USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Şərurlu İsfəndiyara nazirlikdə kim hamilik edir? - Müraciət...

Araşdırma

2-03-2020, 17:31

Şərurlu İsfəndiyara nazirlikdə kim hamilik edir? - Müraciət...“Şərur” MTK tərəfindən aldadılaraq maddi və mənəvi zərərçəkmişlər (hazırda tələbkarlar) Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya Müraciət edib. Həmin Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Çox hörmətli Birinci Xanımımız və Birinci Vitse-Prezidentimiz!

Tam əminliklə bildiririk ki, hörmətli Prezidentimiz İlham Əliyev Cənablarından və Sizdən başqa heç kim mənzillərimizi bizə qaytarmayacaq. Buna görə yenə son ümid yeri olaraq Sizə müraciət etmək məcburiyyətində qaldıq.

Məlumat üçün bildirək ki, 2011- ci ildə “MUR-AY” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş vermişdir. 29 dekabr 2011-ci il tarixdə Bakı ŞİH başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar.

Problemin həlli Bakı ŞİH-nin sərəncamı ilə “Şərur” MTK-ya tapşırılmış və “MUR-AY” MMC-nin bütün əmlakları o cümlədən müqavilə öhdəlikləri “Şərur” MTK-nın üzərinə qoyulmuşdur. Əlavə olaraq “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı və on milyon (10 000 0000) AZN maliyə yardımı ayırlmışdır. Bunun müqabilində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov şəxsən imzaladığı bu müqavilənin 35-ci bəndinə uyğun olaraq “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, yəni geci 2015-cü ilədək mənzillə təmin etməli idi.

2018-ci ildə Sizə müraciətimiz əsasında işimizi nəzarətinizə götürmüş, işin qanunauyğun və ədalətli araşdırılması üçün göstərişinizi vermişdiniz. Nəticədə Bakı Apellyasiya Məhkəməsində eləcədə Ali Məhkəmədə qanuni və ədalətli qərarlar çıxarılmışdır.

Çox mərhəmətli Mehriban Xanım,

Sizin ədalətiniz sayəsində bütün məhkəmələrdə çıxarılmış qanunauyğun qərarlar əlimizdə ola-ola biz heç bir cürə mənzillərimizə qovuşa bilmirik. Bunun başlıca səbəbkarı isə “məğlub edilməz iş adamı” İsfəndiyar Axundovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəhbəri Nurəddin Mustafayev tərəfindən qətiyyətlə himayə olunmasıdır.

Çünki Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarı ilə qüvvəyə minmiş və artıq 5 aydır ki, icraya yönəlmiş qərarın yerinə yetirilməsini Nurəddin Mustafayev bütün gücü ilə əngəlləyir. İcraya başlamaq haqqında qərardan keçən 6 aya yaxın müddətdə biz tələbkarlar 7 dəfə Nurəddin Mustafayevin qəbulunda olmuşuq.

İlk görüşdə Nurəddin Mustafayev bizə açıq-aşkar bildirdi ki, İsfəndiyar Axundovun adamları məndən xahiş ediblər ki, bu işin icrasını 1 ay gecikdirim. Biz də məcbur olub 1 ay gözlədik. Bir ay müddəti Nurəddin Mustafayev tərəfindən müxtəlif bəhanələrlə (gah icra məmurlarını dəyişərək, gah da hakimin icra yerini, ünvanı dəqiq göstərmədiyini və s.) 3 aydan artıq uzadıldı. Bundan sonra məcbur olaraq Ədliyyə Nazirinin müavini Vilayət Eyvazova, Nurəddin Mustafayevin törətdiyi əməllərlə bağlı şikayət ərizəsi ilə müraciət etdik.

Nə Vilayət müəllimin göstərişinə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun qərarına heç bir əhəmiyyət verməyən Nurəddin Mustafayev son olaraq 27 fevral 2020-ci il tarixdə bizə bunları dedi – “kimə və hara istəyirsiniz gedin şikayət edin heç nəyə nail olmayacaqsınız, çünki siz mətbuatda Birinci Vitse-Prezidentə müraciətinizdə mənə qarşı çox böyük vicdansızlıq edərək yalan və iftiralarla dolu məlumat yaymısınız?! Nəhayət bu gün bizə aydın oldu ki, İcra Baş İdarəsində bəzi adlarının çəkilməsini istəməyən məmurların biz zərərçəkənlərə qeyri-rəsmi olaraq – “işinizin bu idarədə düzəlməsi mümkün deyildir, beləki idarənin rəhbəri Nurəddin Mustafayev İsfəndiyar Axundovla uzun illərə dayanan çox isti münasibətdədirlər və O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsində belə fikir yayıbdır ki, guya Heyder Əliyev Fonduna İsfəndiyar Axundov tərəfindən külli miqdarda vəsaitlər yönəldilmiş və hal-hazırda yönəldilməkdədir” – demələrinin səbəbi nə imiş. Əlbəttə bütün bu fikirlər şəxsi mənafelər naminə Nurəddin Mustafayevin öz vəzifəsini icra etməməsini ört basdır etmək üçün uydurduğu şayələrdir.

Biz Sizin təmizlik və ədalət simvolu olan şəxsinizin və Ümummilli Liderin müqəddəs adını daşıyan bir Fondun İsfəndiyar Axundov kimi dələduzlarla bağlılığına heç vaxt inanmadıq və inanmırıq.

Çox Hörmətli Birinci Vitse-Prezidentimiz!

Sizdən acizanə dərəcədə xahiş və təvəqqə edirik ki, mərhəmətinizi bizim üzərimzdən əskik etməyəsiniz. “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova və onu şəxsi maraqları naminə bütün gücü ilə müdafiə etməklə, vətəndaşları dövlətimizdən narazı salmağa yönəlik və qanunlarla daban-dabana zidd əməllər törədərək, öz başınalıqla məşğul olan Nurəddin Mustafayev kimi məmurlara hədlərini bildirəsiniz və mənzillərimizin bizə qaytarılmasına köməklik edəsiniz.

Biz yalnız Sizin mərhəmətinizə sığınaraq inanırıq ki, təkcə ölkəmiz daxilində deyil, ölkəmizdən xaricdə də mərhəmətin simvoluna çevrilmiş ədalətiniz sayəsində Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz.

Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq. Dərin hörmətlərlə,

Əsədov Əli Musa oğlu,

Əhmədov Sübhan Süleyman oğlu,
Cəfərov Mafisəd İltizam oğlu,
4.Abbasov İlqar Vəlican oğlu,

5.Əliyev Zəfər Əlisahib oğlu,

6.Məmmədli Müzəffər Əli oğlu,

7.Şirinbəyova Maral Muxtarpaşa qızı,

8.Abasova Seyranə Şərəfxan qızı,

9.İsgəndərov Vidadi Təhlət oğlu,

10.Aslanova Nailə Vasif qızı,

11.Abasov Mahir Ruşan oğlu,

12.Talıbova Zibeydə Dadaş qızı,

13.Əliyev Qulamhüseyn Əlihüseyn oğlu,

14.Abıyev Anar İsrəfil oğlu,

15.Səfərov Alim Ərəstun oğlu. //reportyor.info//

Paylaş:
Digər xəbərlər

Gündəm

2-03-2020, 17:52

Alı Qocayevin başı sərvət toplamağa qarışıb... - GİLEY

Gündəm

2-03-2020, 15:49

Şərurlu İsfəndiyara nazirlikdə kim hamilik edir? - Müraciət...

Araşdırma

29-02-2020, 14:33

Ali Attestasiya Komissiyasında nə baş verir? - 47 dissertant Mehriban Əliyevaya müraciət etdi

Siyasət

28-02-2020, 10:04

Mehriban Əliyeva bıçaqlanan qadınla bağlı tapşırıqlar verib

Sosial

26-02-2020, 11:15

İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edir

Gündəm

26-02-2020, 07:14

CİNAYƏT CƏZASIZ QALMIR

Gündəm

24-02-2020, 12:18

Əli Əhmədov Prezidentin İtaliya səfərindən yazdı

Siyasət

23-02-2020, 11:21

Prezident və Birinci vitse-prezident Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Gündəm

23-02-2020, 11:00

İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB + FOTO/VİDEO

Son xəbərlər
  • Bugün, 17:30
    Nazim Bəydəmirli müalicə müəssisəsinə köçürülüb
  • Bugün, 17:28
    Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
  • Bugün, 17:26
    ABŞ Sakit Okeandan Yaxın Şərqə 3,500 dəniz piyadası yerləşdirir
  • Bugün, 17:23
    İran hərbi çağırış yaşını 12-yə endirdi
  • Bugün, 17:21
    Məhəmməd Salah A Seriyasına qayıda bilər
  • Bugün, 17:20
    Tehranda bir neçə güclü partlayış baş verib
  • Bugün, 17:17
    İsrail Livanda 800 “Hizbullah” üzvünü məhv etdiyini açıqlayıb
  • Bugün, 17:16
    Su basmış ərazilərdən 216 nəfər təxliyə edilib
  • Bugün, 17:14
    Azərbaycanda bir gündə 17 nəfər saxlanıldı
  • Bugün, 17:12
    İran ABŞ-ın kəşfiyyat təyyarəsinin zədələndiyini iddia edir
  • Bugün, 17:09
    Mingəçevirdə avtomobil kanala düşüb, sürücü xəsarət alıb
  • Bugün, 17:07
    Aeroport yolunda sürət həddi bərpa edilib
  • Bugün, 17:04
    Aİ Qırmızı dənizdə gəmiçiliklə bağlı xəbərdarlıq edib
  • Bugün, 17:02
    21 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • Bugün, 17:01
    Maduro həbsxanadan ilk dəfə xalqa müraciət edib
  • Bugün, 16:59
    Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
  • Bugün, 16:58
    İrəvanda kilsədə Nikol Paşinyanın iştirakı ilə insident baş verib
  • Bugün, 16:57
    Hakan Fidan Pakistana səfər edib
  • Bugün, 16:51
    Xalq artisti Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.
  • Bugün, 16:49
    Xalq artisti Rasim Balayev vəfat edib
  • Bugün, 14:25
    Netanyahudan Beynəlxalq Ədalət Məhkəməsinə sərt açıqlama
  • Dün, 17:02
    Bakı yenidən su altında qaldı
  • Dün, 17:00
    Zabratda leysan səbəbindən “BakuBus” suyun içində qalıb
  • Dün, 16:58
    Avropa Parlamenti miqrantların deportasiyasını sürətləndirən qanun qəbul edib
  • 26-03-2026, 17:44
    SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanının öldürüldüyü bildirilir
  • 26-03-2026, 12:37
    Orban Ukraynaya qaz tədarükünün dayandırılacağını açıqlayıb
  • 26-03-2026, 12:36
    Həbsdə olan Bəhruz Səmədov saxlanma şəraitindən narazıdır
  • 26-03-2026, 12:34
    İsrail vətəndaşlarına Azərbaycan və Gürcüstana səfərlə bağlı xəbərdarlıq edib
  • 26-03-2026, 12:32
    Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər
  • 26-03-2026, 12:29
    Gürcüstanda müxalifət partiyasının sədri 1 il 6 ay həbs cəzası alıb
  • 26-03-2026, 01:31
    Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbələri endirib.
  • 25-03-2026, 21:30
    Mirzoyan: Ermənistan və Azərbaycan arasında sülh öz etibarlılığını sübut edib
  • 25-03-2026, 21:28
    İran Trampın atəşkəs təklifini rədd edib
  • 25-03-2026, 12:02
    Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola salınıb
  • 25-03-2026, 11:59
    Paşinyandan Köçəryana sərt cavab
Daha çox
Çox oxunanlar
23-03-2026, 00:06
Azərbaycan nümayəndə heyəti Gürcüstanda II İlyanın dəfn mərasimində iştirak edib
23-03-2026, 01:02
Tramp İrana Hörmüz Boğazını açmaq üçün 48 saat vaxt verdi
26-03-2026, 01:31
Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbələri endirib.
24-03-2026, 01:48
Saatlıda 50 yaşlı kişi qətlə yetirilib
24-03-2026, 13:09
Rusiya ordusu martın 24-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə kütləvi hava zərbələri endirib.
24-03-2026, 14:13
Ağdaşda oğul anasını qətlə yetirib, cinayət işi başlanıb
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
1-02-2026, 11:45
AXCP-nin daha bir üzvü 30 sutka inzibati həbs edilib
1-02-2026, 11:12
Free Press Live 2026: Qlobal xəbər gündəmini kim müəyyən edir?
30-01-2026, 00:27
Avropda yaşayan jurnalist təqib olunur
Sosial
Nazim Bəydəmirli müalicə müəssisəsinə köçürülüb
ABŞ Sakit Okeandan Yaxın Şərqə 3,500 dəniz piyadası yerləşdirir
İran hərbi çağırış yaşını 12-yə endirdi
Məhəmməd Salah A Seriyasına qayıda bilər
21 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Zabratda leysan səbəbindən “BakuBus” suyun içində qalıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə