USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani iyunun 18-19-da Antalya Diplomatik Forumunda iştirak edəcək.
Foto.info.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, XİN başçısı forumun “Cənubi Qafqaz: Regional əməkdaşlıq üçün yeni fürsətlər” adlı panelində Azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə iştirak edəcək.
Səfər çərçivəsində David Zalkalianinin həmkarları ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.