USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Prezident İlham Əliyev Anar Məhərrəm oğlu Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Anar Bayramov bu təyinata qədər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru vəzifəsində çalışıb. O, TƏBİB rəhbəri vəzifəsinə 17 aprel 2026-cı ildə təyin edilmişdi.
Yeni təyinat səhiyyə sistemində aparılan struktur dəyişiklikləri fonunda baş verib. Eyni gündə əvvəlki səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.
Bundan əlavə, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı qərar da açıqlanıb.