USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Akif Qurbanov 44-cü doğum gününü həbsdə qarşılayır

Gündəm / Siyasət / Sosial / Araşdırma

3-08-2025, 22:51

Akif Qurbanov 44-cü doğum gününü həbsdə qarşılayır
Bu gün Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov 44-cü doğum gününü həbsdə qarşılayır. Bu, onun ardıcıl olaraq ikinci doğum günüdür ki, azadlıqdan məhrum şəraitdə keçirir.

Akif Qurbanov 2024-cü il martın 6-da hüquq-mühafizə orqanlarının III Respublika Platformasının Bakıdakı ofisinə keçirdiyi reyd zamanı saxlanılıb. O, valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi bir sıra ağır maliyyə cinayətlərində ittiham olunur. Lakin Qurbanov bu ittihamları rədd edir və həbsinin siyasi motivli olduğunu bəyan edir.

Məhkəmə proseslərində o, İDİ-nin məqsədinin gənclərin hüquq və media sahəsində maarifləndirilməsi olduğunu vurğulayıb. Qurbanov bildirib ki, bu fəaliyyətinə görə o və ailə üzvləri təzyiqlərə məruz qalıb. O, həmçinin ifadəsində Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) əməkdaşlıq təklifi aldığını, lakin bu təklifi rədd etdiyini açıqlayıb:

“DTX ilə görüşdə mənə bildirildi ki, İDİ Prezident Administrasiyası tərəfindən ciddi şəkildə izlənilir. Mənə birgə fəaliyyət təklif olundu, lakin bu, etik prinsiplərimizlə uyğun gəlmədiyi üçün qəti şəkildə rədd etdim. Mən dövlətimi sevirəm, amma sizin təmsil etdiyiniz rejimlə dövlət arasında bərabərlik işarəsi qoya bilmərəm. Biz hüquq və institusiyalara əsaslanan dövlət anlayışını müdafiə edirik. Dövlət bir ailənin mülkiyyəti ola bilməz.”

Qurbanovun “özünüzü təqsirli bilirsinizmi?” sualına cavabını tam ifadə etməsi üçün 3 məhkəmə iclası tələb olunub.

Beynəlxalq insan hüquqları təşkilatları Akif Qurbanovun və digər “Toplum” üzvlərinin dərhal azadlığa buraxılmasını tələb edirlər. Onların fikrincə, bu həbslər Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı sistemli repressiyanın bir hissəsidir.

Akif Qurbanov kimdir?

Akif Qurbanov 3 avqust 1981-ci ildə Gürcüstanda anadan olub. 1998-ci ildə Bakı şəhərindəki 289 saylı Zəngi liseyini bitirib. Daha sonra Azərbaycan Tibb Universitetində təhsil alıb. Gənclik illərində Ümid Partiyasında fəaliyyət göstərib və partiyanın Seçki Qərargahına rəhbərlik edib.

2006-2016-cı illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olan Qurbanov, 2008-ci ildə Strasburqda Avropa Şurası yanında Siyasət Məktəbində, 2013-2016-cı illərdə isə Xarkov Milli Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. 2013-cü ildən bəri rəhbəri olduğu İDİ vasitəsilə yüzlərlə gəncin maarifləndirilməsinə və ictimai fəallığa təşviqinə töhfə verib.

Hazırda isə o, ictimai fəaliyyətinin bədəlini azadlığından məhrum edilərək ödəyir.

Paylaş:
Digər xəbərlər

Sosial

13-07-2025, 17:05

“Toplum TV işi” üzrə növbəti məhkəmə iyulun 14-də keçiriləcək

Hadisə

8-07-2025, 20:52

Akif Qurbanov məhkəmədə: “Dövlət bir ailənin mülkiyyəti ola bilməz”

Hadisə

8-03-2024, 21:31

“Toplum TV” cinayət işi ilə bağlı Akif Qurbanov həbs olundu

Son xəbərlər
  • Dün, 23:06
    Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
  • Dün, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • Dün, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
Daha çox
Çox oxunanlar
Dün, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Dün, 22:21
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Dün, 23:06
Alen Simonyan: “İmkan yaranarsa, Azərbaycandan da qaz alacağıq”
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə