USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Ülviyyə Əli həbsdən yazır:

Gündəm / Siyasət / Sosial / Araşdırma

27-05-2025, 14:15

Ülviyyə Əli həbsdən yazır:
"Saxlanılmağımdan 20 gün keçib, lakin müayinə olunmağım üçün zəruri addımlar həyata keçirilməyib. 2017-ci ildə başımda 4mm olmaqla hipofiz vəzinin yanında mikroadenoma şişi aşkar edilib. Ondan sonra hər il müayinə və müalicə olunmuşam. Zərbələrdən sonra 7 may tarixindən bəri elə bir gün yoxdur ki, başağrısı, ürəkbulanma, başgicəllənməsi, göz qaralması olmadan ötsün. Bu səbəbdən günə 2-3 ədəd ağrıkəsici içirəm, amma bu, səmərəli müalicə üçün kifayət deyil. Daha ciddi zərərlərdən şübhələnirəm, çünki saxlanılandan bəri ürəkbulanmalarla yanaşı, müxtəlif vaxtlarda qusmuşam, 2 dəfə burnumdan qan açılıb. Şübhələnirəm ki, zorakılıqdan sonra səhhətimə daha ciddi zərər dəyib.

Habelə, zorakılıqla bağlı ekspertiza təyin olunmayıb. Hərçənd, zorakılıqdan artıq 20 gün keçib, vaxtı uzatmaqla zorakılığın izini silmək olar, amma mənim sağlamlığıma dəyən zərəri silmək olmur. Çünki özünü başqa formalarda büruzə verir.

Mənə zorakılıq göstərən, zorlama təhdidi edən heç bir polis əməkdaşı da cəzalandırılmayıb.

Mən başqa hüquq pozuntuları ilə də üzləşmişəm. 6 may saat 23 radələrində saxlanılmağıma baxmayaraq, protokollarda 7 may 03.50 kimi rəsmiləşdirilib. Evimdə qanunsuz şəkildə vəkilsiz axtarış aparılıb, guya evimdən 6700 avro pul tapılıb. Lakin bu pullar mənə məxsus deyil. Mən, ümumiyyətlə, Azərbaycan manatından da nağd şəkildə istifadə etmirəm. Ələlxüsus, 30-dan çox jurnalistin eyni motivlərlə həbs olunduğu bir ölkədə hətta pul özümə məxsus olsa belə, evdə saxlamaq axmaqlıqdır.

2019-cu ildən bəri “Amerikanın Səsi” ilə əməkdaşlıq etmişəm. “Amerikanın Səsi” bağlanandan sonra öz “Facebook” profilimdən çəkdiyim reportajları, məhkəmə monitorinqlərini ödəniş almadan paylaşırdım. Pula həris olanlar heç vaxt bunun mənasını dərk edə bilməz. Çünki jurnalistika mənim üçün pul deyil, vicdan məsələsidir.

Meydan TV ilə işgüzar bağlılığım yoxdur. Jurnalist fəaliyyətimi məhdudlaşdırmaq üçün məni işgüzar bağlılığım olmayan medianın cinayət işinə calamağa çalışırlar. Müəlliflik hüquqlarının prinsiplərini bilən hər kəsə məlumdur ki, əgər material açıq profildən paylaşılırsa, ilk mənbəyə istinad etmək şərtilə hər kəs paylaşa bilər.

Bir neçə aydır ki, mənim yaydığım məlumatları həm yerli, həm də beynəlxalq medialar öz səhifələrində yayımlayırlar. Lakin bu, məni həmin medianın əməkdaşı eləmir. Çünki aramızda nə işgüzar müqavilə, nə də maliyyə məsələləri var.

Ən darıxdığım şey jurnalistika ilə məşğul olmaqdır, bir də təbii ki, musiqi. Arada öz-özümə zümzümə edirəm. Kamerada maraqlı nəsə baş verəndə onu foto ilə əbədiləşdirə bilməmək təəssüfləndirir. Amma bütün baş verənləri yaddaşıma yazıram. Həbs olunduğum gün blokun ağzına çatanda qara maşından düşən qırmızı işıq yerdəki yağışa qəşəng kölgə salmışdı, hətta onun fotosunu çəkib başımı qaldırdım və məni həbs edən adam yaxınlaşıb telefonumu istədi. Bilmirdim ki, azadlıqda çəkəcəyim son fotom idi.

Həbsxanada ilk oxuduğum kitab Mariya Antuanetin bioqrafiyası oldu. Qəribə bir təsadüf nəticəsində mayın 10-da oxuduğum hissədə belə deyilirdi:

“Nəhayət, mayın 10-u çərşənbə axşamı saat üçün yarısı şam söndü. Sarayın içi otaqdan otağa yayılan, hər tərəfi lərzəyə gətirən çığırtıyla silkələndi: “Kral öldü, yaşasın kral!”

Bu cümləni oxuyanda əziz dostum Bayram Məmmədovu, həmçinin Qiyas İbrahimovu xatırladım. Elə BŞBPİ-də zorakılıq görəndə də onlar yadıma düşdü, çünki mənə də eynilə onlar kimi eyni damın altında zorakılıq göstərirdilər. Artıq biz ideoloji yoldaş olmaqla yanaşı, həm də tale yoldaşı olmuşduq.

Sonda bir daha bildirmək istəyirəm ki, jurnalistika cinayət deyil!
Mənə bu günlər ərzində dəstək olan, mənə qarşı zorakılığı və zorlama təhdidini işıqlandıran, barəmdə məlumatları paylaşan hər kəsə təşəkkür edirəm!

Bakı İstintaq Təcridxanasından sevgilərlə, Ülviyyə Əli."

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

26-05-2025, 19:19

Jurnalist Ülviyyə Əli: “Elə bir gün yoxdur ki, başağrısız, ürəkbulanmasız keçsin”

Gündəm / Siyasət / Sosial / Araşdırma

18-05-2025, 23:14

Ülviyyə Əli: “ 1 sutka ərzində 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam!”

Siyasət

12-03-2025, 16:37

Mirzoyan: „Türkiyə ilə razılaşdıq, lakin əməl edilmədi“

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

4-02-2025, 17:33

Rejim Qubad İbadoğlundan qisas almağa davam edir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

14-08-2024, 10:37

Məhkəmədə Həmkarlar İttifaqı fəalı ona qarşı zorakılıqdan şikayət edib

Gündəm / Siyasət / İdman

13-04-2024, 11:28

Frank Çamisio: “Bakıda mənə 300 min dollara uduzmağı təklif etdilər

Sosial / Hadisə

15-06-2023, 00:24

Müsəlman Birliyi Hərəkatının fəalı müalicəsiüçün problemlərin yaradılmasından şikayətlənir

Gündəm / Sosial

9-02-2023, 17:26

Aygün Əliyeva qanunsuz işdən çıxarılmasına və məhkəmə qərarlarına etiraz edir

Gündəm / Sosial

5-01-2023, 16:34

Dövləti talayan və millətin qanına susayan "Azəriqaz"

Gündəm

15-10-2020, 21:42

Biz zəfər marşındayıq – İlham Əliyev

Sosial

4-09-2020, 18:00

“Səhv diaqnoz qoyanlar pulumu geri qaytarsınlar” - “Turan” klinikasından şikayət...

Son xəbərlər
  • Bugün, 11:13
    DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
  • Bugün, 02:38
    Qarabağ FK yeni futbolçu aldı
  • Bugün, 01:11
    Qarabağ FK yeni futbolçu aldı
  • Dün, 15:42
    Azərbaycanla İordaniya arasında yeni saziş təsdiqlənib
  • Dün, 15:37
    Respublika Hərbi Prokurorunun müavini vəzifəsindən azad edilib
  • Dün, 13:29
    ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
  • Dün, 13:22
    Nazir Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • Dün, 13:15
    2 Fevral – Azərbaycan Gəncləri Günü
  • Dün, 11:11
    Dövlət başçısı forum iştirakçılarına müraciət edib
  • Dün, 02:27
    Xamenei iranlıları qorxmamağa çağırıb
  • Dün, 02:25
    Cəlilabadda əmisi tərəfindən balta ilə hücum edilən qız ölüb
  • Dün, 02:04
    Hindistanın Qərargah rəisi Ermənistana səfər edib
  • Dün, 02:02
    İran ABŞ-la danışıqlar üçün şərt irəli sürüb
  • Dün, 01:58
    Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
  • Dün, 01:55
    Ermənistana göndərilən Rusiya taxılı Bakıdan yola salınıb
  • Dün, 01:47
    Azərbaycan XİN Pakistandakı terror hücumlarını pisləyib
  • Dün, 01:44
    Qaxda yol qəzası: 77 yaşlı piyada həyatını itirib
  • Dün, 01:42
    “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirdi
  • Dün, 01:24
    Vuçiç: ABŞ-nin 48 saat ərzində İrana zərbə endirməsini gözləyirəm
  • Dün, 01:22
    İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
  • 1-02-2026, 12:03
    İranda 5,2 bal gücündə zəlzələ qeydə alınıb
  • 1-02-2026, 12:00
    Misir–Qəzza sərhədində “Rəfah” keçid məntəqəsi açılır
  • 1-02-2026, 11:57
    Tramp: “İran hazırda ABŞ ilə danışıqlar aparır”
  • 1-02-2026, 11:50
    İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb
  • 1-02-2026, 11:47
    İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
  • 1-02-2026, 11:45
    AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
  • 1-02-2026, 11:12
    Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
  • 31-01-2026, 15:03
    DYP sürücülərə müraciət etdi
  • 31-01-2026, 14:58
    Sumqayıtda qızıl alqı-satqısı adı ilə soyğunçuluq
  • 31-01-2026, 14:54
    Goranboyda ailə faciəsi: bıçaqlanan qadının vəziyyəti açıqlanıb
  • 31-01-2026, 01:54
    Qurban Qurbanov ÇL pley-offunda “Nyukasl”la qarşılaşmanı dəyərləndirdi
  • 31-01-2026, 01:04
    Hikmət Hacıyev: ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır
  • 31-01-2026, 01:02
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 31-01-2026, 01:00
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları həbs edilib
  • 30-01-2026, 17:53
    AŞPA-nın qış sessiyası başa çatıb
Daha çox
Çox oxunanlar
28-01-2026, 05:12
AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27-01-2026, 19:31
Strasburqda Türkiyə mədəniyyətinə həsr olunmuş möhtəşəm sərginin rəsmi açılışı keçirilib
30-01-2026, 17:53
AŞPA-nın qış sessiyası başa çatıb
29-01-2026, 15:45
AŞPA-da Emin Hüseynov transmilli repressiyalarla bağlı məruzə edəcək
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 15:16
PACE Platforması Rus Demokratik Qüvvələri ilə Dialoqa Başlayır
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
29-01-2026, 20:09
Avropada həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək kampaniyası davam edir
29-01-2026, 13:39
Məhkəmə Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib
26-01-2026, 20:37
Strasburqda AŞPA qarşısında etiraz aksiyası keçirilib
Sosial
DADLI ZƏHƏR: AYAQÜSTÜ YEMƏK MƏDƏNİYYƏTİ BİZİ NECƏ YAVAŞ-YAVAŞ ÖLDÜRÜR?
ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxılıb
2 Fevral – Azərbaycan Gəncləri Günü
Ötən il Gürcüstandan deportasiya edilən azərbaycanlıların sayı açıqlanıb
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
DYP sürücülərə müraciət etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə