USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Polisə güllə atmaq dövlətçiliyimizə qarşı çıxmaq deməkdir

Sosial

25-06-2024, 19:25

Polisə güllə atmaq dövlətçiliyimizə qarşı çıxmaq deməkdirBu gün Azərbvaycan regionda və dünyada ən təhlükəsiz, sabit ölkələrdən biri sayılır. Qonşu ölkələrlə müqayisədə Azərbaycanın “sabitlik adası” adını qazanması heç də təsadüfi deyil. Bu sabitliyin əldə edilməsində aparıcı funksiyalardan biri də məhz Azərbaycan polisinin üzərinə düşür. İstər antiterror tədbirlərində, istərsə də mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təşkilində Azərbaycan polisinin rolu və peşəkar fəaliyyəti danılmazdır.

Azərbaycan polisi ictimai asayişin və dövlətin təhlükəsizliyinin təmin olunması istiqamətində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Polislərimiz həmçinin müstəqilliyimizin ilk günlərindən torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə böyük vətənpərvərlik nümunəsi göstəriblər. 44 günlük Vətən müharibəsindən və lokal antiterror əməliyyatından sonrakı dövrdə də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə yüksək fədakarlıqla xidmət göstərir.

Ancaq əfsuslar olsun ki, bütün bunları görməzdən gələn və polisə qarşı məkrli qaralama kampaniyası aparan, polis orqanlarını nüfuzdan salmağa çalışan qüvvələr də var və onlar bu gün vətəndaşlarla polis arasında məqsədyönlü şəkildə etimadsızlıq mühiti və qarşıdurma yaratmaq üçün hər cürə çirkin vasitələrə əl atırlar. Ötən gün axtarışda olan cinayətkar tərəfindən 3 polis əməkdaşının qətlə yetirilməsi isə daxildə və xaricdə polisi hədəf seçən qüvvələrin daha da fəallaşmasına səbəb olub. Hər üç polisimiz vəzifə borclarını yerinə yetirərkən həlak olub. Ancaq mənəvi dəyərlərdən, insanlıqdan imtina etmiş bəzi şəxslər isə polislərimizi qətlə yetirən qatı cinayətkarın müdafiəçisi, vəkili kimi çıxış edirlər.

Bu şəxslər ölkədə sabitliyin qorunmasının vacibliyini düşünmək əvəzinə, cəmiyyətdə polisə qarşı mənfi münasibət formalaşdırmağa çalışırlar. Bu da məqsədyönlü planın bir tərkib hissəsidir. Onlar bilirlər ki, axtarışda olan cinayətkar tərəfindən 3 nəfər polis əməkdaşına atılan güllə eyni zamanda ictimai asayişin pozulmasına xidmət edir. Onlar sanki ölkədə ictimai təhlükəsizliyin zəifləməsini, cinayətkarlıq hallarının artmasını istəyirlər. Ona görə də polisin fəaliyyətinə dəstək olmaq əvəzinə, polisə qarşı inamsızlıq və etimadsızlıq ab-havası formalaşdırmağa çalışırlar. Belələri xüsusən də sosial şəbəkələrdə böyük canfəşanlıq göstərirlər. Lakin sevindirici haldır ki, polisin rolunu düzgün dəyərləndirən sağlam düşüncəli insanlarımız da az deyil. Onlar belələrinin cavabını layiqincə verir və bu gün sabitlik mühitində yaşamağımızda polislərin rolunun əvəzsiz olduğunu qeyd edirlər.

Ancaq onu da bilməliyik ki, sabitliyin qorunub saxlanması təkcə polislərimizdən yox, həm də bizim özümüzdən asılıdır. Ona görə də bu gün biz polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçıranların, polisə güllə atanların “vəkil”liyini edənlərin zərərli təbliğatlarına “yox!” deməyi, onların dövlətçiliyə zidd mövqeyini ictimai qınaq hədəfinə çevirməyi bacarmalıyıq. Onlar bilməlidirlər ki, polisləri qətlə yetirmək qəhrəmanlıq yox, cinayətkarlıqdır. Polisə güllə atmaq dövlətçiliyimizə qarşı çıxmaq deməkdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri



Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial

19-09-2023, 15:35

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Ordusunun antiterror tədbirlərini dəstəkləyir

Gündəm / Sosial / Hadisə

19-09-2023, 13:47

Azərbaycan antiterror əməliyyatına başladı

Sosial

1-08-2023, 11:56

Ordumuz Azərbaycanın yeni tarixini yazdı

Sosial

27-04-2023, 12:09

Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir

Sosial

12-04-2023, 13:17

Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında aktivdir

Sosial / Hadisə

12-03-2023, 11:10

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranma günüdür

Gündəm / Sosial / Hadisə

5-08-2022, 11:02

London polisi Azərbaycan səfirliyinə hücum edən 8 nəfəri saxlayıb

Sosial

2-02-2022, 17:32

"Bizim gənclərimiz milli ruhun daşıyıcıları olan, sağlam əqidəli, Vətənə, dövlətə bağlı fərdlərdir"

Sosial

26-10-2021, 11:33

Bəzi qüvvələr təxribatlara əl atmaq istəyir

Gündəm / Sosial / Hadisə

26-09-2021, 22:02

"Dəmir Yumruq" əməliyyatından 1il ötür

Gündəm / Sosial

12-03-2021, 20:05

Prezident İlham Əliyev DİN Qoşunlarının yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında

Sosial

20-10-2020, 13:30

Azərbaycan vətəndaşları polislə birgə terrora qarşı mübarizə aparmalıdır - Ramiz Alıyev

Son xəbərlər
  • Bugün, 22:21
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
  • Bugün, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
Daha çox
Çox oxunanlar
Bugün, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Bugün, 22:21
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə