USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

ABŞ xarici agentlər qanununa görə Gürcüstana 95 milyon dollarlıq yardımı dayandırıb

Siyasət

5-08-2024, 09:39


ABŞ xarici agentlər qanununa görə Gürcüstana 95 milyon dollarlıq yardımı dayandırıb
ABŞ yardımın dayandırılmasını Gürcüstan hökumətinin “antidemokratik davranışları”, Qərb və Vaşinqton haqqında “yalan bəyanatları” ilə əsaslandırıb

Çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinken Gürcüstan hökumətinin son addımlarının və bəyanatlarının “Aİ və NATO-ya üzvlük normalarına uyğun gəlmədiyini” əks etdirən bəyanat yayıb. Bəyanat mübahisəli “xarici agentlər” haqqında qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl verilib.

Avqustun 1-dən etibarən gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edən təşkilatlar 30 gün ərzində Ədliyyə Evinə müraciət etməli və xarici agentlərin məlumat bazasında qeydiyyatdan keçməlidirlər. Qanuna əməl etməkdən boyun qaçıran təşkilatlar yüksək məbləğdə cərimələnəcək və hökumət tərəfindən məcburi qeydiyyata alınacaq.

“Mayın 23-də Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirildiyini elan etdim. Bu araşdırmanın nəticəsi olaraq, Birləşmiş Ştatlar birbaşa Gürcüstan hökuməti üçün nəzərdə tutulan 95 milyon dollardan çox yardımı dayandırır” , – Entoni Blinken yazıb.

“Ölkələrimiz və vətəndaşlarımız arasında mövcud olan 32 illik dostluq və tərəfdaşlıq dövründə ABŞ xalqı Gürcüstanın iqtisadiyyatının və demokratik təsisatlarının inkişafına və möhkəmlənməsinə töhfə verməklə 6,2 milyard dollardan çox yardım göstərib”, – deyə Blinken vurğulayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ demokratiya, qanunun aliliyi, müstəqil media və iqtisadi inkişafı gücləndirən proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcək və “gürcü xalqına və onun Avro-Atlantik məkana inteqrasiya istəklərinə sadiq qalacaq”.

İyulun əvvəlində ABŞ Müdafiə Nazirliyi “Birləşmiş Ştatlar-Gürcüstan ikitərəfli münasibətlərinin hərtərəfli nəzərdən keçirilməsi” çərçivəsində “Noble Partner” illik hərbi təlimini “qeyri-müəyyən müddətə” təxirə saldığını açıqlamışdı.

ABŞ bu qərarı verəndə Gürcüstan hökumətinin “ABŞ və digər Qərb təsisatlarına qarşı əsassız ittihamları”na istinad edib. Belə ki, hakim “Gürcü arzusu” partiyası və onun müttəfiqləri Qərb dövlətlərini Ukraynaya təzyiqi azaltmaq məqsədilə Rusiyaya qarşı ikinci cəbhə açması üçün Gürcüstana təzyiq göstərdiyini və hakim partiyaya qarşı iki çevriliş cəhdində iştirak etdiyini bildiriblər.

İyulun 8-də isə Avropa İttifaqı (Aİ) xarici agent qanununun qəbul edilməsinə və insan haqlarına qarşı təzyiqlərə cavab olaraq Gürcüstana ayrılan 30 milyon avroluq (32 milyon dollar) hərbi yardımı dayandırıb.

“Fəlakətli nəticələr”

Gürcüstan rəsmiləri Blinkenin tənqidini qəbul etməyiblər. Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Levan Davitaşvili cümə axşamı jurnalistlərə verdiyi açıqlamada Gürcüstanın Avro-Atlantik məkana inteqrasiya yolundan “birmənalı olaraq” yayınmadığını və 95 milyon dollarlıq maliyyənin təyinatından xəbərsiz olduğunu deyib.

“Mən sizə bu yardım haqqında konkret heç nə deyə bilmərəm. Söhbətin nədən getdiyini bilmirəm”, – Davitaşvili bildirib.

“Bizim üçün Qərblə yaxınlaşma və tərəfdaşlıq həmişə olduğu kimi aktual olaraq qalır. Buna görə də, əlbəttə ki, biz ABŞ-la sıx əməkdaşlığa böyük əhəmiyyət veririk”, – deyə Davitaşvili vurğulayıb.

Hakim partiyanın deputatı Beka Davituliani bu addımın oktyabrda keçiriləcək parlament seçkiləri öncəsi iğtişaşları gücləndirmək məqsədi daşıdığını irəli sürüb.

“Gürcüstan dövlətinə yardım məqsədilə ayrılan 95 milyon dollar indi dayandırılıb, lakin mən sizə deyirəm ki, seçkilərə qədər daha çox şey olacaq. Seçkilər öncəsi gərginlik yaranacaq”, – Davituliani bildirib.

Vahid Milli Hərəkat Partiyasından olan deputat Gia Caparidzenin sözlərinə görə, müxalif siyasətçilər “fəlakətli nəticələr”ə görə məsuliyyətin hakim “Gürcü arzusu” partiyasının üzərində olduğunu bəyan ediblər və başqa nəticələrin də olacağı barədə xəbərdarlıq ediblər.

Müxalifətçi “Avrooptimistlər” parlament qrupunun sədri Roman Qotsiridze bildirib ki, Avropa İttifaqı, Almaniya, Danimarka və ABŞ daxil olmaqla, ölkə və təşkilatların yardımını dayandırması “artıq domino effekti şəklini alır”.

“Bütün demokratik dünya Gürcüstanla maliyyə münasibətlərini dayandıracaq”, – deyə Qotsiridze xəbərdarlıq edib. “Bunun fəlakətli nəticələri olacaq, Gürcüstanın Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi dövlət və bütün infrastruktur layihələrinin qaynağı olan beynəlxalq maliyyə təşkilatlarından təcrid olunması davam edəcək”.

“Bu, işsizliyə, ölkənin boşalmasına, qiymətlərin artmasına və iqtisadiyyatın çökməsinə səbəb olacaq”.

Hökumət aylarla davam edən gərgin etirazlar və tənqidlərin ardından mayın 28-də xarici agentlər haqqında qanunu qəbul etdikdən sonra dövlət rəsmiləri “qlobal müharibə tərəfdarlarının” Gürcüstanda sabitliyi pozmaq və Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istədiyini iddia etməyə başlayıblar.

Rəsmilər gizli quruluşun Qərbə nəzarət etdiyini və bütün dünyada müharibəyə şərait yaratdığını, eləcə də bəzi qruplaşmalarla ABŞ-ı əlaqələndirdiyini bildiriblər.

Hakim “Gürcü arzusu” partiyası ilə müttəfiqləri “qlobal müharibə tərəfdarları” sırasında yer alanların adlarını açıqlamayıb. ABŞ, yaxud Avropanı nəzərdə tutmadıqlarını deyən hökumət rəsmiləri bununla belə sözügedən maraq dairələrinin həm ABŞ, həm də Avropa üzərində böyük təsir gücünə malik olduğunu iddia ediblər

Paylaş:
Digər xəbərlər

Siyasət

7-06-2024, 02:55

ABŞ-dan Gürcüstana SANKSİYA

Siyasət

18-05-2024, 20:00

Gürcüstan prezidenti "Xarici agentlər haqqında qanun" -a VETO qoydu

Siyasət

2-05-2024, 19:48

Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanunu qəbul etdi

Siyasət / Sosial

17-04-2024, 14:59

Gürcüstan parlamentində etirazlara səbəb olan qanun layihəsini təsdiq edildi

Siyasət

12-04-2024, 08:26

Aİ -dən Gürcüstana xəbərdarıəq

Siyasət

16-03-2024, 13:23

NATO baş katibi Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq

Siyasət

2-05-2023, 22:34

Bayramovla Mirzoyanın ABŞ-da görüşü başladı

Siyasət / Sosial / Dünya

8-03-2023, 11:10

Gürcüstanda müxalifət yeni etiraz aksiyasına hazırlaşır

Siyasət / Sosial

8-03-2023, 09:56

Gürcüstan sanksiya məruz qala bilər

Siyasət

18-06-2021, 07:32

Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək

Siyasət / Dünya

26-01-2021, 19:08

Gürcüstan hökumətindən bu ölkəyə getmək istəyənlərə TƏLƏB

Siyasət

24-09-2020, 22:05

XARİCİ İŞLƏR NAZİRİ GÜRCÜSTANA RƏSMİ SƏFƏR EDİB

Son xəbərlər
  • Bugün, 00:21
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • Dün, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
Daha çox
Çox oxunanlar
21-10-2026, 14:35
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
21-10-2026, 14:37
Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
20-10-2026, 16:51
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
21-10-2026, 14:43
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
21-10-2026, 14:45
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə