USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin səhiyyə naziri vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.
Beləliklə, Musayev səhiyyə sahəsinə rəhbərlik etdiyi vəzifədən ayrılaraq hökumətdə daha yüksək vəzifəyə keçib.
Teymur Musayevin Baş nazirin müavini təyin olunmasından sonra Əli Əsədovun müavinlərinin sayı 4-ə çatıb. Hazırda Yaqub Eyyubov Baş nazirin birinci müavini, Şahin Mustafayev, Samir Şərifov və Teymur Musayev isə Baş nazirin müavinləri kimi fəaliyyət göstərirlər.
Teymur Musayevin səhiyyə naziri vəzifəsindən azad edilməsindən sonra bu posta Anar Bayramov təyin olunub.