USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəxanıda evdə baş verən yanğın barədə məlumat yayıb.
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli kürsülü evin dəhlizinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları, mətbəxinin tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı 7 nəfər (onlardan 4-ü uşaq olmaqla) xəstəxanaya aparılıb. Uşaqlardan ikisi əkiz bacılar 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar xəstəxanada vəfat edib
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.