
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib\.
Bu dəfə Ermənistana 15 vaqonda ümumi çəkisi 1049 ton olan buğda və 10 vaqonda 700 ton daş kömür göndərilib\. Yüklər Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb\.
İndiyədək Rusiya\-Ermənistan istiqamətində Azərbaycan ərazisindən tranzit vasitəsilə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materiallarının daşındığı bildirilir\.
Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında birbaşa ticarət çərçivəsində də yanacaq ixracı həyata keçirilib\.
Məlumata əsasən, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin ümumilikdə 5 min tona yaxın Aİ\-92 və Aİ\-95 markalı benzin ixrac olunub\.