USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
BMT Liviyada atəşkəsə nəzarət etmək üçün müşahidəçi missiya göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə BMT-nin Liviyaya Dəstək Missiyası məlumat yayıb.
Bildirilir ki, Dəstək Missiyası ilə BMT nəzdində xüsusi təhlükəsizlik qrupu arasında iclas keçirilib.
İclasda atəşkəs rejiminin icrası prosesinin sürətləndirilməsi, Sirt-Əbu Qureyn yolunun açılması və təcili olaraq muzdluların ölkəni tərk etməsi üçün çağırışlar edilib.
Eyni zamanda, Liviyada atəşkəsə nəzarət etmək üçün müşahidəçi missiyanın göndəriləcəyi bildirilib.