USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan vətəndaşının dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olduğu bildirilir.
Məlumata görə, hadisə Ermənistanın Tavuş vilayətinin Çinari kəndi yaxınlığında baş verib. Yerli sakinlərin sözlərinə əsasən, sərhədi keçən şəxsin çoban olduğu bildirilir.
İlkin məlumatlarda Azərbaycan vətəndaşının Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı qeyd olunur.
Hadisənin hansı şəraitdə baş verdiyi, sərhədin qəsdən, yoxsa təsadüfən keçildiyi barədə hələlik dəqiq məlumat yoxdur.
Məsələ ilə bağlı Azərbaycan və Ermənistanın rəsmi qurumları tərəfindən açıqlama verilməyib.
Hadisənin təfərrüatları və saxlanılan şəxsin kimliyi barədə əlavə məlumat gözlənilir.