
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cerald Kuşnerin Kiyevə planlaşdırılan səfəri baş tutmaya bilər.
Məlumata görə, Uitkoff və Kuşnerin sentyabrın 5-6-da Ukrayna paytaxtına səfər etməsi nəzərdə tutulsa da, hazırda alternativ variantlar müzakirə olunur.
Səfərin mümkün dəyişdirilməsinin səbəblərindən biri kimi Moskvanın bu səfərə qarşı çıxması göstərilir.
Mənbənin bildirdiyinə görə, Rusiya tərəfi Uitkoff və Kuşnerin Kiyevə getməsini istəmir.
“Hazırda alternativ planlar müzakirə olunur. Ruslar onların Kiyevə gəlməsini istəmirlər və Uitkoff həmişə rusların mövqeyinə həssas yanaşır”, – məlumatda deyilir.
Bundan əvvəl Stiv Uitkoff və Cerald Kuşnerin həm Kiyevə, həm də Moskvaya səfər edə biləcəkləri barədə məlumat yayılmışdı.
Hələlik səfərin ləğv edilməsi və ya yeni tarixə keçirilməsi ilə bağlı rəsmi qərar açıqlanmayıb.