USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Gömrük də nazir və məmurların ac övladlarının “çörək yeri”dir" - QALMAQAL

Video

3-08-2020, 14:19

"Gömrük də nazir və məmurların ac övladlarının “çörək yeri”dir" - QALMAQALAzərbaycanda ilk kitab mağazaları şəbəkəsi sayılan “Əli və Nino”nun təsisçisi Nigar Köçərli gömrükdə üzləşdiyi problemlər, süründürməçilik və soyğuncu xarakter daşıyan cərimələrlə bağlı yazı qələmə alıb. “AzPolitika.info”ya istinadən həmin yazını təqdim edirik:

“Səhər tezdən tələm-tələsik hazırlanıb sevimli işimi görmək üçün yüksək ruhla ofisə qaçdım. Amma “Böyük Qardaş” məni sakit və rahat işləməyə qoymadı. Qısa izah: mən ilk gündən etibarən, yəni artıq 18 ildir ki, gömrüklə mütəmadi olaraq işləyirəm. Bu səbəbdən öz təcrübəmdən çıxış edərək yazıram.

Gəlin, pozitiv başlanğıc edim: gömrük orqanında rəhbərlik dəyişdikdən sonra mən və mənim kimi rüşvət verməkdən qaçan digər şəxslər üçün işləmək bir qədər asanlaşdı. Hazırda demək olar ki, birbaşa rüşvət tələb edilmir.

Amma, nikbin ruh elə bununla da yekunlaşır. İş prosesində hələ də hər şey əvvəllər olduğu kimi qalır. Mən hamını günahlandırmaq istəmirəm. Əlbəttə ki, gömrükdə vicdanlı və öz işini məsuliyyətlə görən işçilər də var. Amma gəlin həqiqəti deyək: gömrük əvvəllər də, elə indi də nazir və məmurların ac övladlarının “çörək yeri”dir.

Ölkə rəhbərliyinin dəfələrlə kiçik və orta sahibkarların biznesinə mənasız əngəllər yaratmamaq çağırışlarına baxmayaraq, bir neçə qutu kitabı gömrükdən keçirib gətirmək üçün idarənin qapılarında ən azı 5-6 gün sürünmək lazım gəlir. Bir dəfə Türkiyədə mənim kiçik bir kitab yükümün gömrük rəsmiləşdirməsini gömrük brokeri cəmi 20 dəqiqə ərzində, üstəlik, öz kabinetindən belə çıxmadan etmişdi. Cəmi 20 dəqiqə!

Azərbaycanda isə bu işi həyata keçirməyə günlərlə vaxt sərf olunur, aşağı-yuxarı mərtəbələr gəzərək bir kabinetdə bəyannamə təsdiqlətdirmək, digərində möhür vurdurmaq, o birində təsdiq etdirmək və s. məcburiyyətində qalırsan.

Hələ onu demirəm ki, yüksək rütbəli məmurlar özlərinə fərdi iş cədvəlləri təyin edirlər – siesta, işə gec gəlmək, işdən tez getmək... İndi gəl, görüm onların iş qrafikinə necə uyğunlaşa bilirsən!

Əgər yükünüzü 3 gün ərzində rəsmiləşdirib təhvil ala bilmirsinizsə, o zaman sizi “gecikmə”yə görə çoxsaylı cərimə sanksiyaları gözləyir – həm daşıma şirkəti tərəfindən, həm də sirli “Ramal Trans” MMC şirkəti tərəfindən. Bir az sonra bu mövzuya yenidən qayıdacam. Amma indi bir daha vurğulamaq istəyirəm ki, malın tez və problemsiz rəsmiləşdirilib çıxarılmasını təmin etmək əvəzinə, gömrük mənasız və axmaq əngəllər yaradır. Kənardan baxanda elə mənzərə yaranır ki, sanki, məqsədləri sadə və zəhmətkeş insanları bezdirmək, onları ruhdan salmaq və alçaltmaq, daha sonra isə özlərinin təyin etdikləri fantastik cərimələri ödəmək məcburiyyətində qoymaqdır.

Misal üçün qeyd edim ki, bu ilin yanvar ayında ümumi dəyəri 2000 azn olan bir kitab yükün “saxlanma”sı üçün biz 1600 azn cərimə ödəmək məcburiyyətində qaldıq! Hələ gömrük rüsümundan kənar! Baxmayaraq ki, bütün sənədlərimiz qaydasında idi, amma biz düz bir həftə çalışsaq da təəssüf ki, nədənsə “Böyük Boss”un cədvəlinə heç cür uyğunlaşa bilməmişdik. Əlbəttə, biz şikayət etdik, amma təbbi ki, bizi həmişəki kimi, sadəcə “azdırdılar”. Eyni zamanda, qeyd edim ki, həmin vaxtda, elə bizim gözümüzün önündə korrupsioner və rüşvətxor məmurların yükləri heç bir çətinlik olmadan, asanlıqla rəsmiləşdirilib təhvil verilirdi.

İndi isə qayıdıram yuxarıda qeyd etdiyim həmin o müəmmalı “Ramal Trans” MMC-yə. Gömrük ərazisinə daxil olan hər bir yük maşını bu vahiməli şirkətə yükün “çeşidlənmə”si üçün 500-600 manat məbləğində ödəniş etməlidir. Bunun nə olduğunu və niyə olduğunu heç kim izah edə bilməz. Qəribə qəbzlər təqdim edirlər. İddiaya görə bu qəbzə “yükboşaltma” da daxildir. Buna baxmayaraq, biz əlavə olaraq yük boşaltmağa da 200 azn ödəməli oluruq və s.

İndi təsəvvür edirəm ki, Gömrük Komitəsinin Mətbuat Xidməti əllərini həvəslə ovuşdurduqdan sonra təxminən bu formada yazır: “Özünü “Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyatı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?

Artıq bir ildir ki, gömrükdə yüklərin rəsmiləşdirilməsi ilə bağlı yeni qayda tətbiq edilir. Yük gömrüyə daxil olmazdan öncə ona Qısa İdxal Bəyannaməsi (QİB) yazılmalıdır. Bu, bəlkə də qaydalarımızın tarixindəki ən utancverici səhifədir. Bunun nə olduğunu və niyə olduğunu heç kim bilmir. Gömrük idarəsinin özündə savadlı və ağıllı işçilər bu sual qarşısında çiyinlərini çəkirlər, çünki özləri də bunun nə qədər axmaq olduğunu başa düşürlər. Bu QİB-nin mahiyyəti budur: əgər yük maşını sərhəddi keçənədək yüklərdəki məlumatları portala daxil edə bilməmisinizsə, 1500 manat məbləğində cərimələnəcəksiniz. Yük maşını hələ Bakı gömrüyündə olanda qısa deyil, adi, ən adi gömrük bəyannaməsini təqdim etsək, onda bu axmaq QİB nə üçündür?

Əgər yüklər tez-tez bir maşından digər maşına ötürülürsə, onda biz məlumatları dəqiq formada necə daxil edə bilərik? Hər gün onlarla sahibkar bu QİB-ni yazmağı çatdırmadığı üçün bu mənasız prosesin qurbanına çevrilir! Əksər vaxtlarda bu, şirkətin deyil, məhz Azərbaycan gömrüyünün həqiqətləri ilə tanış olmayan daşıyıcı şirkətlərin günahı olur, amma bu məsələnin mahiyyətini dəyişmir, 1500 manat ödəməlisən, vəssalam!

Görünən odur ki, gömrükçülər qəsdən sahibkarların “belini qırmağa” və qiymətləri süni şəkildə qaldırmağa çalışırlar! Yaxşı, deyək ki, mən öz dar düşüncəmə əsasən belə bir cərimənin ölkəmizə tətbiq edilməsinin miqyasını və faydalarını qiymətləndirmək iqtidarında deyiləm. Onda mənə izah edin ki, bu cərimə niyə belə dəhşətli olur? Cəmi bir qutu uşaq nağılını gətirsən belə, 1500 manat cərimə!

Stalin repressiyaları ilə bağlı kitabların birində bir dəfə parkda dondurma satan bir qız haqqında hekayə oxumuşdum. Hekayədə balaca qız bir dəfə təsadüfən dostu ilə rastlaşanda ona bir dondurma verir, amma bunun üçün kassaya pul qoymağa vaxtı olmur, unudur. Elə həmin günün axşamı qız “sosialist əmlakının mənimsəməsinə” görə həbs edilərək 15 illik cəza alır. Bu dəhşətli hekayə yaddaşlarda təkcə Stalin rejiminin qeyri-insani cəhətlərinin nümunəsi kimi deyil, məhkəmə sisteminin qeyri-adekvatlığının nümunəsi kimi də həkk olunmuşdu – çünki, cəza cinayətin şiddətinə uyğun gəlmir.

QİB haqqında ilk dəfə eşidəndə düşündüm ki, bu əziz gömrükçülərimizin “məmur uşaqları” üçün açdıqları yeni “çörək qapısı”dır. Amma yox, məlum oldu ki, bu, bizim təşəbbüsümüz deyil, ölkədə düzgün olmayan bir çox şey kimi, bu qayda da Rusiyadan götürülmüşdür. Ancaq gəlin görək Rusiyada bu situasiyaya düşməyin cəzası nədir? 3000-10000 rubl (70-210 AZN). Bizdə isə 1500 AZN!

İndi isə tortdakı albalıdan danışaq: Bu ilin fevral ayında biz, digər minlərlə sahibkarlar kimi, bu “tələyə” düşdük (daşıyıcı şirkət bizi yük maşınının artıq sərhəddə daxil olduğu haqda vaxtında xəbərdar edə bilməmişdi) amma cərimə olunmağımıza baxmayaraq, cərimə bizdən çıxılmadı.

Ancaq bu səhər vəkilimin bir zəngi ilə başladı – cəsarətli gömrüyümüz bu cəriməni ödəmək üçün “Əli və Nino”ya qarşı iddia qaldırıb. Niyə bu gün? Niyə məhz indi?

Dünən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu həddən artıq yüksək olan bu cərimə ilə bağlı şikayətlə Gömrük Komitəsi rəhbərinə müraciət (çünki o da eyni tələyə düşmüşdü) etdi. SSRİ-nin ən yaxşı ənənələrinə sadiq qalaraq, əvvəlcə naşir palçığa yuvarladıldı, sonra onun ünvanına böhtan yazdılar, sonra mediada sifarişli yazılar peyda oldu, sonra isə dahiyanə bir “strateji zərbə” gəldi – “işimizi” tozlu rəflərdən qaldırdılar və bizə layiqli bir cərimə etdilər!

Əziz məmurlar! Villalar və lüks avtomobillərini zəhmət çəkmədən əldə edənlər! 18 ildir ki, mən öz prinsiplərimə sadiq qalaraq bir abidə qurmuşam – əlavə heç nə ödəmirəm və bir qəpik də rüşvət verməyəcəyəm! Yenidən bizi “əzmək” üçün çalışdığınız zaman, xatırlayın – cəmiyyət dürüst insanların dürüst əməyinə əsaslanır və ədalət həmişə sonda qalib gəlir!

Nigar Köçərli , “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi”

Paylaş:
Digər xəbərlər

Siyasət

2-07-2020, 13:54

Rahat günlər başa çatır... - İDDİA

Bölgə

30-06-2020, 13:16

"Şəki rayon İcra Hakimiyyətinə ayaq döymüşəm..." - GİLEY

Siyasət

26-06-2020, 09:33

Gömrükdə həbslər davam edəcək... - İDDİA

Təhsil

24-06-2020, 16:50

Gəncə Tibb Kollecində “unikal” rüşvət yığımı - İDDİA

Siyasət

18-06-2020, 13:00

O bacarmadı... BACARMAYACAQDI DA... - Pandemiyanı da bəhanəyə çevirib

Araşdırma

13-04-2020, 15:09

Gömrükdəki İNHİSAR ŞƏBƏKƏSİ... - Bacanaqlar, xaloğlular və daha kimlər...

Araşdırma

9-04-2020, 15:00

Səfər Mehdiyev haqqında ŞOK İDDİA... - DGK-ni kimlərə peşkəş edib?..

Araşdırma

16-03-2020, 12:19

Səfər Mehdiyev üçün yolun sonu ERKƏN GÖRÜNƏ BİLƏR... - İTTİHAM

Hadisə

29-02-2020, 12:25

Gürcüstanda DTX yüksək vəzifəli məmurları rüşvətə görə saxladı

Son xəbərlər
  • Dün, 00:43
    Tramp: Türkiyəyə qarşı bütün sanksiyaları qaldırırıq
  • 7-07-2026, 01:11
    Ukrayna dronları Omsk neft emalı zavodunu vurdu
  • 7-07-2026, 01:09
    HƏMAS komandiri öldürüldü
  • 6-07-2026, 12:51
    “AzerGold”un 25-ci sikkə kolleksiyası dövlət şirkətinin 10 illik fəaliyyətinə həsr edilib
  • 6-07-2026, 01:00
    Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
  • 5-07-2026, 17:33
    Ukrayna Rusiyanın üç raketini və 112 pilotsuz aparatını zərərsizləşdirib
  • 5-07-2026, 17:31
    Makron Suriyaya səfər edəcək
  • 5-07-2026, 17:28
    Ağdamda ata və iki övladı su anbarında batıb
  • 5-07-2026, 14:29
    “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
  • 5-07-2026, 14:07
    Merts koalisiyası Almaniyada böyük islahat paketi açıqladı
  • 5-07-2026, 12:08
    Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
  • 29-06-2026, 00:49
    Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
  • 28-06-2026, 23:49
    Polşa XİN rəhbəri Rusiyanın NATO ölkəsinə qarşı təxribat hazırlaya biləcəyini dedi
  • 28-06-2026, 23:47
    ABŞ və İran arasında nüvə danışıqları davam edir
  • 28-06-2026, 23:45
    DÇ-2026-da pley-off mərhələsi başlayır
  • 28-06-2026, 23:40
    İsrail hökuməti erməni soyqırımını tanıdı
  • 28-06-2026, 23:37
    İtaliyadan Türkiyəyə qanunsuz göndərilən minlərlə ton tekstil tullantısı aşkarlandı
  • 28-06-2026, 14:45
    Medvedev Ermənistana xəbərdarlıq etdi
  • 28-06-2026, 14:43
    Bakıda 37 yaşlı kişi bıçaqlandı
  • 28-06-2026, 14:40
    Luka Modriç dünya çempionatları tarixinə düşdü
  • 28-06-2026, 14:38
    Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyat: 409 nəfər saxlanılıb
  • 28-06-2026, 14:36
    Ukrayna MiQ-29 qırıcısını itirdi
  • 28-06-2026, 14:34
    Fransada isti hava səbəbindən ölüm halları artdı
  • 28-06-2026, 14:29
    Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
  • 28-06-2026, 01:54
    Rusiya Qərbi “böyük müharibəyə hazırlaşmaqda” ittiham etdi
  • 28-06-2026, 01:07
    Almaniyada AfD ətrafında mübahisələr yenidən gücləndi
  • 28-06-2026, 01:05
    SBU Rusiyada neft stansiyasına zərbə endirdiyini açıqladı
  • 28-06-2026, 01:01
    Rusiya Belarusdan aviasiya yanacağı idxalını kəskin artırdı
  • 28-06-2026, 00:59
    Baltik ölkələri Aİ-ni Rusiya neftinə qadağanı sürətləndirməyə çağırdı
  • 28-06-2026, 00:55
    Vucic istefa verəcəyini açıqladı
  • 28-06-2026, 00:47
    Polşa və Ukrayna arasında yeni gərginlik
  • 28-06-2026, 00:42
    Usik bütün çempionluq kəmərlərindən imtina etdi
  • 28-06-2026, 00:39
    Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı açıqlandı
  • 28-06-2026, 00:33
    Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
  • 27-06-2026, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
Daha çox
Çox oxunanlar
5-07-2026, 17:31
Makron Suriyaya səfər edəcək
7-07-2026, 01:09
HƏMAS komandiri öldürüldü
5-07-2026, 14:29
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
5-07-2026, 12:08
Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək
6-07-2026, 01:00
Yaponiya və Cənubi Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər
5-07-2026, 17:28
Ağdamda ata və iki övladı su anbarında batıb
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir
İsrail hökuməti erməni soyqırımını tanıdı
Almaniyada AfD ətrafında mübahisələr yenidən güclənib
Avropada rekord isti: Almaniyada temperatur 41 dərəcəni keçdi
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə