USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İmişlidə vəziyyət düzəlmir ki, düzəlmir... - İDDİA

Bölgə

25-06-2020, 16:14

İmişlidə vəziyyət düzəlmir ki, düzəlmir... - İDDİA

Ötən gün mətbuat “İmişlinin yeni başçısı kadr islahatlarına başladı” adlı məlumat dərc etdi. Məlumatda Elçin Rzayevin müvafiq əmri ilə RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Ziya Paşayevin vəzifəsindən azad olunması qeyd edilirdi. Xatırladaq ki, ölkə başçısının müvafiq Sərəncamı ilə Elçin Rzayevin İmişli RİH-nin başçısı vəzifəsinə təyinatı ilə bağlı Conflict.az onu təbrik etmiş və işlərində uğurlar arzulamışdır. Təbrikdə o da qeyd qedilmişdir ki, yeni başçı korrupsiya fəaliyyətinə görə hal-hazırda həbsdə olan Vilyam Hacıyevin “komandası” ilə yəqin ki, tezliklə vidalaşcaq. Yuxarıda qeyd edildiyi kimi artıq Elçin Razayev islahatlara başlayıb.

Oxucuların nəzərinə çatdıraq ki, ötən gün E.Rzayevin müvafiq əmrinə əsasən işdən azad edilən Ziya Paşayev ölkə Prezidentinin təşəbbüsü ilə orta məktəb şagirdləri üçün pandemiyadan əvvəl “Ölkəmizi tanıyaq” adlı tur-aksiysı zamanı avtobusda yeniyetmə və gənclərin qarşısında qeyri-ciddi hərəkətlərə yol vermişdi. Və ölkə mətbuatı həmin görüntüləri video təsdiq ilə dərc etmişdi. Belə ki, rayon İcra Hakimyyətinin İnformasiya təminatı və təhlili sektorunun artıq sabiq olan müdiri Paşayev Ziya Əlisafa oğlunun ikrah doğuracaq hərəkətlərinə o zaman Vilyam Hacıyev sadəcə göz yummuşdu. Lakin ötən gün imzalanan əmr hər kəsin Vilyam Hacıyev kimi düşünmədiyini göstərdi. Onu da xatırladaq ki, Ziya Paşayev xarakterli şəxslər İmişli RİH-də hələ də fəaliyyətlərini davam etdirirlər.

Conflict.az İmişli rayonu üzrə maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun ikrah doğuracaq əməlləri ilə bağlı əldə etdiyi məlumatları mütəmadi olaraq dərc etməkdədir. İmşli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin nəzərinə çatdıraq ki, ölkə Prezidenti 50 illik yubileyini Ağcabədidə məskunlaşmış məcburi köçkünlərələ qeyd etdiyi halda, İmişli üzrə maliyyə idarəsinin rəisi Rəhim Rəhimov rayondakı bahalı restoranlardan birində özünə təmtəraqlı 50 illik yubiley tədbiri keçirmişdi. Və atəşfəşanlıqla müşayət edilən həmin yubileydə rayonun əksər məmurlarıda iştirak etmişdilər. Lakin Vilyam Hacıyev bu məsələdə də “görmədim, eşitmədim” prinsipindən əl çəkməmişdi. Məsələ bununla da bitmədi.

Bir müddət sonra İmişlidə fəaliyyət göstərən “Nərgizim” şadlıq sarayında baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda Rəhim Rəhimovun yersiz hərəkətlərinə, o cümlədən uzun müddət disko mahnılarına rəqs etməsinə etiraz edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin mühasibi Kərim adlı şəxsi maliyyə idarəsinin rəisi döyərək fiziki xəsarətlər yetirdi. Həmin hadisədən sonra Rəhim Rəhimov bir müddət vəzifəsindən uzaqlaşdırılsada, yenidən xidməti otağına qayıtmağı bacardı. Və bu da yetmədi.

Ölkə Prezidentinin “böyük məclislər və təmtəraqlı toylar” xəbərdarlığını da Rəhim Rəhimov eşitməməzlikdən gəldi. Övladının toyunu kifayət qədər bahalı menyuya malik olan, paytaxtın ən prestişli restoranlarından hesab edilən “Aqora”- da keçirtdi. Müğənni Xatirə İslamın idarə etdiyi toyda çoxlu sayda şou-biznes nümayəndələridə iştirak etmişdi. O zaman mətbuat Vilyam Hacıyevə maraqlı sual ünvanlamışdı: Cəmi bir-neçə yüz manat əmək haqqı alan idarə rəisinin, adi vətəndaş üçün fantastik hesab edilən məbləğə övladına toy etməsinin səbəbi nədir? Və ya bu qədər pulun mənbəyi hardandır? Və bu da son deyil.

Bir neçə il əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) İmişli Rayon Təşkilatının qurucularından olan Nəcəf Abıyevin İmişli Rayon Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovun iş otağında dünyasını dəyişdiyi hələ də iddia edilir. Bu məsələdə Rəhimovla bağlı qaranlıq məqamlardandır.

İmşli rayonunun baş maliyyəçisinin əksər problemlərdən qurtuluşunun səbəbkarı və müəllifi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, əslən İmişlidən olan Arif Qaraşovun olduğu söylənilir. Bir sabiqin bu qədər yetkiyə sahib olması maraqlı nüansdır. Lakin yuxarıda qeyd edildiyi kimi məsələ bununlada yekunlaşmır. Bir müddət əvvəl İmişlidə iki məmur dövlət əmlakını külli miqdarda mənimsədikləri üçün məsuliyyətə cəlb edilmişdilər. Əvvəlcə İmişli Mədəniyyət və Turizm şöbəsinin müdiri Süleyman Bəşirov, sonra iə Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov. Görəsən dövlət vəsaiti mənimsənilərkən cənab Rəhimov hara və ya nə məqsədlə baxırdı?

Bir neçə gün əvvəl İmişli üzrə maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun özü kimi ərköyün əmkdaşı Kamal özünü yeni obrazda təqdim edib. Belə ki, bir müddət əvvəl Kərim adlı şəxsi döyən rəisin Kamal adlı əməkdaşı

Conflict.az-ın rayon təmsilçisinə “Əhməd haradadır?” filmində Şirin kişinin təbiri ilə desək hərbə-zorba gəlib. Yəni bizdən yazmayın. Bu da səbəbsiz deyil. Çünki Kamalın həyat yoldaşı Almaz xanım İmişli rayonu üzrə maliyyə idarəsində yerli xəzinədarlıq orqanına rəhbərlik edir. Deməli xərclənən vəsaitlər məhz bu xanımın imzası ilə yönləndirilir. Biz bu məsələyədə zaman-zaman qayıdacağıq. Lakin istəyirik İmişli rayon İcra Hakimiyyətnin başçısı cənab E.Rzayevin diqqətinə bir məsələni çatdıraq.

Hələ 30.09.2016-cı ildə Prezident yanında Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Modern.az-a müsahibəsində bildirib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununda qeyd edilir: “Eyni dövlət müəssisə, təşkilat, idarə və orqanlarında yaxın və ümumiyyətlə qohumluq münasibətlərində olan vətəndaşların işləməsi qanunla qadağandır. Bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda da öz əksini tapıb. Qanunda qeyd olunur ki, qohumluq münasibətlərində olan vətəndaşların eyni dövlət orqanlarında tabelilik formasında, yəni biri digərinə nəzarət edirsə, bu forma çalışması qəti qadağan və yolverilməzdir.” Bəs yerli təmsilçimizə nəyi necə yazmaqla bağlı xəbrdarlıq edən Kamal həyat yoldaşının məsul vəzifədə işlədiyi dövlət müəssisəsində necə çalışır? Sualı Rəhim Rəhimova ona görə vermədik ki...

Paylaş:
Digər xəbərlər

Siyasət

25-06-2020, 14:53

Rövşən Rzayevin nazirə zəngi Göygöldəki "kadr islahatı"nı hansı məcraya yönəldib? - İDDİA

Təhsil

20-06-2020, 12:38

BDU-nu əslində kim idarə edir? - İDDİA

Bölgə

18-04-2020, 14:14

İmişlidə məmur başını cəncələ salıb - İDDİA

Təhsil

15-04-2020, 13:53

BDU rektoru ona olan etimadı doğrulda bilməyib... - Yeni təyinat gözlənilir

Səhiyyə

15-04-2020, 09:01

TƏBİB Oqtay Şirəliyevin əmrini geri oxudu... - İLGİNC

Video

23-03-2020, 11:32

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Araşdırma

11-03-2020, 11:30

3 rayonun başçısı günlərini sayır... - İDDİA

Siyasət

5-03-2020, 14:50

Prezident İsmayıllının icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Gündəm

2-03-2020, 13:40

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Son xəbərlər
  • Bugün, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • Bugün, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • Bugün, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • Bugün, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • Bugün, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • Bugün, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • Bugün, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • Bugün, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • Bugün, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • Bugün, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • Bugün, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • Bugün, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • Bugün, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • Bugün, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
  • Bugün, 00:42
    Usik bütün çempionluq kəmərlərindən imtina etdi
  • Bugün, 00:39
    Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı
  • Bugün, 00:33
    Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
  • Dün, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
  • Dün, 13:36
    AŞPA-dan Azərbaycana sərt qətnamə: jurnalistlər, fəallar və siyasi məhbuslarla bağlı ciddi çağırışlar
  • Dün, 02:18
    “26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
  • 26-06-2026, 23:54
    Vaşinqton və Tehran yeni danışıqlar masasına oturur
  • 26-06-2026, 23:53
    Lukaşenkodan Moskvaya gözlənilməz səfər
  • 26-06-2026, 23:51
    Gürcüstan parlamentində gərginlik yumruq davasına çevrildi
  • 26-06-2026, 23:48
    Rusiya miqrantlar üçün dövlət rüsumlarını kəskin artırır
  • 26-06-2026, 19:45
    AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu
  • 26-06-2026, 02:30
    Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
  • 26-06-2026, 01:01
    Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
  • 25-06-2026, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • 25-06-2026, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
  • 25-06-2026, 18:00
    Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşdüyünü açıqladı
  • 25-06-2026, 17:54
    AŞPA Gürcüstanın Avropa Şurası standartlarına sadiqliyini sual altına aldı
  • 25-06-2026, 17:44
    “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
  • 25-06-2026, 13:44
    AŞPA Azərbaycanda tənqidi səslərin susdurulmasını pisləyib
  • 24-06-2026, 12:03
    “AŞPA: Serbiyada demokratiya və ictimai azadlıqlarla bağlı ciddi narahatlıqlar var”.
  • 23-06-2026, 21:52
    Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
Daha çox
Çox oxunanlar
26-06-2026, 01:01
Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
26-06-2026, 02:30
Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
25-06-2026, 20:03
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
22-06-2026, 01:56
Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
22-06-2026, 14:44
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Dün, 02:18
“26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Trampdan Meloni ilə bağlı yeni açıqlama

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə