USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
![]()
“Meydan TV işi” çərçivəsində həbs olunan jurnalist Natiq Cavadlının apellyasiya şikayəti təmin edilməyib. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.
İyulun 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən iclasda jurnalistin ev dustaqlığına buraxılması ilə bağlı verilmiş şikayət rədd edilib. Məhkəmə əvvəlki instansiya — Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Beləliklə, Natiq Cavadlı barəsində seçilmiş həbs-qətimkan tədbiri qüvvədə qalıb.