USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya səfər edəcək.
O, oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Dövlət və Hökumət Başçıları Şurasının VII iclasında iştirak edəcək.
Hakan Fidanın tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcəyi bildirilir.
Qeyd edək ki, beynəlxalq tədbir çərçivəsində iştirakçı ölkələrin nümayəndələri bir araya gələcəklər.