USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Xankəndi şəhərində Musiqi Kollecinin zirzəmilərindən silah-sursat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 23-də Xankəndi şəhərində yerləşən məktəblərdən birinin və Musiqi Kollecinin zirzəmilərindən, həmçinin şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, dörd pulemyot, yeddi qumbara, altı tüfəng, 52 patron darağı, beş alışdırıcı, 5 014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.