USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb. Hadisə rayonun Sərhədabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, "QAZel" markalı avtomobillə "VAZ-2106" markalı avtomobil toqquşub.
Qəza nəticəsində rayon sakini Xalid Aslanov xəsarət alıb. O, rayon xəstəxanasına aparılıb. Həmçinin bir nəfərə ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.