USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycanla Ermənistan arasında yeni savaş başlayır

Siyasət

7-02-2021, 01:35

Azərbaycanla Ermənistan arasında yeni savaş başlayır

Ermənistan hökuməti Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dövlətlərarası iddia qaldırıb. Ermənistan mətbuatı xəbər verir ki, məğlub ölkə Azərbaycanı 44 günlük müharibə və ondan sonrakı dövrdə beynəlxalq konvensiyaları pozmaqda günahlandırır.

Ermənistan hökuməti ölkəmizin ermənilərin yaşayış, toxunulmazlıq, mülkiyyət, şəxsi və ailə həyatı, təhsil və digər bir sıra hüquqlarını pozduğunu, Qarabağ və Ermənistan əhalisinə işgəncə verdiyini və qeyri-insani münasibət göstərdiyini iddia edir. İddiaya müxtəlif “dəlillər” əlavə edilib, habelə hərbi əsirlərin və mülki şəxslərin, Qarabağdan olan qaçqınların, ölən və yaralıların hüquqlarının qorunması məsələlərinə toxunulub.

Axar.az xəbər verir ki, Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva Musavat.com-a açıqlamasında Ermənistanın iddiasının perspektivinin olmadığını bildirib:

"Çünki Azərbaycan heç bir beynəlxalq konvensiyanı pozmayıb. Azərbaycanın qaldırdığı və irəli sürəcəyi məhkəmə iddialarının isə ciddi perspektivi var. Çünki Azərbaycanın əlində çoxlu sayda dəlillər, Ermənistanın beynəlxalq konvensiyalarını pozduğunu sübuta yetirən çoxsaylı sübutlar var. 44 günlük müharibə dövründə Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın Dağlıq Qarabağdakı münaqişə səbəbi ilə vəsatət qaldırdı. Avropa İnsan Haqları Məhkəməsi isə Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq Ermənistana müvəqqəti tədbirlərin tətbiqi barədə Azərbaycanın vəsatətini qəbul etdi. Vəsatət ”Ermənistan ərazilərindən və Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycanın mülki əhali, yaşayış sahələri, ictimai binaları, qəbiristanlıqlar, digər mülki obyektləri və infrastrukturuna raket və artilleriya atəşlərini dayandırmağı" İrəvana məcbur edilməsi haqqındadır.

Azərbaycan Məhkəmədən Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindəki cinayətkar strukturlara hərbi, siyasi, maliyyə və ya hər hansı digər dəstəyin dayandırılmasını tələb etdi. Bakı AİHM-dən Ermənistanı muzdlu hərbi qüvvələr, silahlar və sözdə könüllü adlanan, əslində muzdlu olan şəxslərin Azərbaycanın suveren ərazilərinə göndərməsini dayandırmağı və Ermənistan vətəndaşlarının və ya xarici vətəndaşların Azərbaycana gəlməsinə dair müraciətlərdən çəkinməsini tələb etdi.

Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə paralel humanitar qanunları pozub.

Ermənistanın sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayətləri, silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normaların və ya müharibə qanunlarını pozmasını bir neçə beynəlxalq insan haqları təşkilatları sənədləşdirib. Məsələn, 44 günlük müharibə dövründə “Amnesty International”ın münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə bağlı ofisi Azərbaycanın Kəlbəcər rayonunda monitorinq həyata keçirib. Monitorinqdə 1993-cü ildə öz yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinin dağıdılması,1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarlarının dağıdılması, dağıntıların bir qisminin 44 gün ərzində aparılması faktı qeydə alınıb.

“Amnesty İnternational” Ermənistanın dəfələrlə cəbhə xətti boyu əhalinin sıx yaşadığı rayonları atəşə tutması, heç bir hərbi obyekt mövcud olmayan ərazilərdə mülki əhalini atəşə tutması, müharibənin birinci günündə erməni qüvvələrinin Naftalan şəhəri yaxınlığındakı Qaşaltı kəndinə endirdiyi artilleriya zərbəsinin nəticəsində Qurbanovlar ailəsinin beş üzvünün həlak olmasını sənədləşdirib. Sənədləşdirilən müharibə cinayətlərinə oktyabrın 17-də Gəncəyə, Muxtar Hacıyev keçəsindəki yaşayış rayonuna “Elbrus” operativ-taktiki raketinin atılması nəticəsində 21 dinc sakin həlak olması, 50-dən çoxunun yaralanması, oktyabrın 27-də isə erməni qüvvələrinin Bərdənin Qarayusifli kəndinə atdığı raketlərdən 5 nəfəin həlak olması, 14-nün yaralanması, oktyabrın 28-də də Bərdə şəhərinə iriçaplı raketlərdən zərbə endirilməsi sənədləşirilib. Hesabatda, şəhər cəbhə xəttindən onlarla kilometr aralıda yerləşməsi və raketlərdən üçü şəhərin mərkəzində o cümlədən biri xəstəxananın yaxınlığında partlaması qeydə alınıb.

Kaset başlıqlı “Smerç” 9M55 raketinin şəhərin insanların sıx olduğu mərkəzi küçəsində partlaması nəticəsində 21 nəfər dinc sakin həlak olması da bu hesabatda əksini tapıb. Bütün bu faktlar Ermənistanın Avropa Məhkəməsində Azərbaycana uduzacağının labüd edir".

Ekspert həmçinin qeyd etdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparıb və işğal altında olan, müdafiə olunmayan şəhərlərin, kəndlərin, binaların və ya yaşayış evlərinin dağıdılmasını həyata keçirib. Bu da beynəlxalq hüququn pozulmasıdır:

“Bütün bu proseslərin fonunda Ermənistan AİHM-nə belə müraciətlərin analogiyasını yaratmaq məqsədi il 44 günlük müharibədə özünün törətdiyi cinayətləri saxtalaşdıraraq AİHM-ə müraciət etməklə hər vəchlə bu iş üzrə məsuliyyətdən kənarlaşmağa çalışır”.

Y.Hacıyeva onu da vurğuladı ki, hər bir halda Azərbaycanın müvafiq rəsmi qurumları, diplomatik təmsilçiləri AİHM-də ciddi iş aparmalıdır, arxayınlaşmaq olmaz:

“Avropa Şurası kimi Avropa İnsan Haqları Məhkəməsi də erməni lobbisinin aktiv olduğu təsisatlardır və bu təsisatlarda erməni maraqları qətiyyətlə qorunur. Bunu nəzərə almalıyıq”.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

29-01-2021, 00:58

Azərbaycan və Ermənistan arasında növbəti əsir mübadiləsi

Siyasət

10-01-2021, 17:33

“Ermənistanı Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq” - XİN

Siyasət

1-01-2021, 18:01

Səfir: Azərbaycan beynəlxalq hüququn prinsiplərini təkbaşına həyata keçirməyi bacardı

Siyasət

10-11-2020, 09:16

Erməni qoşunlarının Qarabağdan çıxarılması prosesi başladı

Siyasət

30-10-2020, 13:47

Nikol müharibəni uduzub: əgər etiraf etsə... – İsrail eksperti

Siyasət

26-10-2020, 11:16

Azərbaycandan mülki erməni əhalisinə müraciət

Siyasət

19-10-2020, 15:23

Yaxın günlərdə Azərbaycan bayrağının Şuşada dalğalanacağına heç kimin şübhəsi olmasın

Siyasət

12-10-2020, 14:24

Diplomatlar Gəncədə erməni vəhşiliyini gözləri ilə gördü

Siyasət

28-09-2020, 14:31

Ermənistan son itkilərini açıqladı

Siyasət

24-09-2020, 21:04

Bakı savaş qərarı versə, KTMT qarışa bilərmi? – Rusiyadan baxış

Siyasət

3-07-2020, 16:51

Şok etiraf: “ABŞ hökuməti Qarabağa...” – Azərbaycana qarşı təxribat

Siyasət

3-06-2020, 12:19

Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi

Son xəbərlər
  • Dün, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • 28-06-2026, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • 28-06-2026, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • 28-06-2026, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • 28-06-2026, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • 28-06-2026, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • 28-06-2026, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • 28-06-2026, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • 28-06-2026, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • 28-06-2026, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • 28-06-2026, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • 28-06-2026, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • 28-06-2026, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • 28-06-2026, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • 28-06-2026, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
  • 28-06-2026, 00:42
    Usik bütün çempionluq kəmərlərindən imtina etdi
  • 28-06-2026, 00:39
    Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı
  • 28-06-2026, 00:33
    Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
  • 27-06-2026, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
  • 27-06-2026, 13:36
    AŞPA-dan Azərbaycana sərt qətnamə: jurnalistlər, fəallar və siyasi məhbuslarla bağlı ciddi çağırışlar
  • 27-06-2026, 02:18
    “26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
  • 26-06-2026, 23:54
    Vaşinqton və Tehran yeni danışıqlar masasına oturur
  • 26-06-2026, 23:53
    Lukaşenkodan Moskvaya gözlənilməz səfər
  • 26-06-2026, 23:51
    Gürcüstan parlamentində gərginlik yumruq davasına çevrildi
  • 26-06-2026, 23:48
    Rusiya miqrantlar üçün dövlət rüsumlarını kəskin artırır
  • 26-06-2026, 19:45
    AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu
  • 26-06-2026, 02:30
    Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
  • 26-06-2026, 01:01
    Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
  • 25-06-2026, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • 25-06-2026, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
Daha çox
Çox oxunanlar
26-06-2026, 01:01
Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
26-06-2026, 02:30
Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
25-06-2026, 20:03
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
27-06-2026, 02:18
“26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
28-06-2026, 00:47
Polşa və Ukrayna arasında yeni gərginlik
28-06-2026, 00:55
Vucic istefa verəcəyini açıqladı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə