Hadisə axşam saatlarında Xaçmazın Nağıoba kəndindən qeydə alınıb. “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticəsində Xaçmaz rayon sakinləri, 2004-cü il təvəllüdlü Laçınov Seyfulla Tərlan oğlu və Tarıverdiyev Davud İlham oğlu xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.