USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Goranboyda qanunsuz ov silahları müsadirə edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.
Keçirilən müvafiq tədbirlər nəticəsində 4 sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sahibləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb.