
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə keçirilən sonuncu məhkəmə iclasında jurnalistlərə hökm oxunub. Məhkəmə prosesi hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutub.
Məhkəmənin hökmünə əsasən:
• “Abzas Media”nın direktoru Ülvi Həsənli, redaktor Sevinc Abbasova (Vaqifqızı), araşdırmaçı jurnalistlər Hafiz Babalı və Fərid Mehralızadə 9 il,
• Jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il,
• Media hüquqları üzrə fəaliyyət göstərən Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Jurnalistlərə qarşı irəli sürülən ittihamlar əsasən maliyyə pozuntuları və qaçaqmalçılıqla bağlı olub. Lakin yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bu işin siyasi motivli olduğunu bildirir və jurnalistlərin fəaliyyətlərinə görə cəzalandırıldıqlarını vurğulayırlar.