USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bolqarıstanın "Ludoqorets" klubu baş məşqçisi Georgi Dermenciyev ilə yollarını ayırıb.
Bu barədə yerli "Maç Teleqraf" nəşri məlumat yayıb.
Mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ"a 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
Qeyd edək ki, daha əvvəl bir neçə dəfə "Ludoqorets"də işləyən Dermenciyev 2023-cü ildə kluba qayıdıb. Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazanmışdı - 2:1.