdə koronavirus xəstələri var: - Yoluxmuş şəxsləri evdən kim buraxır?Xəbər verildiyi kimi, koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiq“E-TƏBİB” vasitəsilə ictimai yerlərdə olarkən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilirik.

Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqə olubsa (məsələn, növbədə, dükanda, ictimai nqəliyyatda və s.), sözügedən tətbiqi telefonuna yükləyən şəxsə bildiriş göndərilir.

Cebhe.info-ya daxil olan müraciətə görə, bugünlərdə ictimai nəqliyyatda olan şəxsin telefonuna ətrafında potensial virus daşıyıcısı olan şəxslə bağlı bildiriş gəlib, şəxsə olduğu yeri tərk etmək, sosial məsafəni qorumaq tövsiyə olunub. Şəxs xəbərdarlıq mesajından sonra dərhal avtobusu tərk edib. Bu da həmin xəstələrin küçəyə necə və niyə çıxdığı, ictimai nəqliyyatdan necə istifadə etdiyi sualını yaradır.

Maraqlıdır, barəsində E-TƏBİB istifadəçisinə mesaj gedən potensial virus daşıyıcısı kimlərdir? Xəstəxanada müalicə alıb sağalanlar, yoxsa testi pozitiv çıxan və müalicəsi evdə tövsiyə olunanlar?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan "E-TƏBİB" layihəsinin rəhbəri Fuad Niftəliyev deyib ki, məlum bildiriş tətbiqi telefonuna yükləyən şəxslərə göndərilə bilər: “Avtobusda barəsində şəxsə bildiriş gələn xəstələr analizi pozitiv çıxanlardır. Bu, proqram inteqratordur. Əgər xəstə xəstəxanadan sonra evə əlavə müalicə üçün göndərilibsə, həmin adam pozitiv xəstə kimi qalır. Məsələn, adam ayın 1-i analiz veribsə və cavabı pozitiv çıxıbsa, şəxs 14 gün müddətində yoluxmuş sayılır. 14 gün müddətində xəstəxanada, yaxud evdə müalicə ala bilir. Təbii evdə müalicə alıb, amma küçədə gəzirsə, potensial koronavirus xəstəsi sayılır. Bizdə olub ki, şəxs özünü yaxşı hiss edib və xəstəliyin hər hansı simptomu onda olmayıb. Amma gəzib və avtomatik olaraq camaatı yoluxdurub. Tutaq ki, şəxs iki gün əvvəl koronavirusdan test verib və E -TƏBİB proqramını telefonuna yükləyib ki, nə vaxtsa ona cavab gələcək. Şəxs ona cavab gələnə qədər gəzir, ictimai nəqliyyatdan istifadə edir. Hətta ona cavab gəlib, amma xəbəri yoxdur. Digər ehtiyatda olan şəxs ona yaxınlaşanda telefonuna avtomatik mesaj gəlir ki, ətrafınızda aktiv korona xəstəsi var. Mesaj gələn şəxsin olduğu məkanı tərk etməkdən başqa yolu yoxdur. Çünki E-TƏBİB tətbiqi koronaviruslu xəstələr barədə şəxsi məlumatları verə bilməz, bu gizlilikdir. Belələri barədə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Biz də demişik ki, yoluxmuş şəxslərin siyahısı TƏBİB-də var və özləri özlərinə nəzarət etməlidirlər. Bu hallar özlərinin nəzarətsizliyidir və bizim işimiz deyil. Bizə bu hüququ versəydilər, yoluxmuş adamlar gedib küçədə sərbəst gəzə bilməzdi”.

Layihə rəhbəri qeyd edib ki, sözügedən proqrama xüsusi özəllik təklif olunur: “Hazırda mobil tətbiqin karantin mərhələsi üzərində işlənir. İnsanların ictimai iaşə müəssisələrinə, kütləvi toplaşma məkanlarına və iş yerlərinə sağlamlıq statusu əsasında buraxılması ilə bağlı da QR kodlu girişlər təklif olunur.İctimai nəqliyyat daxil, bütün girişlərə QR kodlar yerləşdiriləcək. Tutaq ki, siz hansısa ticarət mərkəzinə gedirsiz, cəmi 1 saniyəyə telefondakı sistemı sıxıb girişdəki QR koduna vurub keçirsiz. Koronavirusa yoluxmuş şəxs o girişdən keçə bilməyəcək. Cənubi Koreya və Çin məhz bu tətbiqlə virusun qarşısını aldı”.

Qeyd edək ki, E-TƏBİB tətbiqi Azərbaycanda iyun ayından aktiv istifadə olunur.

Paylaş:
Digər xəbərlər

Müsahibə

11-07-2020, 13:35

“İctimai nəqliyyatdan istifadə edirəm, kartımı göstərə bilərəm”

Video

25-06-2020, 17:00

8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib

Səhiyyə

18-06-2020, 10:28

TƏBİB əhaliyə müraciət etdi: “Ehtiyac olmadıqca...”

Siyasət

9-06-2020, 14:33

Cəhənnəmə addımlayan ölkə, gəmini tərk edən komanda və çarəsiz Paşinyan: - Ölkə müharibə astanasında

Dünya

24-05-2020, 13:33

Gürcüstanda ictimai nəqliyyatdan istifadə iyulun 15-dək məhdudlaşdırılıb

Video

11-05-2020, 11:46

COVID-19-un mənşəyi olan şəhərdə yenidən vəziyyət gərginləşdi

Sosial

8-05-2020, 13:46

DİN-dən əhaliyə növbəti XƏBƏRDARLIQ

Gündəm

23-03-2020, 12:09

İctimai yerlərdə rezin əlcəklərdən istifadə virusdan qoruyurmu?

Səhiyyə

17-03-2020, 11:30

Uşaqlar koronavirusun gizli daşıyıcıları imiş

Son xəbərlər
  • Bugün, 08:12
    İlham Əliyev və Nikol Paşinyan Ağ Evdə sülh sazişi imzalayacaq – Donald Trampdan Açıqlama
  • Dün, 19:05
    İki dövlətin generalı: Bəxtiyar Ersay – səhv qarşısında əyilməyən zabit, etiraf edən dövlət
  • Dün, 18:59
    “Sürücülük vəsiqəsi pul qarşılığında satıldığı müddətcə yollar ölümlə nəticələnəcək” – Şəmkirdə ağır qəza, 7 nəfər öldü
  • Dün, 18:53
    Aclıq aksiyasına mənəvi işgəncə və təzyiqlərlə cavab – təcridxanada saxlanılan jurnalistdən ittihamlar
  • Dün, 18:41
    Putin: “Zelenski ilə görüşə qarşı deyiləm”
  • Dün, 17:45
    Sabiq məmur: “Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım” — bağban 7 il həbs edildi
  • Dün, 17:41
    İlham Əliyev ABŞ-da işgüzar səfərdədir
  • Dün, 01:28
    ABŞ Konqresində hər 10 üzvdən biri Qubad İbadoğlunun azadlığını tələb edir
  • Dün, 01:22
    Xalq yazıçılarının bir-biri ilə küsülü qalması cəmiyyətdə sual doğurur
  • Dün, 01:14
    Tramp Hindistana qarşı əlavə gömrük rüsumları tətbiq etdi
  • Dün, 01:09
    Fazil Qasımovun dövlət hesabına vəkil tələbini məhkəmə rədd edib
  • 6-08-2025, 17:19
    Bəhruz Səmədovun nənəsi məhkəmə zalına buraxılmayıb
  • 6-08-2025, 16:58
    Gürcüstanda jurnalistə 2 il həbs cəzası verildi
  • 6-08-2025, 15:47
    Paşinyan: Vaşinqtonda Əliyevlə sülh sazişi imzalanması mümkün görünür
  • 6-08-2025, 14:26
    Rüşvət alan gömrük əməkdaşlarının məhkəməsi başlayır
  • 6-08-2025, 14:22
    İlham Əliyev Yamaykanın Baş nazirini təbrik etdi
  • 6-08-2025, 12:16
    “Toplum TV işi”: Ələsgər Məmmədlinin ev dustaqlığı ilə bağlı vəsatəti yenidən rədd edildi
  • 6-08-2025, 12:01
    Azərbaycan niyə turist cəlb edə bilmir? – Qapalı sərhədlər, baha xidmətlər və monopoliyaya çevrilmiş aviasiya sektoru
  • 6-08-2025, 11:51
    Polisdən narkotik əməliyyatı: 13,5 kiloqram narkotik vasitə və 1350 çətənə kolu aşkarlanıb
  • 6-08-2025, 11:48
    Vəkilin Hacı Vəliyevin işi üzrə Ombudsmana müraciəti nəticəsiz qalıb
  • 6-08-2025, 11:45
    “The Washington Post”: Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
  • 6-08-2025, 11:43
    Ülvi Həsənli aclıq aksiyasını dayandırdı
  • 6-08-2025, 00:55
    "Şkendiya" - "Qarabağ" 0:1
  • 6-08-2025, 00:50
    Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi: Polisə əlavə maliyyə mənbələri ayrılacaq
  • 6-08-2025, 00:44
    “Crocus City Hall”u Ağalarovların əlindən almaq təklifi: Borodinin açıqlaması və artan təzyiqlər
  • 6-08-2025, 00:41
    Ülvi Həsənlidən qisas alınır: Aclıq aksiyası keçirən jurnalist 40 dərəcə istidə cərimə kamerasına salınıb
  • 6-08-2025, 00:33
    Elnarə Gasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”
  • 6-08-2025, 00:29
    Ərdoğan Azərbaycan Müdafiə nazirinin müşavirinə ordu generali rütbəsi verdi
  • 6-08-2025, 00:19
    JFJ-Bericht: Direktor von “Abzas Media” protestiert im Gefängnis mit Hungerstreik gegen unmenschliche Haftbedingungen
  • 6-08-2025, 00:07
    JFJ: “Postsovet ölkələrində jurnalistlərə təzyiqlər artır”
  • 5-08-2025, 12:37
    9-jähriges Mädchen aus Gaza wiegt nur noch 10 kg – FOTOS
  • 5-08-2025, 12:35
    Yaşı 9, çəkisi 10 kq olan qəzzalı qızcığaz – FOTOLAR
  • 5-08-2025, 12:31
    Nəsimidə əməliyyat - 11 kq narkotik qanunsuz dövriyyədən çıxarıldı
  • 5-08-2025, 12:28
    Qarabağ Universitetinin prorektoru vəzifəsindən istefa verdi
  • 5-08-2025, 00:22
    Cənubi Qafqazda orta aylıq əmək haqqı
Daha çox
Çox oxunanlar
2-08-2025, 18:38
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs həbs edildi
1-08-2025, 23:26
"Məhkumların Müdafiəsi" İctimai Birliyi Fikrət Cəfərliyə Dəstəyini Bəyan Etdi
2-08-2025, 20:05
Kaviardiplomatie und das Schweigen Europas
2-08-2025, 12:54
Belarusda etirazların 5 ili tamam olur: Sürgündəki jurnalistlər Belarus, Rusiya və Azərbaycanda vəziyyəti danışır
2-08-2025, 22:08
Şahin Şıxlinskiyə Azərbaycandan sığınacaq verilmədi – Rusiya polisi tərəfindən saxlanıldı
5-08-2025, 00:10
“Sea Breeze” Mərkəzi Asiyaya genişlənir: Özbəkistan hökuməti 5 milyard dollarlıq kurort layihəsini təsdiqlədi
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Dün, 18:59
“Sürücülük vəsiqəsi pul qarşılığında satıldığı müddətcə yollar ölümlə nəticələnəcək” – Şəmkirdə ağır qəza, 7 nəfər öldü
Dün, 18:53
Aclıq aksiyasına mənəvi işgəncə və təzyiqlərlə cavab – təcridxanada saxlanılan jurnalistdən ittihamlar
Dün, 01:28
ABŞ Konqresində hər 10 üzvdən biri Qubad İbadoğlunun azadlığını tələb edir
Dün, 01:09
Fazil Qasımovun dövlət hesabına vəkil tələbini məhkəmə rədd edib
6-08-2025, 17:19
Bəhruz Səmədovun nənəsi məhkəmə zalına buraxılmayıb
6-08-2025, 16:58
Gürcüstanda jurnalistə 2 il həbs cəzası verildi
Sosial
Xalq yazıçılarının bir-biri ilə küsülü qalması cəmiyyətdə sual doğurur
“Toplum TV işi”: Ələsgər Məmmədlinin ev dustaqlığı ilə bağlı vəsatəti yenidən rədd edildi
Ülvi Həsənli aclıq aksiyasını dayandırdı
Ülvi Həsənlidən qisas alınır: Aclıq aksiyası keçirən jurnalist 40 dərəcə istidə cərimə kamerasına salınıb
JFJ: “Postsovet ölkələrində jurnalistlərə təzyiqlər artır”
9-jähriges Mädchen aus Gaza wiegt nur noch 10 kg – FOTOS

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə