USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı

Gündəm / Siyasət / Sosial / Araşdırma

26-02-2025, 23:05

Jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxıldı
Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib

“Toplum TV”nin əməkdaşı, həbsdə olan jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) ev dustaqlığına buraxılıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistin həbsi ev dustaqlığı ilə əvəz edilib.

2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fevralın 7-də vəkili Bəxtiyar Hacıyev bildirib ki, ciddi sağlamlıq problemlərilə əlaqədar Bəylərqızı tibbi müşahidəyə götürülüb.

Fevralın 8-də Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı İlham Əliyev və Mehriban Əliyevaya müraciət ediblər.

Onlar Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması üçün təklif irəli sürüblər və jurnalistin səhhətində mövcud olan problemlərlə bağlı narahatlıqlarını bildiriblər.

Fevralın 11-də Hüquq müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri jurnalist Şahnaz Bəylərqızı ilə əlaqədar Azərbaycan Daxili İşlər Nazirliyində olublar.

Şahnaz Bəylərqızı “Toplum TV”nin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.

Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.

“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması“nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.

2025-ci il yanvarın 17-də “Toplum TV işi üzrə” təqsirləndirilən şəxslərin ittihamı ağırlaşdırılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov yanvarın 17-də həbs edilib.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda jurnalist və ictimai fəallar qaçaqmalçılıq ittihamı ilə həbs edilirlər. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları son siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 357 siyasi məhbus var.

Rəsmilər isə ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmədiyini bildirirlər. Onların dediyinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-02-2025, 18:53

Məhkəmə jurnalist Şahnaz Bəylərqızını yenə həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

12-02-2025, 20:14

Məhkəmə Ramin Dekonu yenə həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Araşdırma

10-02-2025, 21:44

Norveç Komitəsi həbs olunmuş jurnalistləri və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməyə çağırır

Gündəm / Siyasət / Sosial / Araşdırma

8-02-2025, 23:42

Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə müraciət edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-02-2025, 21:26

Şahnaz Bəylərqızı tibbi müşahidəyə götürülüb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-02-2025, 16:25

Jurnalist Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-02-2025, 18:40

Toplum TV-nin jurnalisti Şahnaz Bəylərqızı da saxlanıldı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

17-01-2025, 17:00

Jurnalist Fərid İsmayılov yenidən saxlanılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-03-2024, 22:39

"Toplum TV" -nin 7 jurnalist əməkdaşı saxlanılıb

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

21-01-2023, 18:07

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 30 gün uzadıldı

Gündəm / Siyasət / Sosial / Araşdırma

29-12-2022, 18:22

Xətai rayon məhkəməsi Bəxtiyar Hacıyevin həbsinin ev dustaqlığı ilə əvəz olunmasını təmin etmədi

Sosial

31-01-2022, 16:54

Hafiz Məmmədov ev dustaqlığına buraxılıb

Son xəbərlər
  • Dün, 21:23
    Xankəndidə və Şuşada Zəfər atəşfəşanlığı keçirilib
  • Dün, 21:21
    Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatdı
  • Dün, 21:20
    Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
  • Dün, 21:17
    Bakıda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib
  • Dün, 16:22
    “AzerGold” QSC tərəfindən “Zəfər Günü” münasibətilə Göygöl və Daşkəsən rayonlarında ağacəkmə aksiyaları təşkil edilib
  • Dün, 14:09
    Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçirilir
  • 7-11-2025, 23:55
    Avropa Məhkəməsi “Facebook” paylaşımına görə həbs olunan fəalın xeyrinə qərar verdi
  • 7-11-2025, 23:51
    Orban Ağ Evə getdi
  • 7-11-2025, 23:50
    Türkiyə Netanyahunun həbsinə qərar verdi
  • 7-11-2025, 23:48
    İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
  • 7-11-2025, 23:44
    Ərdoğan Zəfər Günü münasibətilə sabah Azərbaycana gələcək
  • 7-11-2025, 23:42
    Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib
  • 7-11-2025, 23:40
    Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb
  • 7-11-2025, 23:38
    Fəzail Ağamalının oğlu “Ana Vətən” Partiyasından qovuldu
  • 7-11-2025, 23:36
    Prezident İlham Əliyev Pəncəli Teymurova “Azərbaycanın Milli Qəhrəmanı” adı verib
  • 7-11-2025, 16:49
    “Pajiznicesi” adlı tiktoker 60 sutka müddətinə həbs edilib
  • 7-11-2025, 16:47
    Prezident İlham Əliyev hərbi qulluqçuların təltif edilməsi haqqında Sərəncam imzalayıb
  • 7-11-2025, 16:45
    Prezident İlham Əliyev iki generalı ali hərbi rütbə ilə təltif edib
  • 7-11-2025, 12:29
    Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək
  • 6-11-2025, 20:25
    “AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib
  • 6-11-2025, 17:30
    Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu
  • 6-11-2025, 15:30
    Kobaxidze: “2030-cu ilə qədər Aİ-yə üzv olmaq istəyirik”
  • 6-11-2025, 15:28
    Ermənistan və Aİ arasında viza liberallaşdırılması planı təqdim olunub
  • 6-11-2025, 15:25
    Aytac Tapdığın nikaha girmə qadağası qüvvədə qaldı
  • 6-11-2025, 15:23
    Prezident İlham Əliyev: “Azərbaycan Ordusunun müasirləşdirilməsi prosesi davam edəcək”
  • 6-11-2025, 15:20
    Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
  • 6-11-2025, 15:17
    General-mayor Bəkir Orucovun həbsi qüvvədə saxlanıldı
  • 6-11-2025, 15:14
    Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
  • 6-11-2025, 15:12
    AzTV-dəki 26 milyonluq pozuntu ilə bağlı məsələ böyüyür — Prokurorluq araşdırmaya başlaya bilər
  • 6-11-2025, 15:09
    Azərbaycanlı ekspertlər Ermənistanda keçirilən beynəlxalq konfransda iştirak ediblər
  • 6-11-2025, 00:14
    Oyun bitdi
  • 5-11-2025, 19:35
    Yevlaxda hotel otağında vəkilin meyiti tapılıb
  • 5-11-2025, 18:36
    Prezident İlham Əliyev bir qrup alimi təltif edib
  • 5-11-2025, 18:36
    Hesablama Palatası “AzTV”-də 26 milyon manatlıq maliyyə pozuntusu aşkarladı
  • 5-11-2025, 17:38
    AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
Daha çox
Çox oxunanlar
6-11-2025, 00:14
Oyun bitdi
7-11-2025, 12:29
Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək
5-11-2025, 17:38
AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
5-11-2025, 11:04
Bu gün “Qarabağ” “Çelsi” ilə qarşılaşacaq
5-11-2025, 16:17
Zərdabda “Qırmızı Kitab”a düşən quşları ovlayan ata və oğul saxlanılıb
7-11-2025, 16:47
Prezident İlham Əliyev hərbi qulluqçuların təltif edilməsi haqqında Sərəncam imzalayıb
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
7-11-2025, 23:55
Avropa Məhkəməsi “Facebook” paylaşımına görə həbs olunan fəalın xeyrinə qərar verdi
6-11-2025, 15:25
Aytac Tapdığın nikaha girmə qadağası qüvvədə qaldı
4-11-2025, 12:41
“Toplum TV işi”: Məhkəmədə gərginlik, şahidlər təzyiq iddialarını səsləndirdi
3-11-2025, 16:13
İşdən çıxan polkovniklə bağlı maraqlı fakt: qardaşı oğlu 4 kq qızılla tutulmuşdu
3-11-2025, 13:03
Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirov kimdir?
1-11-2025, 23:25
Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat – İcra başçısının müavini həbs olundu
Sosial
“AzerGold” QSC tərəfindən “Zəfər Günü” münasibətilə Göygöl və Daşkəsən rayonlarında ağacəkmə aksiyaları təşkil edilib
“Pajiznicesi” adlı tiktoker 60 sutka müddətinə həbs edilib
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib
Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi
AzTV-də “helikopter qalmaqalı”: Rövşən Məmmədov kəskin tənqid olunur
20 Yanvar dairəsində hərəkət sxemində dəyişiklik edilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə