USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı üzrə Baş İdarəsinin Təlim Obyektləri İdarəsinin rəisi, general-mayor Sergey Nikituşkin həbs olunub.
Məlumata görə, Nikituşkin sentyabrın 30-u axşam saatlarında saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.
Onun hansı cinayət işi çərçivəsində həbs edildiyi və konkret olaraq hansı əməldə ittiham olunduğu hələlik açıqlanmayıb.
Bildirilir ki, general-mayor Rusiya ordusunun tank təlim poliqonlarının modernləşdirilməsi prosesində iştirak edib.
İşin digər təfərrüatlarının istintaq gedişində açıqlanacağı gözlənilir.