USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Foto.info.az -a verilən məlumata görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Emin Qurbanov, əvvəllər məhkum olunmuşlar - Nadir Namazov və Kamran Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.