USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İdeyaların beşiyi, etirazın və inqilabların vətəni

Sosial

Dün, 23:42

İdeyaların beşiyi, etirazın və inqilabların vətəni

Postmodernizm və poststrukturalizmin mühüm intellektual mərkəzlərindən biri, Maarifçilik düşüncəsinin tarixi beşiyi, respublikaçılığın və dünyəviliyin siyasi laboratoriyası olan Fransanın bugünkü mənzərəsi onun tarixi və ideoloji ənənələrindən kənarda təsəvvür edilə bilməz. Küçə etirazları, tətillər və üsyanlar bu ölkə üçün yeni hadisə deyil. Bəlkə də Fransanı Fransa edən məhz bu inqilabi ruhdur. Maarifçilik, liberalizm, respublikaçılıq, sosializm, marksizm, anarxizm, ekzistensializm, feminizm, strukturalizm və poststrukturalizm kimi düşüncə cərəyanlarının Fransa tarixində mühüm yer tutması təsadüfi deyil. Bu ölkə yalnız ideyaların müzakirə olunduğu deyil, həm də onların siyasi mübarizəyə çevrildiyi məkandır. Fransada fəlsəfi düşüncə ilə ictimai hərəkat, nəzəriyyə ilə siyasi praktika arasında tarixən güclü əlaqə mövcud olub. Lakin bütün bunlar vandalizmi haqlı çıxarmır. Etirazla vandalizm arasında prinsipial bir sərhəd var. Etiraz hüquqların müdafiəsi, hakimiyyətin qərarlarına təsir göstərilməsi və ictimai narazılığın ifadəsi vasitəsidir. Vandalizm isə başqalarının əmlakına zərər vurulması, dağıntı və bəzən insanların həyatının təhlükəyə atılması deməkdir. Narazılığın haqlı olması dağıntını avtomatik olaraq haqlı etmir. Kütləvi etirazların iştirakçılarını da vahid məqsəd güdən, eyni düşüncəyə malik bir kütlə kimi qiymətləndirmək olmaz.
Bununla belə, dağıntılara qarşı çıxmaqla etiraz hüququnu inkar etmək arasında ciddi fərq var. Dinc etirazla vandalizmi eyniləşdirmək nə qədər yanlışsa, vandalizmi xalq iradəsinin legitim ifadəsi kimi təqdim etmək də bir o qədər yanlışdır. Demokratik cəmiyyətin vəzifəsi etirazı boğmaq deyil, insanların narazılıqlarını sərbəst ifadə edə bilməsini təmin etməklə yanaşı, zorakılığın və qanunsuzluğun qarşısını almaqdır.

Məsələnin digər tərəfi isə sabitlik anlayışıdır. Belarusda, Şimali Koreyada, Türkmənistanda, Azərbaycanda və.s ölkələrdə siyasi azadlıqların vəziyyətini, hakimiyyətin tənqidinə münasibəti və etiraz imkanlarını Fransadakı şəraitlə eyni hesab etmək olmaz. Bu ölkələrin siyasi sistemləri və repressiya səviyyələri fərqlənsə də, burada vacib bir sual ortaya çıxır: Cəmiyyətin sakit görünməsi onun həqiqətən razı olması deməkdirmi?
İnsanların hakimiyyətə qarşı sərbəst danışa bilmədiyi, siyasi mübarizənin məhdudlaşdırıldığı və etirazın ciddi nəticələr doğura bildiyi ölkələrdə zahiri sabitlik bəzən razılığın deyil, qorxunun göstəricisi ola bilər. Küçələrdə qarşıdurmanın olmaması öz-özlüyündə ədalətin, rifahın və ictimai məmnunluğun mövcudluğunu sübut etmir.

Bir ölkədə insanlar hakimiyyətin qərarlarına qarşı açıq şəkildə etiraz edir, digərində isə eyni cür narazılıqlarını ifadə etməkdən çəkinirlər. Birinci vəziyyətin xaotik görünməsi, ikinci vəziyyətin isə zahirən sakit olması onların mahiyyətini müəyyənləşdirmir. Vandalizmin olmadığı, lakin insanların qorxudan susduğu bir cəmiyyət əvəzinə, problemlərin açıq müzakirə olunduğu və etiraz hüququnun qorunduğu cəmiyyəti seçmək daha məntiqlidir. İdeal olan, əlbəttə, həm azadlığın, həm də ictimai təhlükəsizliyin qorunduğu bir mühitdir. Fransanın tarixi bu baxımdan xüsusilə maraqlıdır. 1789-cu il Fransa İnqilabından 1968-ci ilin tələbə hərəkatına, Sarı jiletlilər etirazlarından pensiya islahatlarına qarşı nümayişlərə qədər küçə dəfələrlə siyasi mübarizənin əsas səhnəsinə çevrilib. Azadlıq, bərabərlik və qardaşlıq prinsiplərini milli kimliyinin təməlində görən bu ölkədə həmin idealların necə həyata keçirilməli olduğu barədə mübarizə heç vaxt tam başa çatmayıb. Bu, Fransanın həm demokratik ənənəsinin gücünü, həm də həll olunmamış sosial və siyasi ziddiyyətlərini göstərir. Hakimiyyətin tənqid olunması, hökumət qərarlarına qarşı çıxılması və dəyişiklik tələb edilməsi demokratiyanın zəifliyi deyil. Əksinə, bunlar hakimiyyətin cəmiyyət qarşısında hesabatlılığını təmin edən mexanizmlərdir. Əlbəttə, etirazın demokratik dəyəri dağıntılarla deyil, ifadə etdiyi tələblər, iştirakçıların hüquqları və hakimiyyətin reaksiyası ilə ölçülməlidir.

Odur ki, Fransada baş verənləri yalnız yandırılan avtomobillər, dağıdılan mağazalar və küçə qarşıdurmaları üzərindən qiymətləndirmək hadisələrin yalnız görünən tərəfinə baxmaqdır. Bu görüntülərin arxasındakı sosial narazılıqları, siyasi qərarları və cəmiyyətlə hakimiyyət arasındakı münasibətləri də anlamaq lazımdır. Dağıntıların maddi zərəri hesablana və aradan qaldırıla bilər, amma insanların öz fikirlərini sərbəst ifadə etmək imkanından məhrum olması daha dərin siyasi problemdir.

Bəzən xaotik görünən azadlıq, qorxu üzərində qurulmuş sabitlikdən daha dəyərlidir. Bu fikir vandalizmə bəraət qazandırmır; sadəcə, sakitliyi azadlığın, nizamı isə ədalətin sinonimi hesab etməyə etiraz edir. Fransanı fərqləndirən cəhətlərdən biri də etirazın onun siyasi kimliyində tutduğu yerdir. Burada küçə yalnız ictimai narazılığın nümayiş olunduğu məkan deyil, həm də hakimiyyətin sorğulandığı və siyasi dəyişiklik tələblərinin səsləndirildiyi meydandır.

Etiraz Fransanın simvollarından biridir. Vandalizm isə nə etirazın mahiyyətidir, nə də azadlığın şərti. Əsl demokratik güc cəmiyyətin həm etiraz edə bilməsində, həm də etirazını dağıntıya çevirmədən ifadə etmək imkanına sahib olmasındadır.

Şəhanə Nəsirli

Paylaş:
Digər xəbərlər

Sosial

16-02-2024, 19:41

Quba gəncləri arasında “Biləndər” adlı intellektual turnir keçirilib

Sosial / Təhsil

13-01-2024, 20:08

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi qalibi olmuş «NanoSTEAM real-virtual laboratoriyası» layihəsi

Siyasət / Sosial

29-04-2023, 21:24

Türkiyə və Azərbaycan prezidentləri “TEKNOFEST” festivalında iştirak ediblər

Gündəm / Siyasət / Sosial

11-11-2022, 09:02

Xomeynini İrana "Böyük şeytan" göndərib

Sosial

29-06-2022, 13:23

Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sahədə hansı addımları atmalıdır?

Sosial

29-04-2022, 03:54

Ekoloji Maarifçilik və Monitoriq İctimai Birliyi yekun tədbirini keçirdi

Sosial

29-03-2022, 22:28

“Yurd”un təşkilatçılığı ilə Qubada Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirilib

Sosial

16-03-2022, 20:15

"Yurd" Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirib

Sosial

15-07-2020, 17:19

Məmurlar ölkə iqtisadiyyatını necə çökdürür - GƏLİŞMƏ

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

28-04-2020, 13:51

MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib - SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR

Gündəm / Siyasət / Sosial / Araşdırma

25-04-2020, 17:00

"Əli Həsənovun həmin şəxslərə verdiyi mənzillər geri alınmalıdır" - Professordan ŞOK AÇIQLAMA

Gündəm / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

21-04-2020, 12:35

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”

Son xəbərlər
  • Dün, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • Dün, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • Dün, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • Dün, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
  • 1-10-2026, 13:03
    AŞPA Beynəlxalq Cinayət Məhkəməsinə qarşı təhdidləri pislədi
  • 30-09-2026, 23:21
    Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
  • 30-09-2026, 21:39
    AŞPA deputatı ilə görüşdə siyasi məhbusların vəziyyəti müzakirə olunub
  • 30-09-2026, 20:34
    Heydər Əliyevin Tbilisidəki büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib
  • 30-09-2026, 13:09
    Yunanıstanda demokratiya dayanıqlıdır, amma ciddi problemlər qalır – AŞPA
  • 30-09-2026, 10:45
    Qubad İbadoğlunun xaricə çıxış qadağası ləğv olundu – Almaniyaya getdi
  • 30-09-2026, 10:41
    "AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
  • 29-09-2026, 20:24
    AŞPA Bosniya və Herseqovina üzrə yeni AİHM hakimini seçib
Daha çox
Çox oxunanlar
14-10-2026, 14:27
Sergey Lavrov da Bakıya gələcək
14-10-2026, 22:51
Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
14-10-2026, 14:22
Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
15-10-2026, 00:34
Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
14-10-2026, 14:25
Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
16-10-2026, 09:40
Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
2026-cı il Vatslav Havel İnsan Hüquqları Mükafatı Nəsrin Sotudəyə verildi
“AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə