USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq son 6 ildə ilk dəfə 6%-dən 5,5%-ə endirib.
“foto.info.az” xəbər verir ki, qurum qərarını koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsir etməsi ilə izah edib.
Bundan başqa, Rusiya Bankı bu il üçün inflyasiya proqnozunu 2,9%-3,2%-dən 3,8%-4,8%-ə dəyişib. Gələn il isə qurum ölkədə 4% səviyyəsində qiymət artımı gözləyir.
Mərkəzi Bankı bu il Rusiya iqtisadiyyatının 4%-6% kiçiləcəyini, gələn il isə 2,8%-4,8% böyüyəcəyini proqnozlaşdırır.