USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Eldar Həsənovun həbsinin bir ucu Şeyxülislama qədər uzana bilər - İDDİA

Araşdırma

21-08-2020, 12:38

Eldar Həsənovun həbsinin bir ucu Şeyxülislama qədər uzana bilər - İDDİAAzərbaycan tarixindən məlumatı olanlara, o cümlədən son illər və bu günün özündə baş verən siyasi prosesləri incələyib normal məntiqi nəticə çıxarmağı bacaranlara bəllidir ki, Rusiyanın başlıca məqsədlərindən biri ölkəmizi yenidən istila etməkdir. Aydın şəkildə görünür ki, Kreml Azərbaycanla bağlı planlarını reallaşdırmaq üçün əlverişli məqam gözləyir. O da məlumdur ki, hazırda bu işdə Moskvaya cani-könüldən yardım edənlər var və onlar Azərbaycanda müxtəlif vəzifələrdə, kritik postlarda, eyni zamanda siyasi səhnədə təmsil olunurlar. Bəli, söhbət ölkə başçısının da çıxışlarında dəfələrlə qeyd etdiyi “5-ci kalon”dan gedir.

İndiyədək Eldar Həsənovun adı bir çox qalmaqallı və ölkənin maraqlarına zidd olan məsələlərdə hallanıb

Qəti əminliklə demək olar ki, “5-ci kalon”un nümayəndələrinin əsas missiyası nəyin bahasına olursa-olsun Azərbaycanda Rusiyanın təsirini gücləndirmək, daxili və xarici siyasətdə Kremlin maraqlarının təmin olunmasına çalışmaq, bir sözlə, ölkəmizi yenidən Moskvadan asılı vəziyyətə salmaq və sonda bizə Rusiyanın vassallığını qəbul etdirməkdir. “5-ci kalon”un nümayəndələri bunun üçün müxtəlif yollara baş vurublar və hələ də Azərbaycanın milli maraqlarına təhlükə yaradan biləcək müəyyən gedişlər edirlər. “Milyarderlər ittifaqı”nın yaradılması, müxalifətdə təmsil olunan ruskafalıların maliyyələşdirilməsi, ölkədə rus dilini az qala dövlət dili səviyyəsinə çatdırmağa çalışmaq, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv etməyə təhrik etmək və s. addımlar deyilənlərin bariz sübutu kimi dəyərləndirilməlidir. Söz yox ki, rəsmi Bakı bütün bunlardan məlumatlıdır və bu səbəbdən də Rusiyadan gələn mümkün təhlükələrin qarşısının alınması məqsədiylə qardaş Türkiyə ilə daha sıcaq ilişkilərin qurulması istiqamətində ciddi addımlar atılır. Bu isə Kremli qıcıqlandırmaya bilməz. Elə bu səbəbdən də Moskva Azərbaycandakı əlaltıları vasitəsiylə bir neçə dəfə dövlət çevrilişi planı hazırlayıb və xoşbəxtlikdən hər dəfəsində də iflasa uğrayıb. Mətbuatda yer alan informasiyaya görə, sonuncu belə cəhd Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri, bugünlərdə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən şübhəli şəxs qismində tutulan Eldar Həsənovun iştirakı ilə baş tutmalı idi. Düzdür, hələlik sabiq səfir ancaq xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsində şübhəli bilinsə də, ehtimallar var ki, onun həbsinin əsas səbəbi məhz dövlət çevrilişinə cəhddə aktiv iştirak etməsidir. Qeyd edək ki, bu barədə “BBC News Azərbaycanca”ya müsahibə verən tanınmış hüquqşünas Aslan İsmayılov Eldar Həsənovun həbsinin səbəbini “daha dərin qatlarda” görür və onun sözlərinə görə, səfirin saxlanması ölkə içində baş verə biləcək qarşıdurmalarla bağlı ola bilər.

Hüquqşünasın da vurğuladığı kimi, bu, sıradan bir həbs deyil. Çünki indiyədək Eldar Həsənovun adı bir çox qalmaqallı və ölkənin maraqlarına zidd olan məsələlərdə hallanıb. Belə ki, mətbuatda onun xaricdəki mühacirləri maliyyələşdirməsi, Rusiyaya xidmət edən “5-ci kalon”un nümayəndəsi olması, Serbiyadan Ermənistana silah-sursat satışında dolayısı ilə iştirakına dair çox ciddi ittihamlar yer alıb. Musavat.com-un iddiasına görə, Eldar Həsənovu Serbiyadan Ermənistana silah-sursat satışına pul qazanmaq ehtirası sövq edib. Yəqin ki, aidiyyatı qurumlar bu məsələ ilə bağlı da sabiq səfiri sorğu-sual edəcək.

Deyilənlər təsdiqini taparsa, o zaman sabiq səfirin və onunla birlikdə hərəkət edən “yoldaş”larının durumu heç də yaxşı olmayacaq

Bu arada, onu da nəzərinizə çatdıraq ki, bir müddət öncə aztoday.az-da yer alan məlumatda deyilir ki, Kremlin Azərbaycan hakimiyyətinə qarşı əsas alternativlərindən biri və bəlkə də birincisi Eldar Həsənovdur. Saytın iddiasına görə, Rusiyanın Azərbaycandakı əsas dayaq nöqtələrindən biri olan Eldar Həsənov Kremlin bir çox aparıcı siyasətçiləriylə – baş nazirin keçmiş müavin, 2013-cü ildə Rusiyanın rəsmi Bakıya qarşı əsas təzyiq aləti olan “milyarderlər ittifaqı”nın üzdə görünən lideri Abbas Abbasovla və Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovla – çox yaxın biznes və siyasi əlaqələrə malikdir. Və bu adamın məhz Rusiya üçün çox strateji önəmə sahib olan Balkan ölkələrinin demək olar ki, hamısında birdən səfir olması heç də təsadüfi deyil: “Bəzi iddialara əsasən isə Eldar Həsənov Balkan ölkələrində Azərbaycanın maraqlarından daha çox Rusiyanın maraqları üçün çalışmaqdadır”. Qeyd edək ki, təxminən, eyni iddialarla hələ bir neçə il öncə foto.info.az saytı da çıxış edib. Eldar Həsənov həmin yazıda da Rusiyanın adamı kimi təqdim olunub və hakimiyyət içindəki rusiyameyilli qüvvələrin sabiq səfirin təbliğatı ilə məşğul olduqları vurğulanıb.

Başqa bir informasiyada isə deyilir ki, Eldar Həsənov Rusiya iqtidarında kifayət qədər söz sahibi olan qüvvələrə bağlı olduğundan Kreml onu dövlət çevrilişindən sonra Azərbaycanın prezidenti kreslosunda görməyi planlaşdırıb. Söz yox ki, əgər deyilənlər öz təsdiqini taparsa, o zaman sabiq səfirin durumu heç də yaxşı olmayacaq. Adətən, bu cür hallarda ittiham olunan şəxs vəziyyətinin bir qədər də olsa, yüngülləşdirilməsi üçün istintaqla əməkdaşlığa gedir və birlikdə hərəkət etdiyi “yoldaş”larını qurban verməkdən çəkinmir.

Məsələyə bu prizmadan yanaşsaq, o zaman güman etmək olar ki, bu iş ancaq Eldar Həsənovun həbsi ilə yekunlaşan deyil. Yəni onun ortaqları da müttəhimlər kürsüsündə əyləşə bilər. Belə ki, səsləndirilən iddialara görə, həbs dağlası ölkədəki Rusiyameyilli digər şəxsləri də ağuşuna alacaq. Həmin şəxslərin kimliyi ilə bağlı son günlər müxtəlif media orqanlarında yetərincə informasiya yayılıb. Odur ki, təkrarçılığa varmadan, bu barədə əldə olunan yeni bilgiləri diqqətinizə çatdırmaq istərdik.

Qeyd olunur ki, Eldar Həsənovun həbsinin bir ucu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə qədər uzana bilər. Çünki Qafqaz müsəlmanlarının 12-ci şeyxülislamı, 1980-ci ildən QMİ-yə rəhbərlik edən Allahşükür Paşazadə müxtəlif kütləvi informasiya vasitələrində Rusiyaya bağlı adam kimi təqdim olunub. Hətta onun Rusiyanın bir sıra rəsmi dövlət qurumları ilə sıx əməkdaşlıqda olduğu da yayılan məlumatlar sırasındadır. Misal üçün nəzərinizə çatdıraq ki, Milli azadlıq hərəkatının fəallarından olmuş, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bir müddən əvvəl modern.az saytına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin sədrini açıq şəkildə “KQB”nin agenti adlandırıb. Partiya sədri həmçinin, Allahşükür Paşazadənin bütün həyatı boyu sovet imperiyasına, onun allahsız ideologiyasına xidmət etdiyini bildirib.

Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda QMİ sədrinin Rusiyaya bağlı olmasına dair mətbuatda məlumatlar gedib və bu tip bəyanatları səsləndirən şəxslərin əksəriyyəti siyasi arenada yetərincə nüfuz sahibi olanlardır. Beləliklə, son zamanlar Azərbaycan iqtidarının Rusiyanın təsirindən yaxa qurtarmağa çalışdığını, mərhələli şəkildə “5-ci kalon”un nümayəndələrini zərərsizləşdirdiyini, Kremlin hakimiyyətin müxtəlif qollarına yerləşdirdiyi casuslarını ifşa etdiyi nəzərə alsaq, ehtimal etmək olar ki, Moskva ilə kifayət qədər sıcaq ilişkilərdə olduğu iddia edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri də başladılan təmizləmə kampaniyasında əsas hədəflərdən biridir. Hələlik isə gözləyək, görək prosesin sonu hara gedir.

“Hürriyyət”in Araşdırma Qrupu

Paylaş:
Digər xəbərlər

Siyasət

3-08-2020, 15:38

Putin Lukaşenko ilə “vidalaşır”? - TƏHLİL

Siyasət

3-08-2020, 15:20

"Baxın, dəstək verdiyiniz ölkənin baş naziri görün kimlərlə əlbirdir" - GƏLİŞMƏ

Siyasət

6-07-2020, 11:58

“RAMİZ MEHDİYEV SƏNİ İSTƏMİR, ONA HEÇ VAXT İNANIB ÜRƏYİNİ AÇMA…” – Heydər Əliyev vaxtilə Eldar Sabiroğluna nə üçün belə demişdi…

İdman

15-06-2020, 13:35

Firdovsi Umudov: Məşqçi, yoxsa ictimai-siyasi xadim ? - İDDİA

Müsahibə

10-05-2020, 15:10

Karantindən sonra bu xəstəliklərin yeni dalğası başlayacaq – Kremlin sabiq baş həkimindən CİDDİ XƏBƏRDARLIQ

Bölgə

24-04-2020, 15:18

“İndiki vəziyyətdə yeganə yol Ağdamın geri alınmasıdır” - GƏLİŞMƏ

Araşdırma

21-04-2020, 11:00

Cavanşir Feyziyev Əli Həsənovun yadigarıdır... - Müraciət...

Siyasət

8-04-2020, 13:52

Milli Məclisdə kadr islahatları aparılarsa... - İLGİNC FAKTLAR

Siyasət

6-04-2020, 13:18

Nuşirəvan teleməkanımızı necə xarabalığa çevirdi?! - GƏLİŞMƏ

Son xəbərlər
  • Bugün, 10:38
    3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
  • Dün, 20:33
    Prezident İlham Əliyev Kaya Kallası qəbul edib
  • Dün, 01:04
    Giorgia Meloni Azərbaycana səfərini başa vurdu
  • 4-05-2026, 19:27
    İlham Əliyev İrəvandakı sammitdə onlayn çıxış edib
  • 4-05-2026, 19:24
    Azərbaycan üzərindən Ermənistana gübrə göndəriləcək
  • 4-05-2026, 19:23
    Kaya Kallas Azərbaycana səfər edəcək
  • 4-05-2026, 19:22
    İlham Əliyev Giorgia Meloni ilə təkbətək görüş keçirir
  • 4-05-2026, 19:20
    İtaliyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
  • 4-05-2026, 19:18
    “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • 4-05-2026, 12:02
    “AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
  • 3-05-2026, 22:38
    3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
  • 3-05-2026, 01:15
    Məhkəmə Muaytay Federasiyası ilə bağlı iddiaları rədd etdi
  • 2-05-2026, 21:12
    Cevdet Yılmaz Ermənistana səfər edəcək
  • 2-05-2026, 21:09
    Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırır
  • 2-05-2026, 21:07
    AZAL Dubaya uçuşları bərpa edir
  • 2-05-2026, 21:06
    İtaliya Azərbaycanda minatəmizləməyə 1,5 milyon avro ayırıb
  • 2-05-2026, 21:04
    Gürcüstanda 3,3 bal gücündə zəlzələ qeydə alınıb
  • 2-05-2026, 15:30
    AZAL Təl-Əvivə uçuşları bərpa edir
  • 1-05-2026, 21:13
    DİN Maştağa psixiatriya mərkəzi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
  • 1-05-2026, 21:12
    Vahid Ələkbərovun sərvəti artıb: Bloomberg yeni reytinq açıqladı
  • 1-05-2026, 21:11
    Azad edilmiş ərazilərdə 7 788 hektardan çox sahə minalardan təmizlənib
  • 1-05-2026, 21:09
    Hikmət Hacıyev: “Azərbaycan bütün qonşularla dostluq münasibətləri qurub”
  • 1-05-2026, 21:08
    Prezident İlham Əliyev yenidən qurulan İslam Səfərli küçəsinin açılışında iştirak edib
  • 1-05-2026, 21:04
    İran XİN: ABŞ-ın İrana hücum xərcləri 100 milyard dolları keçib
  • 1-05-2026, 21:03
    BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında gərginlik arta bilər
  • 1-05-2026, 21:01
    Polis qanunsuz silah-sursat aşkarladı
  • 1-05-2026, 20:59
    TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.
  • 1-05-2026, 20:58
    iPhone 17-yə rekord tələbat: “Apple” səhmləri yüksəldi
  • 1-05-2026, 20:56
    İran sülh təklifini yenilədi: sənəd Pakistan vasitəsilə təqdim olunub
  • 1-05-2026, 20:54
    Bərdədə narkotik əməliyyatı: kiloqramlarla vasitə dövriyyədən çıxarıldı
  • 1-05-2026, 20:53
    Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
  • 1-05-2026, 20:51
    Neft bahalaşır: “Brent” 111 dolları keçdi
  • 1-05-2026, 20:50
    İsrail BƏƏ-yə dron aşkarlama sistemi təqdim edib
  • 1-05-2026, 20:43
    Oqtay Əsədov 22 ildən sonra federasiya rəhbərliyindən getdi
  • 1-05-2026, 00:55
    İsrail İrana qarşı zərbələri bərpa edə bilər – Katzdan mesaj
Daha çox
Çox oxunanlar
1-05-2026, 00:50
Onkologiya Mərkəzində partlayış: həkimi öldürməyə cəhd edən xəstə ölüb, cinayət işi açılıb
1-05-2026, 00:53
Prezident Avropa çempionu olan güləşçilərlə görüşdü
1-05-2026, 00:55
İsrail İrana qarşı zərbələri bərpa edə bilər – Katzdan mesaj
3-05-2026, 01:15
Məhkəmə Muaytay Federasiyası ilə bağlı iddiaları rədd etdi
4-05-2026, 12:02
“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
2-05-2026, 15:30
AZAL Təl-Əvivə uçuşları bərpa edir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
Sosial
3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub
3 May – Ümumdünya Mətbuat Azadlığı Günü: Azad sözün dəyəri və artan çağırışlar
Məhkəmə Muaytay Federasiyası ilə bağlı iddiaları rədd etdi
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə