USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Hökumət Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlayıb

Siyasət

2-10-2023, 16:58

Hökumət Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlayıb

Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.

Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.

Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.

Hüquqi və idarəetmə sahəsi:

Erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır.

Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir.

Təhlükəsizlik sahəsi:

Tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır.

Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilərlər.

İqtisadi sahə:

Sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.

Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilirlər.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

Sosial sahə:

Sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunurlar.

Sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilir.

Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanırlar.

Mədəniyyət, təhsil və din sahəsi:

Sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir.

Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.

Erməni dilinin istifadəsinə imkan yaradılır.

Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-09-2023, 22:50

Ceyhun Bayramov Albaniyanın XİN başçısı ilə Qarabağdakı erməni sakinlərinin reinteqrasiyasını müzakirə edib

Siyasət

22-09-2023, 22:36

Qarabağın erməni icması ilə görüşdə Azərbaycanı təmsil edən Ramin Məmmədov kimdir? - Dosye

Siyasət / Sosial

21-09-2023, 11:59

Yevlaxda görüş baş tutub

Siyasət / Sosial

21-09-2023, 10:04

Qarabağın erməni icmasının nümayəndələri Yevlaxa gəlir

Siyasət

20-09-2023, 14:15

Separatçılar Yevlaxda görüşə razılaşdılar - PA

Siyasət

20-09-2023, 08:30

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Siyasət

20-09-2023, 08:29

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Siyasət

29-08-2023, 16:51

XİN fransalı nazirə cavab verib

Siyasət

1-07-2023, 12:47

Erməni diplomat: "Bakı və Yerevan arasında bu məsələlər üzrə razılıq yoxdur."

Siyasət

2-03-2023, 17:10

"Qarabağın erməni sakinləri bizim vətəndaşlarımızdır"

Gündəm / Siyasət

17-01-2023, 22:56

Aərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

Siyasət

11-01-2021, 16:51

Əli Nağıyev və Elçin Quliyev erməni həmkarları ilə görüşdülər - RƏSMİ

Son xəbərlər
  • Bugün, 15:14
    Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb: iqtisadi təzyiqlər fonunda qərar
  • Bugün, 15:11
    Krımda gecə hücumundan sonra yanğınlar: Təsərrüfat və enerji obyektləri hədəfdə
  • Bugün, 15:06
    Trampdan Meloni ilə bağlı yeni açıqlama
  • Bugün, 15:05
    Culfa sakini dəm qazından boğularaq ölüb
  • Bugün, 15:04
    İngiltərədə iki qatar toqquşub, xəsarət alanlar var
  • Bugün, 15:03
    Aİ Çin avtomobillərinə qarşı yeni rüsumlar hazırlayır
  • Bugün, 14:59
    Dübəndi çimərliyində neft qalıqları aşkarlandı – əraziyə FHN cəlb olundu
  • Bugün, 14:57
    Zelenski Lukaşenkoya bir həftə vaxt verib
  • Bugün, 14:55
    Aİ Ermənistana 34 milyon avro maliyyə dəstəyi ayırıb
  • Bugün, 14:49
    Xaçmaz sakini göldə boğulub
  • Bugün, 14:47
    Bakıda narkotik dövriyyəsində təqsirləndirilən Rusiya vətəndaşlarına hökm verildi
  • Bugün, 14:45
    Türkiyə millisi Paraqvaya məğlub oldu
  • Bugün, 14:38
    Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var
  • Bugün, 14:33
    Ermənistan Ukrayna və Gürcüstana 162 ton ərik ixrac edib
  • Bugün, 11:49
    “AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
  • Dün, 18:44
    AŞPA-nın Strasburq sessiyasında Azərbaycanda transmilli repressiyalar məsələsi gündəmə gələ bilər
  • Dün, 18:30
    ABŞ-ın F-35B qırıcıları ilk dəfə Finlandiyada yerləşdirildi
  • Dün, 18:29
    Evinə oğurluğa girən şəxsi bıçaqlayaraq öldürən şəxsə 10 il həbs cəzası verildi
  • Dün, 18:26
    Azərbaycanda məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq ediləcək
  • Dün, 18:25
    Ermənistanda Misir Mərdanovun Dilican səfəri barədə yazılıb
  • Dün, 18:24
    Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşdi
  • Dün, 13:16
    Rusiyada şok: “Bütün Moskva yanır!”
  • Dün, 00:28
    İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
  • 18-06-2026, 18:15
    Rusiya Gümrüdəki hadisəyə görə Ermənistana etiraz notası göndərib
  • 18-06-2026, 18:13
    PUA hücumunda Moskvada yaralananların sayı 17-yə çatıb
  • 18-06-2026, 18:11
    Zelenski: “Ukrayna yanırsa, Moskva da yanacaq”
  • 18-06-2026, 18:10
    Sertifikasiya imtahanında 3548 müəllim iştirak edib
  • 18-06-2026, 18:09
    Neftçalada Xəzərə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
  • 18-06-2026, 18:07
    Ermənistan parlamentinin 8-ci çağırışının fəaliyyəti başa çatdı
  • 18-06-2026, 18:02
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • 18-06-2026, 16:15
    Dələduzluqda ittiham olunan Namizəd Səfərovun işi məhkəmə baxışına verildi
  • 18-06-2026, 15:01
    Moskvanın “Sadovod” bazarında dron hücumu sonrası yanğın baş verib
  • 18-06-2026, 13:12
    Azərbaycanda ilin ilk 4 ayında 11 mindən çox nikah, 6 mindən çox boşanma qeydə alınıb
  • 18-06-2026, 13:10
    Polis bir gündə 42 şübhəlini saxlayıb
  • 18-06-2026, 13:08
    Moskva istiqamətində 180-ə yaxın PUA vurulduğu bildirilib
Daha çox
Çox oxunanlar
14-06-2026, 14:17
İran Hörmüz boğazını ödənişsiz açmağa razılaşıb – ABŞ-la razılaşma müzakirə olunur
14-06-2026, 14:19
Ələt yaxınlığında yeni yük hava limanı tikilir
15-06-2026, 13:30
Şüvəlanda it iki nəfərə hücum edib
15-06-2026, 13:34
Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
14-06-2026, 14:16
Bakı-Naxçıvan-Bakı aviareysləri ləğv olunub
15-06-2026, 13:32
Azərbaycan XİN ABŞ və İran arasındakı razılaşmanı alqışladı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Trampdan Meloni ilə bağlı yeni açıqlama
Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
Ağdamda çobanlar arasında mübahisə ölümlə nəticələnib
“86 47” kodu nə deməkdir? Trampı narahat edən gizli mesajın arxasında nə dayanır?
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə