USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Eldar Həsənovu ifşa edən kəşfiyyat orqanları - şok versiyalar

Siyasət

22-08-2020, 16:30

Eldar Həsənovu ifşa edən kəşfiyyat orqanları - şok versiyalarAzərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənovun həbsi son günlərin əsas rezonans doğuran hadisələrindən oldu. Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə təqsirləndirilən E.Həsənov ətrafında baş verənlər özü ilə bərabər bir çox suallar yaratdı, eyni zamanda, bəzi məsələləri yenidən gündəmə gətirdi.

Hazırda əsas suallardan biri onun Azərbaycana qarşı fəaliyyətinin, qurduğu planların hansı ölkənin kəşfiyyat orqanı tərəfindən ifşa edilməsidir. Bu da səbəbsiz deyil. Çünki indiyə qədər Azərbaycan təcrübəsində belə hallara rast gəlinib. Belə ki, 2005-ci ildə o zaman səhiyyə naziri olan Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyevin dövlət çevrilişləri cəhdləri, eləcə də, 2015-ci ildə milli təhlükəsizlik naziri Eldar Mahmudovun təhlükəsizliyimizə zidd fəaliyyətləri cəmiyyətə açıqlanandan, adları çəkilən ilk işi şəxsin həbsindən, sonuncunun isə vəzifəsindən uzaqlaşdırılmasından sonra belə iddialar meydana çıxdı ki, bu barədə ölkə rəhbərliyinə Rusiya prezidenti Vladimir Putin məlumat verib. Sonrakı dönəmlərdə bu iddiaların gerçək olması yönündə çoxsaylı faktlar üzə çıxdı. Sonuncu E.Həsənov məsələsində isə tamam fərqli durum yaranıb. Çünki bu şəxsin zaman-zaman Rusiya meyilli siyasi xətdə olduğu barədə fikirlərə, iddialara, ehtimallara rast gəlmişik. Əgər belədirsə, o zaman səfiri hansı kəşfiyyat orqanı ifşa edib?

Bu istiqamətdə Türkiyə, İsrail və Amerika başda olmaqla Qərb kəşfiyyatının adları çəkilir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, gizli şəkildə hakimiyyəti dəyişmək istəyi səhv yoldur: “Mərhum prezident Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra bu hakimiyyəti açıq və ya gizli şəkildə devirməyə çalışan qüvvələr oldu. Amma bu qüvvələrin hamısı iflasla üzləşiblər. Bunlardan bəzilərini Azərbaycan hüquq-mühafizə orqanlarının özləri müəyyənləşdirib. Əksər hissələrinin isə Azərbaycanla tərəfdaş olan dövlətlərin kəşfiyyat xidmətləri vasitəsilə gizli çevriliş planları faş olub və bu planı hazırlayanlar həbs olunublar. Misal üçün deyim ki, Heydər Əliyevə qarşı ilk çevriliş planı barədə Türkiyənin Cümhurbaşqanı Süleyman Dəmirəl ona məlumat verib. O zaman mərhum prezident Danimarkada idi. Bu çevrilişin 1995-ci ildə qarşısı alınır. Sonrakı illərdə də keçmiş nazirlər nəsə planlaşdıranda xarici kəşfiyyat orqanları Azərbaycana kifayət qədər məlumat veriblər. Bu planların isə hər birinin üstü açılıb. İndi dəqiq deyə bilmərəm ki, Eldar Həsənov hakimiyyətə qarşı nələr planlaşdırıb. Əgər bu barədə planı olubsa, kimlərləsə söhbət edibsə, əlbəttə, ehtimal var ki, Azərbaycana dost və tərəfdaş olan ölkələrin kəşfiyyat xidmətlərinin bu barədə məlumatları olub. Nəticədə rəsmi Bakıya kifayət qədər məlumatlar veriblər. Ümumiyyətlə, gizli şəkildə Azərbaycanda hakimiyyəti devirmək istəyənlər bundan sonra da yəqin ki, iflasa uğrayacaq. Çünki yenə təkrar edirəm ki, gizli heç nə qalmır.

Ona görə də, açıq mübarizə aparmaq lazımdır. Əgər hansısa səfir rəsmi hakmimiyyətdən narazıdırsa, bu hakimiyyətin getməsini daxilən istəyirsə, sivil qaydada istefa verməli, partiya yaxud bir müxalif struktur yaratmalı, hakimiyyəti seçki yolu ilə dəyişməyi istəməlidir. Düzdür, bu halda o qorxa bilər ki, ona qarşı təzyiq üsullarından istifadə edə bilərlər. Amma sən işlədiyin vəzifədə iqtidarın siyasətini qəbul etmirsənsə, demək, sən onsuz da bu hakimiyyətə qarşı müxalif mövqedəsən. Hansısa yollarla fikrini bildirməlisən. Sən gizli şəkildə bunu edəndə şəxsini həbs gözləyə bilər. Çünki gizli yollarla istəyini həyata keçirmək istəyirsən. Amma açıq şəkildə istefa verib partiya yaratsan, inanmıram ki, indiki şəraitdə kimsə səni həbs edə bilər, yaxud partiya yaratmaq istəyinin qarşısını ala bilər. Bu mümkün ola bilən bir məsələ deyil.Eldar Həsənov haqqında ən müxtəlif məlumatlar var. Hətta əvvəllər də deyilirdi ki, baxmayaraq, səfir işləyir, hakimiyyətə qarşı müxalif mövqedədir. Az qala, bunu 20 ildir eşidirəm. O əgər müxalif fikirli idisə, heç nə ona mane olmurdu ki, səfir vəzifəsindən istefa verib, Bakıya qayıdıb, hansısa bir siyasi struktura qoşulub, müxalif mövqedən çıxış etsin. Bu, tamamilə mümkün olan bir məsələ idi. Amma məsələ burasındadır ki, Eldar Həsənovun keçmişi barədə fərqli məlumatlar var. Prokuror işlədiyi dönəmdə xeyli adamlar həbs olunub. Görünür o açıq şəkildə mübarizə aparmağın özü üçün mənfi nəticələrini düşünə bilərdi ki, ona qarşı böyük siyasi qüvvələr birləşəcək. İstənilən halda sivil qaydada mübarizə aparmağın tərəfdarıyam. Kimsə hakimiyyətin içərisində olub, onun siyasətini qəbul etmirsə, o zaman açıq şəkildə mövqeyini ortaya qoysun. Bu nümunələr əslində olub. Məsələn, Lalə Şövkət Hacıyeva dövlət katibi idi. Prezidentin siyasətindən razı olmadı, istefa verdi, partiya yaratdı, öz mövqeyindən çıxış etdi. Həbs olunmadı ki? Sonrakı illərdə bir gündə üç önəmli şəxs istefa verdi, prezidentin köməkçisi Eldar Namazov, xarici siyasət məsələləri üzrə müşaviri Vəfa Quluzadə və xarici işlər naziri Tofiq Zülfüqarov. Hazırda Vəfa Quluzadə vəfat etsə də, Eldar Namazov və Tofiq Zülfüqarov öz müstəqil mövqelərindən çıxış edirlər. Bütün bunlar ən sivil mübarizə yoludur”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli ehtimalları daha ilgincdir: “Azərbaycanın bir sıra ölkələrin kəşfiyyat xidmətləri ilə əlaqələri var. Burada ilk planda Türkiyənin MİT-i gəlir. Bu bizim ölkənin kəşfiyyat xidməti ilə çox sıx təmasda işləyir. Ölkəmiz üçün təhlükəli olan məlumatları Azərbaycana ötürür. İsrail də bir sıra məqamlarda, xüsusilə, İranla bağlı qorxulu məqamlarda kəşfiyyat orqanlarımızı məlumatlandırır. Burada xüsusilə, ölkəmizdə keçirilən ”Eurovision" mahnı müsabiqəsini xatırlatmaq istəyirəm. Bu müsabiqənin keçirilməsinə mane olmaq istəyən İran kəşfiyyatının iki agentinin vaxtında zərərsizləşdirilməsində sözün həqiqi mənasında İsrail kəşfiyyatı xüsusi rol oynadı. Amerikada da bu proseslərdə Azərbaycan kəşfiyyatına lazımı dəstəyi verir. Söhbət bölgədə həm də Amerikanın strateji maraqlarına zidd olan məqamların, xüsusilə, Rusiyadan qaynaqlanan məqamların olması zamanı ABŞ kəşfiyyatı bizimlə sıx əməkdaşlıq etməsindən gedir. Türkiyə, İsrail və Amerika kəşfiyyatları milli təhlükəsizliyimizin qorunmasında böyük rol oynayan dövlətlərdir. Amma sonuncu Eldar Həsənovla bağlı məsələlərdə işlərin daha çox Türkiyənin üzərinə düşdüyü qənaətindəyəm. Çünki Türkiyə bu məsələ ilə bağlı deyərdim ki, çox məlumatlandırılmşdı. Düşünürəm ki, Türkiyə kəşfiyyatı ciddi səs yazıları əldə edib, Azərbaycan tərəfə ötürə bilib. Eldar Həsənovla bağlı məsələnin bir ucu Rusiyaya tərəf gedib çıxdıqda bu barədə Azərbaycan tərəfə bilgi verə biləcəyi ehtimalı mümkünsüzdür. Türkiyənin bu məsələ ilə bağlı işləməsi, xüsusilə, son hava hücumlarından sonra da Azərbaycan dövlətçiliyi üçün yaranan təhlükələr barədə MİT-nin apardığı müşahidələri və kəşfiyyat xarakterli məlumatları sözün həqiqi mənasında dövlətçiliyimizin qorunub saxlanılması üçün böyük əhəmiyyətə malikdir. Burada Amerika və İsrailin hər hansı bir rolunun olduğu barədə nəsə söyləməyə çətinlik çəkirəm. Amma Türkiyə MİT-i ilə bağlı məlumatların dəqiqliyinə diqqəti cəlb etmək lazımdır. Həm də bu məlumatların ardıcıl verilməsi, telefon danışıqlarının müxtəlif vaxtlarda mütəmadi olaraq dinlənilməsi bu qənaətə gəlinməkdə mühüm rol oynayıb. Düşünürəm ki, bundan sonra da bu istiqamətdə Türkiyə-Azərbaycan əməkdaşlığı milli maraqlarımız, təhlükəsizliyimiz üçün ciddi rola malikdir".
“Yeni Müsavat”

Paylaş:
Digər xəbərlər

Araşdırma

21-08-2020, 12:38

Eldar Həsənovun həbsinin bir ucu Şeyxülislama qədər uzana bilər - İDDİA

İqtisadiyyat

1-08-2020, 09:31

Büdcədə daha bir DƏYİŞİKLİK – Rəqəm 30 milyard manata qaldırılır

Araşdırma

19-06-2020, 09:00

Əli Həsənovun aqibəti necə olacaq? - GƏLİŞMƏ

Siyasət

18-06-2020, 16:53

Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”

Gündəm

12-05-2020, 12:28

İcra Hakimiyyətlərinin zədələnmiş nüfuzunu necə bərpa etmək olar? - TƏHLİL

Video

7-05-2020, 16:18

“MTN-çilər gizli əməliyyatdan dövlət üçün deyil, öz mənafeləri üçün istifadə edirdilər...” - DTX-nı MTN-dən fərqləndirən “başçı əməliyyatları”

Video

6-05-2020, 17:42

ARDNF-nin Müşahidə Şurasına yeni üzv təyin edilib

Araşdırma

6-05-2020, 13:33

Adını dəyişən bankda ŞOK CİNAYƏTLƏR... - RƏSMİ

Video

30-04-2020, 10:26

"Onları Eldar Mahmudov şərləmişdi..." - Daha bir bəraət tələbi...

Son xəbərlər
  • Dün, 12:10
    Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
  • Dün, 01:15
    Jurnalist Kamran Nəsirlinin sosial şəbəkə hesabları və saytı kiberhücuma məruz qalıb
  • 10-08-2026, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • 10-08-2026, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • 10-08-2026, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • 10-08-2026, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • 10-08-2026, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • 10-08-2026, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Daha çox
Çox oxunanlar
9-08-2026, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
Dün, 01:15
Jurnalist Kamran Nəsirlinin sosial şəbəkə hesabları və saytı kiberhücuma məruz qalıb
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
10-08-2026, 20:44
Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
10-08-2026, 20:46
Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə