USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Hacıqabul rayonunun Muğan kəndi ərazisində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 28 nəfərin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın və 9 azyaşlı) iyulun 12-də saat 06:00 radələrindən etibarən Hacıqabul və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım şöbələrinə yerləşdirilib.
Bildirilib ki, zərərçəkənlərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən bütün şəxslər ambulator müalicə üçün evə buraxılıblar.