USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Müsavatçının ölümündə təqsirli bilinən şəxsin məhkəməsi kneçirilib

Sosial

18-02-2025, 17:33

Müsavatçının ölümündə təqsirli bilinən şəxsin məhkəməsi kneçirilib
Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Müsavat Partiyasının üzvü Natiq Mehdini qətlə yetirməkdə təqsirləndirilən 55 saylı orta məktəbin təsərrüfat müdiri Elsevər İslamovun məhkəməsi davam edib.

Hakim Elmin Rüstəmovun icraatında olan işdə bu dəfə şahidlər dindirilib.

Məhkəmə hadisənin baş verdiyi məktəbin direktoru Yaqut Kərimlini dindirib.

Həm öldürülən, həm də təqdsirləndirilən şəxs həmin məktəbdə işləyiblər.

Məktəb direktoru məhkəməyə verdiyi ifadəsində göstərib ki, hadisə qeyri-iş günündə baş verib.

Növbəti gün işə gələndə Natiq Mehdini işdə görməyib: “Məktəbin qapısı açıq idi, düşündüm ki, Natiq özü qapını açıq qoyub, gedib. Təsərrüfat müdiri Elsevər İslamovdan bu barədə soruşanda dedi ki, Natiq onun zənglərinə cavab vermir. Sonra Natiqin bacısı oğlu məktəbə gəldi, dedi ki, Natiq dayısı işdən evə qayıtmayıb, ailəsi narahat qalıb. Biz də öz növbəmizdə polisə zəng vurduq, gəldilər, məktəbin ərazisindəki təhlükəsizlik kameralarının görüntülərinə baxdılar, Elsevər İslamovu özləriylə apardılar”.

Məhkəmənin və müdafiə tərəfinin suallarını cavablandıran şahid həm ölənin, həm də öldürməkdə təqsirləndirilənin problem yaratmayan, sakit adam olduqlarını deyib: “Natiq axşam növbəsində işləyirdi. Elsevər arada şikayətlənirdi ki, Natiq yatır, məktəbin qapılarını gec açır. Mən də ona tapşırmışdım ki, bir də belə hal təkrarlansa Natiqdən izahat alsın. Elsevərlə bağlı bir də onu deyə bilərəm ki, əvvəllər anbarla bağlı sənədləri vaxtında vermədiyi üçün iki-üç dəfə töhmət alıb”.

Ötən məhkəmə iclasında Elsevər İslamov verdiyi ifadəsində bildirmişdi ki, hadisəni törədərkən spirtli içkinin təsiri altında olub. Onun sözlərinə görə, hadisədən əvvəl yaxın dostu ilə bir kafedə yemək yeyib, spirtli içki qəbul edib. Kafedən çıxıb məktəbə gedərkən qapıları açıq, dəhlizlərdəki işıqları söndürülməmiş, Natiq Mehdini isə stulda yatmış vəziyyətdə görüb. Zarafat üçün şəklini çəkib. Bu anda Natiq ayılıb və şəklini çəkdiyi üçün onunla kobud danışıb və söyüş söyüb. O da Natiqdən nəyə görə məktəbin qapılarını açıq qoyaraq yatdığını soruşub. Aralarında mübahisə yaranıb: “Ağır söyüşlər söyürdü, yerə yıxıb təpiklədim. Qaldırıb stula oturdanda yenə söydü, başına yumruq vurdum, huşunu itirdi. Xırıldadı, sonra hərəkətsiz qaldı, nəbzi vurmurdu. Səhərə yaxın məktəblilər gəlib meyiti görməsin deyə, maşınıma qoymaq istədim, yerləşmədi. Məcbur oldum ki, onu bıçaqla hissələrə ayırım. Qara paketə yığıb məktəbin pilləkənlərinin altında gizlətdim. İki gün sonra məktəbdə DİM imtahan keçirəcəkdi deyə qapılara plomb vurulacaqdı, məktəbə heç kim buraxılmayacaqdı. Onun üçün elə həmin gün günorta heç kim olmayanda paketi götürüb apardım”.

Bu iş üzrə məhkəmə martın 5-də davam edəcək.

Qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Natiq Mehdi (Ulubəy) Müsavat Partiyasının fəallarından olub.

O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.

Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib.

Qətllə bağlı Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Paylaş:
Digər xəbərlər

Hadisə

18-01-2025, 01:56

Məhkəmə Aynur Elgünəşi və Natiq Cavadlını yenə həbsdə saxladı

Hadisə

2-09-2024, 21:05

Məktəb direktoru işçisi tərəfindən bıçaqlandı

Sosial / Hadisə

14-05-2024, 18:31

DİN: "İtkin düşmüş müsavatçı həmkarı tərəfindən öldürülüb"

Hadisə

11-03-2024, 13:56

300 nömrəli məktəbin direktoru rüşvət və korrupsiya ilə müəllimləri bezdirib

Sosial

31-10-2023, 08:54

Keçmiş icra başçısı yenidən hakim qarşısında

Sosial / Hadisə

2-06-2023, 20:42

İlkin Süleymanov son söz dedi

Gündəm / Sosial / Hadisə

5-04-2023, 17:24

Dərsə gecikən şagirdin döşəmə sildirdiyi məktəbin direktoru cəzalanıb

Sosial / Hadisə

1-04-2023, 12:08

Bakıda anasın qətlə yeniyetmənin məhkəməsi başlayıb

Sosial

6-05-2021, 12:36

4 məktəb direktoru işdən çıxarıldı

Hadisə

20-05-2020, 15:41

Sevgilisini öldürən şəxsin məhkəməsi başladı

Sosial

24-02-2020, 17:13

Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı – NAZİRDƏN YENİ TƏYİNAT - FOTO

Son xəbərlər
  • Bugün, 20:26
    Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırdı
  • Bugün, 20:25
    Sumqayıtda partlayış zamanı xəsarət alan şəxs ölüb
  • Bugün, 20:23
    İki Azərbaycan vətəndaşı olmaqla daaha 5 nəfər İrandan Azərbaycana təxliyə olunub
  • Bugün, 20:21
    İrandan Türkiyəyə atılan raket zərərsizləşdirilib
  • Bugün, 20:19
    Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılıb
  • Bugün, 20:18
    Azərbaycan–İran sərhədində yük maşınlarının hərəkəti bərpa olunub
  • Bugün, 20:16
    İsrail Livandakı “Rus Evi”ni vurub
  • Bugün, 02:03
    Müctəba Xamenei İranın yeni Ali Lideri seçildi
  • Bugün, 02:02
    Pezeşkian İlham Əliyevə zəng edib
  • Dün, 17:54
    Seyid Abbas Əraqçi Ceyhun Bayramova zəng edib
  • Dün, 17:37
    Nazirlər Kabineti: Azərbaycan–İran sərhədində yük avtomobillərinin hərəkəti dayandırılıb
  • Dün, 17:35
    Seyid Abbas Əraqçi: “Naxçıvana dron hücumu ilə bağlı araşdırma başlayıb”
  • Dün, 17:33
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Dün, 17:31
    Yaşar Güler Zakir Həsənova zəng edib
  • Dün, 17:30
    İrakli Çikovani və Zakir Həsənov təhlükəsizlik məsələlərini müzakirə ediblər
  • Dün, 17:27
    İran vətəndaşları üçün Azərbaycandan keçən marşrut müvəqqəti bağlandı
  • 7-03-2026, 22:54
    Moskvada Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşdü
  • 7-03-2026, 22:47
    TDT XİN Şurası Yaxın Şərqlə bağlı birgə bəyanat yaydı
  • 7-03-2026, 16:44
    XİN Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama yayıb
  • 7-03-2026, 16:38
    İran daha 13 PUA-nın vurulduğunu açıqladı
  • 7-03-2026, 11:02
    DSX-də Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirilib
  • 6-03-2026, 22:29
    MEDİA sosial şəbəkələrdə Azərbaycana qarşı dezinformasiyanı pislədi
  • 6-03-2026, 22:27
    SEPAH-ın Bakıdakı cəsusları saxlanıldı
  • 6-03-2026, 22:24
    “AzerGold” xüsusi mükafata layiq görüldü
  • 6-03-2026, 16:39
    “Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
  • 6-03-2026, 12:44
    AAF ilə “Türkmən atları” Dövlət Birliyi arasında memorandum imzalanıb
  • 6-03-2026, 10:15
    Şabranda Şahmat məktəbinin ərazisi satılıb, özünü isə viran qoyublar
  • 6-03-2026, 09:56
    Molla rejiminin növbəti xəyanətkar əməli qətiyyətlə pislənilir
  • 5-03-2026, 21:16
    İlham Əliyev Təhlükəsizlik Şurasının təcili iclasını keçirdi
  • 5-03-2026, 21:14
    İran Naxçıvandakı dron hücumu ilə bağlı İsraili günahlandırdı
  • 5-03-2026, 21:11
    Fidan və Bayramov Naxçıvana hücumu müzakirə etdilər
  • 5-03-2026, 14:22
    Naxçıvan Muxtar Respublikasına hücum nəticəsində 4 nəfər xəsarət alıb
  • 5-03-2026, 14:20
    Naxçıvan Beynəlxalq Hava Limanınun içərisindən görüntülər yayılıb
  • 5-03-2026, 14:15
    İran səfiri Müctəba Dərmiçilu Azərbaycan XİN-ə çağırılıb
  • 5-03-2026, 14:13
    Naxçıvan Beynəlxalq Hava Limanına düşən dronun qalıqları
Daha çox
Çox oxunanlar
6-03-2026, 09:56
Molla rejiminin növbəti xəyanətkar əməli qətiyyətlə pislənilir
5-03-2026, 00:31
Sayt iki günlük blokladan sonra fəaliyyətini bərpa edib
5-03-2026, 00:05
Türkiyə Milli Müdafiə Nazirliyi: İrandan atılan ballistik raket zərərsizləşdirilib
5-03-2026, 00:23
Pentaqon: “İrandakı qızlar məktəbinə edilən hücumu araşdıracağıq”
5-03-2026, 00:12
Məsud Pezeşkian qonşu ölkələrin liderlərinə müraciət edib
5-03-2026, 00:21
Ramil Mənsimov Azərbaycana ekstradisiya olunub
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
İran vətəndaşları üçün Azərbaycandan keçən marşrut müvəqqəti bağlandı
DSX-də Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirilib
MEDİA sosial şəbəkələrdə Azərbaycana qarşı dezinformasiyanı pislədi
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Əli Xamenei ilə vida mərasimi ləğv edilib
Məsud Pezeşkian qonşu ölkələrin liderlərinə müraciət edib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə