USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Ana məktubu

Sosial

16-09-2023, 20:39

Ana məktubu

OĞLUMA MƏKTUB

Salam Qubad!

Qalib dedi ki, yazdığım məktubu sənə verməyiblər, ananı baladan ayıranlar bunu da bizə çox görüblər.
Yazmışdım, özünü istidən, əsəblərini pis adamdan, pis rəftardan qoru.
Səhhətinin qeydinə qal, dərmanlarını vaxtında qəbul elə.
Darıxma, bəlkə pis adamın ömrü-əli uzundur, amma pis günün ömrü qısadır.

Qalib dedi, bu məktubu FB-da yayacaq, vəkillər gələndə çap edib sənə versinlər ki, oxuyasan.
Ona görə bu məktubu ananın sənə yazdığı məktub kimi oxuma, haqsız yerə məhbəsdə olan bütün övladlara analarının məktubu kimi oxu!

Tez-tez məndən soruşurlar ki, 5 uşağı təkbaşına necə belə əxlaqlı, ədalətli, elmli böyütmüsən. Bir az əvvəl Sevinc Osmanqızı (Allah ondan və sənin haqq səsini batmağa qoymayanlardan razı olsun) zəng eləmişdi, o da eyni sualı verdi.
Qoy, o sualın cavabını bu məktubda yazım, qalsın, dünyanın işini bilmək olmaz.
Mən övladlarıma ədəbiyyat müəlliməsi kimi ədəbiyyat öyrətmişəm, ədəb öyrətmişəm, ərkan öyrətmişəm.
Ana kimi şəfqətimi, sevgimi vermişəm.
Atalarının yoxluğunu hiss etdirməməyə çalışmışam.

Ancaq mən övladlarıma həyatı öyrətməmişəm.
Onlara nə zaman necə qərar verməyi təlqin eləməmişəm.
Mən övladlarımın seçimlərinə həmişə hörmətlə yanaşmşam.

Qubad, mən həmişə səninlə fəxr eləmişəm.
10-cu sinifdə oxuyanda respublika olimpiadasında 1-ci yeri tutanda da, institutu qırmızı diplomla bitirəndə də, gənc yaşında alimlik dərəcəsi alanda da, dünyanın sayılıb-seçilən universitetlərində dərs deyəndə də.


Özün bilirsən, siz uşaq olanda həmişə elm öyrənməyinizin, yaxşı oxumağınızın tərəfində olmuşam, sizin elmli olmağınızı arzulamışam. İstəmişəm, mənim övladlarım elmlərinə, biliklərinə görə başqalarından fərqlənsinlər, ataları kimi savadlı olsunlar.

30 ilə yaxın orta məktəbdə ədəbiyyat fənnindən dərs demişəm, o vaxt tədris proqramında olan “Moabit dəftəri”ni keçəndə ağlıma da gəlməyib ki, oğlum Musa Cəlil kimi qəhrəman olsun. Mən səni həmişə alim kimi təsəvvür eləmişəm.

Ancaq sonradan, ədalətsizliklərə, haqsızlıqlara şahid olanda başa düşdüm ki, insanın ən qiymətli keyfiyyəti onun elmi deyil, ədalətidir, vicdanıdır!
Ailəsinin qayğısız yaşamasına, başının dinc olmasına çalışan alimin elmi, biliyi nəyə, kimə gərəkdir ki?!

Neynirəm, o qızıl teşti ki, içinə qan qusacam!

Qubad, mən həmişə səninlə, bilirsən, ən çox nəyə görə fəxr eləmişəm?!
Ədalətli olduğuna görə, kasıbın, yetimin, haqqı yeyilənin tərəfini saxladığına görə, haqqı nahaqın ayağına vermədiyinə görə.

Min illərdir, dünyada xeyirlə şərin mübarizəsi gedir.
Əgər bu mübarizədə şər qalib gəlsəydi, bügünkü dünyamız da olmazdı.
Bu dünyanın zülmü ərşə dayanan fironları varsa, Allahın kürəyində durduğu Musaları da var.
Allah kürəyində dursun!

Anan Həqiqət

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə

27-06-2023, 10:52

Bu gün müqəddəs Arafa günüdür

Gündəm / Siyasət

23-12-2022, 19:21

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gündəm / Siyasət / Hadisə / Dünya

5-12-2021, 22:33

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazıb.

Siyasət

24-05-2021, 13:30

Britaniya Kraliçası İlham Əliyevə məktub göndərdi

Sosial

27-11-2020, 12:16

Evdar xanımdan - Əsgərə məktub

Sosial

5-11-2020, 19:44

Erməni analar Merkelə məktub göndərmək istəyirlər

Araşdırma

27-06-2020, 16:11

Şahmar Hüseynovun koronavirus alveri... - NARAZILIQ...

Siyasət

28-02-2020, 10:55

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

Son xəbərlər
  • Bugün, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • Bugün, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • Bugün, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
  • 22-07-2026, 18:43
    “AzerGold” QSC-nin KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
  • 22-07-2026, 16:35
    “AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
  • 22-07-2026, 13:09
    Berlində İlham Əliyevin səfərinə etiraz aksiyası keçirilib
  • 21-07-2026, 22:12
    Azərbaycan və Almaniya münasibətlərində yeni mərhələ: Berlində strateji sənədlər imzalandı
  • 20-07-2026, 21:26
    Azərbaycanda beşillik məşğulluq planı qəbul edildi
Daha çox
Çox oxunanlar
24-07-2026, 00:40
Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
25-07-2026, 18:33
Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
23-07-2026, 20:49
“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
25-07-2026, 14:08
Əməkdar artist Elnur Kərimovu ilan sancıb
25-07-2026, 14:04
Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
25-07-2026, 14:15
Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə