USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində ciddi pozuntular aşkarlanıb

Hadisə

28-02-2024, 15:43

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində ciddi pozuntular aşkarlanıb
Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş planına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, audit 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək olan dövrdə həyata keçirilmiş ümumilikdə 398,3 milyon manat məbləğində 253 satınalma müqaviləsini əhatə edib.

Satınalmaların təşkili və müqavilələrin icrası ilə bağlı ilkin satınalma planının müvafiq portalda yerləşdirilməsi, bir mənbədən satınalma metodundan istifadənin payının 20%-dən az olması, satınalmalarda qalibin seçilməsi zamanı əksər hallarda aşağı qiymət meyarına əsaslanılması, ortalama iştirakçı sayının minimum tələblərinə əməl edilməsi, müqavilələr üzrə ödəniş müddətlərinə əsasən riayət olunması müsbət hallar kimi qeyd edilməlidir.

Audit nəticəsində qeyd olunanlarla yanaşı, aşağıdakılar müəyyən edilib:

- Agentlik tərəfindən hesabat ili üçün illik ilkin satınalma planı müvafiq tələblərə riayət olunmaqla dövlət satınalmalarının vahid internet portalında yerləşdirilsə də, hazırlanmış ilkin satınalma planının layihəsinin təsdiq edilməməsi, sonradan dəyişikliklərin qeydiyyata alınmaması, eləcə də planlaşdırılan satınalmanın satınalma məqsədlərinə uyğunluğunun, o cümlədən dövlət ehtiyacları üçün olan malların (işlərin və xidmətlərin) miqdar və həcminin tələbata, xarakteristikasının isə ehtiyaca uyğun müəyyən edilməməsi bağlanmış müqavilələrin bəzi hallarda vaxtında icra edilməməsi ilə nəticələnib.

- Agentlik tərəfindən müvafiq dövrdə qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.6-cı maddəsinə əsasən malların həcminin 15 faizə qədər artırılıb-azaldılması müqavilə məbləğinin yekun protokol məbləğindən fərqlənməsinə və bunun nəticəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Agentliyin məlumatları arasında bəzi fərqlərin yaranmasına səbəb olub.

- Satınalmalar üzrə xərclərin vaxtında olması tələbi, habelə müəyyən olunmuş zaman ərzində satınalmaların həyata keçirilməsi və müvafiq müqavilələrin bağlanılması, sifarişçi tərəfindən satınalma məqsədlərinə çatmaq üçün kifayət edən müddətlərin müəyyən olunması və ona riayət edilməsi tələbləri bəzi hallarda gözlənilməyib.

- Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılıb və icra olunmuş satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətlərinin mövcud bazar qiymətindən yüksək olmasına səbəb olub.

- Eyni zamanda Agentlik tərəfindən 2022-ci ildə ümumprofilli tibb müəssisələri üçün müxtəlif tipli reaktivlərin satınalması proseduru bəzi hallarda rəqabətli satınalma metodları deyil, satınalmanın bir mənbədən metodu, bəzi hallarda isə açıq tender metodu tətbiq olunmaqla həyata keçirilmiş, nəticə etibarı ilə eyni ildə eyni adda malların alışı zamanı satınalma metodlarından asılı olaraq qiymət fərqləri mövcud olub.

- Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olub.

- Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməyib, eləcə də gecikdirilmiş günlərə görə onlara cərimə tam tətbiq edilməyib. Seçmə qaydada baxılmış 49 halda satınalma müqavilələri üzrə verilmiş elektron qaimələrə əsasən 9,9 mln. manat məbləğində cərimə sanksiyaları tətbiq edilməyib.

- Dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin alınması üzrə satınalmalarda əksər hallarda tenderin şərtlər toplusunda yararlılıq müddəti ilə bağlı nəzərdə tutulmuş tələblərin müqavilə öhdəliyinə fərqli daxil edilməsi, bəzi hallarda isə müqavilə öhdəliyinə riayət edilməyərək təhvil-təslim aktlarında yararlılıq müddətinin göstərilməməsi dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin istifadəsində nəzarətin həyata keçirilməsini çətinləşdirməklə yanaşı, təchizatçılar tərəfindən yararlılıq müddəti az qalmış malların sifarişçiyə verilməsi müqavilə tələbinin pozulması ilə nəticələnib.

- Bağlanılmış satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqlar, bir-birini təkzib edən maddələr mövcud olub ki, bu da müqavilələrin icrası üzrə müəyyən çətinliklər yaradıb.

- Auditin əhatə etdiyi dövrdə Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın 3.1-ci “Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir” bəndinin tələblərinə əməl edilməyib, bu isə fondun hesabatlılığının və şəffaflığının təmin edilməməsi ilə nəticələnib.

- Avans ödənişlər istisna olmaqla satınalma müqaviləsi üzrə ödəmələr Agentlik tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında həyata keçirilsə də, Vergi Məcəlləsinin müvafiq tələbləri gözlənilməyərək malların qəbulu təhvil-təslim aktları əsasında həyata keçirilib, nəticədə həm də bu hesaba cərimə sanksiyalarının tətbiq edilməsi təmin edilməyib.

Auditlə vəsaitlərin idarəedilməsi vəziyyəti də araşdırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Agentliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fonduna cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Lakin, sığorta növlərinin ödənişinin təfərrüatlı əsaslandırma olmadan ümumi prinsiplərlə maliyyələşdirilməsi nizamnamənin göstərilən tələbinə əməl edilməməsi ilə yanaşı, TƏBİB-in tabeliyinə verilmiş və sığorta prinsipləri əsasında fəaliyyətdə olan tibb müəssisələrinə göstərdikləri tibbi xidmətlərin dəyərindən əlavə vəsaitin köçürülməsinə şərait yaradıb.

“Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsü və icrası üzrə müəyyən edilib ki, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən tam olaraq 18.03.2022-ci il tarixdə İcbari Tibbi Sığorta Agentliyinə həyata keçirilsə də, Agentlik tərəfindən il ərzində tam olaraq istifadəsi təmin edilməyib, həmçinin əvvəlki illər üzrə də dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üzrə açılmış vəsaitlərdən ilin sonuna qalıq vəsaitlər qalmaqla bərabər həmin vəsaitlərin (9,3 mln. manat) dövlət büdcəsinə geri qaytarılması təmin edilməyərək müvafiq bank hesabına qalıq vəsait olaraq keçirilib.

Xərc istiqamətlərinin düzgün planlaşdırılmaması, maliyyə ili ərzində vaxtında xərc edilməməsi, gecikdirilmiş satınalma prosedurları və bu prosesin xarakterik hal alması Fondun sərəncamında kifayət qədər əhəmiyyətli vəsaitin sərbəst qalıq formasında qalmasına şərait yaradıb.

İTS-in sərəncamında əhəmiyyətli məbləğdə sərbəst qalığın və aylıq zəruri xərclər nəzərə alınmaqla gəlir potensialının artırılması üçün münbit şəraitin olmasına baxmayaraq, potensial məbləğdən tam istifadə edilməyib.

Xidmətlər zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin (1104 tibbi xidmət) tariflərinin təsdiq olunmasına baxmayaraq tibb müəssisələri üzrə nəzarət sisteminin formalaşmaması, elektron uçot sisteminin olmaması, hətta bəzi tibb xidmət növləri üzrə il ərzində vəsaitin daxil olmaması bu istiqamətdə ümumilikdə çox aşağı məbləğin formalaşmasına, İTS tərəfindən tibb müəssisələrinə ödənilən məbləğin artmasına şərait yaradıb.

Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə Hesabat formasının (Forma № 1V) mövcud olmasına baxmayaraq, icbari tibbi sığorta ilə bağlı inzibatçılığı həyata keçirilən gəlirlərlə əlaqədar formanın hazırlanmaması icbari tibbi sığorta haqqı ilə bağlı büdcə ilinin əvvəlinə qalıq, artıq ödəmələr, dövr ərzində hesablanmış sığorta haqları və dövrün sonuna müvafiq göstəricilər barədə müvafiq məlumatların olmamasına şərait yaratmaqla Fondun büdcə layihəsinin hazırlanmasına təsirsiz ötüşməyib.

Paylaş:
Digər xəbərlər

Sosial

22-11-2023, 20:41

İcbari Tibbi Sığorta ilə bağlı yeni qərar

Siyasət

17-11-2023, 18:01

DSX azad olunmuş ərazilərdə yeni hərbi infrastruktur yaradılacaq

Siyasət / Sosial

28-03-2023, 12:24

Dövlət Agentliyində yoxlama başladıldı

Gündəm / Sosial

2-12-2022, 14:04

TƏBİB: Dövlət müəssisələrində göstərilən rentgen müainəsi xidmətləri pulsuzdur

İqtisadiyyat / Hadisə

10-07-2022, 18:57

“Azərbaycan Dəmir Yolları” QSC-də yoxlamalar başlayıb

Gündəm / İqtisadiyyat

21-04-2022, 20:40

Hesablama Palatası BNA-dakı qanunsuzluqları açıqlayıb

Siyasət

15-12-2021, 14:12

HESABLAMA PALATASI MSK-DA YOXLAMALARA BAŞLAYIB

Gündəm / Hadisə

13-11-2021, 14:20

Hesablama palatası AzTv -də yoxlamalar aparıb.

Sosial

9-09-2021, 13:38

İcbari tibbi sığorta sahəsində araşdırmalar başladı

Sosial

22-06-2021, 13:04

DYP bu dövlət qurumunu cərimələdi

Gündəm

11-06-2020, 09:00

Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR - Hesablama Palatası KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət etdi

Son xəbərlər
  • Dün, 23:43
    Rusiya 11 vətəndaşının azad edilməsini prioritet hesab edir – Zaxarova
  • Dün, 19:14
    Rusiya 11 vətəndaşının azad edilməsini prioritet hesab edir – Zaxarova
  • Dün, 18:33
    “Mediada Yalanlar və Tarixi Parallellər
  • Dün, 18:02
    Qarabağ FK bu gün Newcastle United F.C.ni qəbul edir
  • Dün, 18:00
    “Ayıq sürücü” Land Rover markalı Range Roverdən 11 min manat oğurlayıb
  • Dün, 17:58
    İrəvanda seçki ərəfəsində hərbi parad planlaşdırılır
  • Dün, 17:56
    Başqırdıstanın mədəniyyət naziri saxlanılıb
  • Dün, 17:55
    Qanunsuz saxlanılan 192 mərmi, 11 tüfəng aşkar edilərək götürülüb
  • Dün, 17:54
    Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb
  • Dün, 17:52
    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşı Xocalı rayonunda minaya düşüb
  • Dün, 17:51
    Borclu şəxs qismində axtarışda olan 143 nəfər saxlanılıb
  • Dün, 17:49
    Göyçayda mübahisə zamanı 36 yaşlı kişi ölüb
  • Dün, 17:47
    Bakıda bərbər müştərisinin təqaüdünü talayıb
  • Dün, 17:44
    Xəzər sahilində suiti cəsədləri tapılıb
  • 17-02-2026, 16:08
    İdrak Liseyində yaralanan müəllim evə buraxılıb
  • 17-02-2026, 16:07
    Naxçıvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
  • 17-02-2026, 16:05
    Nikol Paşinyan və Anna Akopyan vətəndaş nikahını bitirdi
  • 17-02-2026, 16:03
    Ruben Vardanyan 20 il həbs cəzasına məhkum edildi
  • 17-02-2026, 16:01
    Adil Əliyev-ə töhmət verildi
  • 17-02-2026, 12:03
    “AzerGold” QSC rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb
  • 17-02-2026, 11:23
    Dünyada “ofissiz iş” modeli genişlənir: Azadlıq artır, sosial təminat sual altındadır
  • 17-02-2026, 08:23
    Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
  • 16-02-2026, 21:37
    Sələmçi 23 bıçaq zərbəsi ilə öldürüldü – qanlı hadisənin şahidi danışdı
  • 16-02-2026, 21:35
    AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
  • 16-02-2026, 21:33
    Bərdədə yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib
  • 16-02-2026, 21:31
    TƏBİB-də rəhbər dəyişikliyi: Anar İsrafilov səlahiyyətləri icra edəcək
  • 16-02-2026, 21:31
    Vüqar Qurbanovu vəzifəsindən Müşahidə Şurası azad edib
  • 16-02-2026, 19:59
    Alen Simonyan: “Sonuncu erməni məhbus qayıdanadək danışıqlar dayanmayacaq”
  • 16-02-2026, 14:41
    DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
  • 16-02-2026, 12:21
    Bakıda 5 moped və telefon oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
  • 16-02-2026, 12:18
    Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində iki yeni müavin təyin olunub.
  • 16-02-2026, 08:43
    Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
  • 15-02-2026, 15:52
    Almaniyada yenidən bank qarəti
  • 15-02-2026, 15:48
    Almaniya XİN: “Bizə ABŞ-nin məsləhətinə ehtiyacımız yoxdur”
  • 15-02-2026, 15:46
    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib
Daha çox
Çox oxunanlar
16-02-2026, 14:41
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul elan edir
16-02-2026, 08:43
Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
17-02-2026, 08:23
Azərbaycan-Serbiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir
14-02-2026, 11:04
Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
16-02-2026, 12:18
Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində iki yeni müavin təyin olunub.
15-02-2026, 15:46
Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
“Ayıq sürücü” Land Rover markalı Range Roverdən 11 min manat oğurlayıb
Başqırdıstanın mədəniyyət naziri saxlanılıb
Qanunsuz saxlanılan 192 mərmi, 11 tüfəng aşkar edilərək götürülüb
Bakıda bərbər müştərisinin təqaüdünü talayıb
Xəzər sahilində suiti cəsədləri tapılıb
İdrak Liseyində yaralanan müəllim evə buraxılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə