USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Heç kim Fransaya dünya ağalığı hüququnu verməyib"

---

3-03-2023, 19:27

"Heç kim Fransaya dünya ağalığı hüququnu verməyib"Paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının (QH) Təmas Qrupunun Zirvə toplantısı yalnız Azərbaycan üçün yox, bütün bəşəriyyət üçün, dünyanın əzilən xalqları üçün, ədalətsizliklə üzləşən ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Zirvə toplantısının gündəmindəki məsələlər öz aktuallığı ilə dünya dövlətlərinin hər birinin gələcək taleyinə bu və ya digər formada yön verəcək məsələlərdir. Bu baxımdan Bakı Zirvəsinin gündəliyində yer alan mövzu və problemlər Qoşulmama Hərəkatının beynəlxalq önəmini bir daha ortaya qoydu.

Zirvə görüşünə rəhbərlik edən Prezident İlham Əliyevin çıxışı zamanı toxunduğu yeni dünya nizamının formalaşması prosesi, Fransanın başçılığı ilə neokolonializmin yenidən aktuallaşması, BMT-nin dünyadakı proseslərə təsir gücünün iflasa uğraması kimi qlobal əhəmiyyətli məsələlər bu tədbirin dünya birliyi üçün əhəmiyyətliliyini daha da artırdı. Bu mənada ötən gün dünyanın diqqətinin Bakıya yönəlməsi tamamilə təbii idi.

Zirvə görüşünə qatılan 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin əsas məqsədi ilk növbədə pandemiyanın Qoşulmama Hərəkatına təsiri və onun nəticələrini müzakirə etmək idi. Lakin pandemiya dönəmində böyük dövlətlərin bəzilərinin rəvac verdiyi “peyvənd millətçiliyi”nin Azərbaycan lideri tərəfindən haqlı olaraq qınanılması yuxarıda qeyd etdiyimiz qlobal məsələlərin də geniş müzakirə predmetinə çevrilməsinə zəmin yaratdı. Rusiya-Ukrayna müharibəsi fonunda qlobal kataklizmlərlə baş-başa qalan dünya İlham Əliyevin də qeyd etdiyi kimi hazırda “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasına şahidlik edir. Başqa sözlə desək, indi dünya düzəni yenidən formalaşmaqdadır və bu qarşıdurmanın fəsadları dünyanın qalan yerlərində də hiss olunur.

"Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”, - deyə vurğulayan dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq əsas məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu bir daha bəyan etdi. Bu baxımdan Zirvə toplantısında Fransanın cinayətkar müstəmləkə siyasəti yürütməsinin, insanlığa qarşı soyqırımları və qanlı müharibələr törətməsinin açıq şəkildə gündəmə gətirilməsi olduqca əhəmiyyətli idi.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışında tamamilə haqlı olaraq Fransanı üzr istəməyə çağırdı. Bəli, Fransa törətdiyi soyqırımlara görə mütləq üzr istəməlidir: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Bu çağırışın indi də Cənubi Qafqazdakı proseslərə kobud şəkildə müdaxilə etməyə çalışan və Ermənistanı revanşizmə təhrik edən, separatçılığı dəstəkləyən Fransa üçün “soyuq duş” effekti yaradacağı şəksizdir. Fransa prezidenti Emmanuel Makron dünən Bakıdakı Zirvə toplantısında ölkəsinin yeni müstəmləkəçilik siyasətinin əleyhinə səsləndirilən fikirləri ciddi şəkildə nəzərdən keçirməli və üçüncü dünya ölkələrinə qarşı ədalətsiz davranışlara son qoymaq barədə düşünməlidir. Fransa lideri və fransız parlamentarilər başa düşməlidirlər ki, 21-ci əsrin Fransasını 19-cu əsrin işğalçı, müstəmləkəçi fəlsəfəsi ilə, quldur qaydaları ilə idarə etmək olmaz. Heç kim Fransaya dünya ağalığı hüququnu verməyib.

Fransa ilk növbədə beynəlxalq hüquqa hörmət etməlidir. Fransız lideri və parlamentariləri yəqin ki, dünən Bakı Zirvəsindən verilən bu mesajları dərk edib nəzərə alacaqlar. Rəsmi Paris 120 dövlətin üzv olduğu, 18 ölkənin və 10 beynəlxalq təşkilatın isə müşahidəçi statusunda çıxış etdiyi mötəbər beynəlxalq təşkilatın - Qoşulmama Hərəkatının kürsüsündən səsləndirilən ittihamları və çağırışları nəzərə almaya bilməz.

Yeri gəlmişkən, artıq üçüncü dönəmdir ki, təşkilatın sədrliyi yenə də Azərbaycanda qalmaqda davam edəcək. Zənnimizcə, bu da beynəlxalq hüquqa zidd addımlar atmağa meylli olan Fransa kimi neoimperialist ölkələr üçün əsl sürpriz oldu. Çünki Azərbaycanın Hərakata rəhbərlik etməsi Fransanın Cənubi Qafqazla bağlı məkrli planlarına və Ermənistana havadarlıq etməsinə də ciddi əngəllər törədəcək. Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısının nəticələri onu deməyə əsas verir ki, Hərəkat beynəlxalq siyasi proseslərə ciddi təsir göstərmək imkanlarını getdikcə daha da artıracaq. Bu isə öz növbəsində dünyada ədalət və beynəlxalq hüququn önə keçəcəyinə ümidləri artıra bilər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Siyasət / Sosial

3-03-2023, 21:46

İlham Əliyev: “Fransanı üzr istəməyə çağırırıq”

Siyasət

3-03-2023, 19:28

"Heç kim Fransaya dünya ağalığı hüququnu verməyib"

Gündəm / Siyasət

2-03-2023, 10:31

Azərbaycan Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi edir

Gündəm / Siyasət

2-11-2022, 10:23

Prezident İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edib

Siyasət

16-06-2022, 19:39

"Bu forum dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür”

Siyasət

20-10-2021, 14:59

Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır

Dünya

13-10-2021, 07:25

ÜST: Afrikada yenidən vaksinasiya mümkün deyil

Siyasət

16-07-2021, 15:09

"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərakatına yeni bir nəfəs verildi"

İdman

11-06-2021, 11:28

Azərbaycan yenidən dünya idman ictimaiyyətinin diqqətində!

Gündəm

4-12-2020, 10:51

Prezident xüsusi sessiyada çıxış etdi - Tam mətn

Siyasət

23-09-2020, 10:27

İrəvanın təcavüzkar ritorikası BMT-də... – Şərh

Gündəm

5-05-2020, 23:44

Koronavirusa qarşı mübarizədə dövlətimizin operativ və adekvat tədbirlərindən ibarət reaksiyası bütün dünyaya nümunədir

Son xəbərlər
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
  • 29-09-2026, 14:46
    Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • 28-09-2026, 18:19
    2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
  • 28-09-2026, 18:14
    Airbus A340-600 təyyarəsi İbiza hava limanında
  • 28-09-2026, 14:58
    AŞPA-nın payız sessiyası Strasburqda işə başladı: insan hüquqları, media azadlığı və Ukrayna gündəmdədir
  • 28-09-2026, 14:37
    Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib
  • 27-09-2026, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • 27-09-2026, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • 27-09-2026, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
Daha çox
Çox oxunanlar
1-10-2026, 13:20
ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
1-10-2026, 13:03
AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
1-10-2026, 13:11
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
1-10-2026, 13:07
Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
1-10-2026, 13:05
AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
5-10-2026, 13:47
Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə