USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Human Rights Watch Azərbaycanda repressiyaların artdığını qeyd edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

17-01-2025, 18:15

Human Rights Watch Azərbaycanda repressiyaların artdığını qeyd edir
Human Rights Watch Beynəlxalq hüquq müdafiə təşkilatı (HRW) yanvarın 16-da 2024-cü ildə dünyada insan hüquqları sahəsində vəziyyətlə bağlı illik hesabatı dərc edib.

Azərbaycana aid hissədə qeyd edilir ki, hökumət BMT-nin COP29 iqlim konfransı dövründə belə tənqidçilərə qarşı repressiyaları gücləndirib.

"Konfransdan bir neçə ay əvvəl hakimiyyət jurnalistlər, hüquq müdafiəçiləri və fəallar da daxil olmaqla, onlarla insanı siyasi motivli əsaslarla həbs edib. Hakimiyyət söz, toplaşmaq azadlığını pozmaqda davam edib və vətəndaş cəmiyyətini iflic vəziyyətinə salıb. Azadlıqdan məhrumetmə yerlərində işgəncələr və amansız rəftar da davam edib", deyə hesabatda bildirilir.

Fevral və sentyabr aylarında keçirilən növbədənkənar prezident və parlament seçkiləri azad və ədalətli səsvermə standartlarına uyğun olmayıb. Beynəlxalq müşahidəçilər "tənqidi səslərin boğulduğunu" qeyd ediblər və seçkilərin "rəqabətsiz" keçdiyini bildiriblər.

Yanvar ayında Avropa Şurasının Parlament Assambleyası hökumətin Avropa Şurası qarşısında "əsas öhdəliklərini" pozduğuna görə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyib.

2024-cü ildə yeni tənqidi səslərin həbsi dalğası əvvəlki illərdəki ilə bənzər repressiyaları davam etdirib. Siyasi rəqiblərə, jurnalistlərə və vətəndaş fəallarına qarşı yalan ittihamlar irəli sürülüb.

Belə ki, aprel ayında polis Anar Məmmədlini - seçkiləri müşahidə qrupunun rəhbərini yalan ittihamla həbs edib. Məmmədli COP29-dan əvvəl yaradılmış iqlim ədaləti üzrə yeni koalisiyanın təsisçilərindən biridir.

Uydurma ittihamlarla həbs edilmiş hökumətin digər tənqidçiləri arasında keçmiş diplomat Emin İbrahimov, iqtisadi icmalçı Fərid Mehralızadə, müxalif fəal Tofiq Yaqublu, parlament-analitik internet nəşrinin təsisçisi İmran Əliyev və internet tənqidçisi Famil Xəlilov da var.

Aprel ayında hakimiyyət 2023-cü ilin iyulunda uydurma sənədləri saxtalaşdırmaq və ekstremizm ittihamları ilə həbs edilmiş akademik Qubad İbadoğlunu ev dustaqlığına keçirib. May ayında o, polis nəzarətinə verilib və gücləndirilmiş nəzarət altındadır.

2023-cü ilin noyabr ayından etibarən hakimiyyət üç müstəqil media platformasını - Abzas Media, Toplum TV və Kanal 13-ü təqib edib, onların reportyorlarını və digər əməkdaşlarını "uydurma qaçaqmalçılıq ittihamları ilə" həbs edib.

12 KİV işçisi və digər şəxslər, o cümlədən reportyorlar Ülviyyə Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Elnarə Qasımova, Şamo Eminov (dekabrın sonlarında istintaqın dayandırılması ilə əlaqədar həbsdən azad edilib), Müşfiq Cabbar və Əziz Orucov ibtidai həbsdədir.

Bu ilin mart ayında prezident seçkilərindən sonra polis Toplum TV-nin ofisində axtarış aparıb, bütün avadanlıqları müsadirə edib və ofisi möhürləyib. Polis ofisi bölüşən və Toplum TV ilə əməkdaşlıq edən beş vətəndaş fəalını və siyasi fəalı həbs edib. Onlar Akif Qurbanov, Ruslan İzzətli, İlkin Əmrahov, Ramil Babayev və Ələsgər Məmmədlidir.

HRW-nin araşdırmasında Azərbaycan həbsxanalarında işgəncə təcrübəsindən də bəhs edilir. Xüsusən, qeyd edilir ki, 2024-cü ilin iyulunda Abzas Media platformanın həbsdə olan direktoru Ülviyyə Həsənlinin işgəncələr haqqında bəyanatlarına dair ətraflı hesabat dərc edib.

2024-cü ilin iyulunda Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsi (CPT) "Azərbaycan hakimiyyətinin bu qurumla əməkdaşlıqdan birbaşa imtina etməsi" haqqında bəyanat yayıb.

Komitə bildirib ki, hakimiyyətin komitə ilə əməkdaşlıq etmək istəməməsi Avropa Konvensiyasının İşgəncələrin qarşısının alınması haqqında Konvensiyasının "fundamental və misli görünməmiş pozuntusudur".

Müraciət müəllifləri həmçinin LGBT birliyi nümayəndələrinin təqib edildiyini qeyd edirlər.

Paylaş:
Digər xəbərlər

Siyasət

19-12-2024, 19:43

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-12-2024, 19:32

Avropa parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib

Siyasət

6-11-2024, 15:01

Beynəlxalq təşkilatlar Aİ-ni COP29 dövründə Azərbaycanda siyasi məhbusların azad edilməsini tələb etməyə çağırıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-10-2024, 22:43

Hüquq-müdafiə təşkilatları hakimiyyəti siyasi məhbusların azad edilməsinə çağırıb

Gündəm / Siyasət / Araşdırma

18-09-2024, 19:44

Beynəlxalq təşkilatlar Aİ -na Azərbaycanda siyasi məhbusların azad edilməsi üçün müraciət ediblər

Gündəm / Siyasət / Sosial / Araşdırma

9-02-2024, 13:24

Seçki Müşahidə Alyansı: “Prezident seçkiləri qeyri-demokratik şəraitdə keçib”

Gündəm / Siyasət / Araşdırma

8-02-2024, 13:45

AXCP prezident seçkisinin nəticələrini tanımır

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

12-01-2024, 15:22

“Human Rights Watch” 2023-cü ilin hesabatını yayımladı: “Azərbaycanda narahatedici insan haqları pozuntuları davam edir”

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

17-08-2023, 02:47

BMT-nin "UN Human Rights" təşkilatı Qubad İbadoğlunun təcili azad olunmasını tələb edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

27-07-2023, 13:59

“Human Rights Watch” təşkilatı Qubad İbadoğlunun azad olunmasını tələb edib

Gündəm / Siyasət / Sosial

16-01-2023, 08:25

Səbinə Əliyeva "Human Rights Watch " təşkilatının Azərbaycanda insan haqları ilə bağlı hesabatına münasibət bildirib

Son xəbərlər
  • Dün, 19:32
    Sudanlı müharibə reportyoru və haqsız yerə həbs olunan azərbaycanlı jurnalist Free Press Awards 2025 mükafatına layiq görüldü
  • Dün, 19:13
    Prezidentlər “Sülh Qalxanı-2026” birgə hərbi təlimini izləyiblər
  • Dün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Dün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • 2-02-2026, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • 2-02-2026, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • 2-02-2026, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • 2-02-2026, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 2-02-2026, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • 2-02-2026, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • 2-02-2026, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • 2-02-2026, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • 2-02-2026, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • 2-02-2026, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • 2-02-2026, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • 2-02-2026, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • 2-02-2026, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • 2-02-2026, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • 2-02-2026, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • 2-02-2026, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • 2-02-2026, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə