USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Mədəniyyətə ayrılan büdcə pulları ŞƏKİDƏ BELƏ YEYİLİB - FAKTLAR

Bölgə

13-05-2020, 13:19

Mədəniyyətə ayrılan büdcə pulları ŞƏKİDƏ BELƏ YEYİLİB - FAKTLARAzərbaycanda mədəniyyət sahəsinə olunan diqqət digər sahələrə olunandan xeyli fərqlənir. Prezident İlham Əliyev istər dövlət xətti ilə,istərsə də şəxsi münasibətlər zəminində mədəniyyət işçilərinin qayğı və problemlərinə daim həssaslıqla yanaşır,diqqət göstərir. O cümlədən birinci Vitse-prezident Mehriban xanım Əliyeva da. Dövlət və Heydər Əliyev Fondu xətti ilə mədəniyyət işçilərinə olunan köməkliklərdən başqa, Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə bu sahə üçün gördüyü işləri zənnimizcə saymaqla bitməz, qurtarmaz. Bəs mədəniyyət işçiləri necə, bu sahənin inkişafı üçün birinci şəxslərin gördüyü işlərin heç olmazsa bir faizini edə bilirlərmi? Təbii ki,yox. Bu gün mədəniyyət sahəsinə rəhbərlik edənlərin bir çoxu büdcə pullarını hara gəldi xərcləməklə məşğuldurlar. Bir çox aidiyyatı orqanlar isə,bu israfçılığa,bu talançılığa sadəcə göz yumur, seyrçi qalmaqla kifayətlənirlər.

Aktualinfo.org saytında Şəki Regional Mədəniyyət İdarəsində bir sıra qanunsuzluqlara yol verildiyini özündə əks etdirən silsilə yazılara Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi niyə biganə qalır, Respublika Hesqablama Palatası, Maliyyə Nazirliyi niyə dərhal yoxlamalara başlamırlar? Yuxarıda qeyd etdiyimiz kimi, Mədəniyyət Nazirliyi də hələ ki, susqunluq göstərməkdədir. Nazir Əbülfəs Qarayevi demirik, niyə Mədəniyyət Nazirliyinin digər səlahiyyətli şəxsləri, məsələn Maliyyə və uçot şöbəsinin müdiri İmran Mədətov, İqtisadiyyat və planlaşdırma şöbəsinin müdiri Sima Həsənova, Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov Şəki Regional Mədəniyyət İdarəsində baş verən maliyyə pozuntuntularına münasibət bildirmirlər? Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi tender yolu ilə odun yanacağının neçəyə alındığı və harada yandırıldığı barədə geniş ictimaiyyətə niyə açıqlama vermir? Qeyd edək ki Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari Zeynalova Aktualinfo.org-a verdiyi yazılı açıqlamada hazırda idarənin balansında 512 odun sobasının olduğunu bildirmişdi. Lakin xanım müdir odunun kubunun neçəyə aldıqları barədə məlumat verməmişdi.

Aktualinfo.org ötən yazıda qeyd olunanları bir daha xatırlatmaq istəyir ki, “Qarabulaq”MMC tərəfindən odun qırıntısının kubunun neçəyə alındığı barədə məlumat göstərilməsə də Mirvari Zeynalovanın verdiyi məlumatlara əsasən özümüz hesabladıq. Onun məlumatına görə idarə 101811.51 manata 2909 kubmetr odun qırıntısı alınıb. Məntiq var 101811.51 manata 2909 kubmetr ağac harada görsənib? Bir kubmetri 35 manata odun qırıntısını”Qarabulaq” MMC hansı ağılla satın alıb? Qeyd edək ki hazırda Şəkidə, qara bazarda odun qırıntısının kubmetri 15 manatdır. 101811.51 manata isə 15 manatdan 6787 kubmetr odun yanacağı və yaxud da qırıntısı almaq olar. Bu da Mirvari Zeynalovanın göstərdiyi 2909 kubmetrdən az qala üç dəfə çox edir. Bu məsələnin birinci tərəfi. Keçək ikinci qaranlıq məsələyə. Mirvari Zeynalova sanki uşaq başı aldadırmış kimi cavab verir ki, Şəki Regional Mədəniyyət İdarəsinin inzibati binası da daxil olmaqla istifadələrində 512 odun sobası var. Mirvari xanıma bildirmək istərdik ki,bunları Mədəniyyət naziri Əbülfəs Qarayevə desəniz inanar. Çünki, o şəhərdə böyüyüb və odun sobası yandırmayıb. Amma rəhbər xanımın diqqətinə çatdırmaq istəyirik ki, Şəkidə,dağ kəndində bir ailənin, bütün günü yandırmaq şərtilə bir qışı yaza çıxarmasına 10 kubmetr odun yanacağı kifayət edir. Yuxarıda qeyd etdiyimiz kimi, kübmetri 15 manatdan alınarsa bu 700 ailənin bir qış istifadə edə biləcəyi odun yanacağı deməkdir. Hərçənd, çox sifarış verdikdə odun qırıntısını qiyməti 15 deyil, 13, yaxud 12 manata da almaq mümkündür. Bəs görəsən Şəki Regional Mədəniyyət İdarəsinin istifadəsində olan 512 odun sobası nə vaxtlar qızdırılır? Ötən yazıda da qeyd etdiyimiz kimi,kənd klub,kitabxana və mədəniyyət evlərinin əksəriyyətinin qapısı günlərlə açılmır.Qış aylarında isə ümumiyyətlə. Gün ərzində 5-6 saat açılan klub və kitabxanalarda isə ay ərzində 1-2 kubmetr odun yandırmaq olmaz.. İş saatlarında 512 odun sobası tam qızdırılsa belə, qış ayları ərzində 2000 kubmetr odun yanacağı ancaq istifadəı olunar. Odur ki,Mirvari xanım,siz Mədəniyyət naziri Əbulfəs Qarayevi aldada bilərsiniz,bizi yox…Bu 2018 ci il üçün alınmış və artıq “yandırılmış”odunmu, pulmu, deyək bilmirik, bəs 2019-cu il üçün alınmış 100975 manatlıq odun yanacağı haradadır? Maraqlıdır bu il odunun kubmetri neçəyə alınıb?Qiymətlər qalxmayıb ki?

Şübhəli məqamların olduğu digər tenderlərə nəzər salaq. Şəki Regional Mədəniyyət İdarəsinin 23.04 2019 cu ildə keçirdiyi tenderin qalibi olmuş “İnpexs N”MMC barəsində artıq dövrü mətbuatda qalmaqal yaratmış məlumatlar yayılmışdır. Nizamnamə kapitalı 10 manat olan bu MMC-nin ünvanı belə bəlli deyil. Bəs ünvanı belə bəlli olmayan bir MMC ilə Şəki Regional Mədəniyyət İdarəsini nə kimi tellər bağlayır? Bəs barəsində heç bir məlumat olmayan”İnpexs N” MMC Şəkiyə kimin vasitəsi ilə ayaq açıb? Mədəniyyət Nazirliyinin xətti ilə, yoxsa Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun vasitəsi ilə? Qeyd edək ki Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi bərk inventar, avadanlıq, digər maşın və avadanlıqlar üzrə 125800, digər maşın və avadanlıqlar üçün 50260, yumşasq inventarlar üçün isə 53055 manat vəsait məhz “İnpexsN” MMC vasitəsilə allah bilir hansı qiymətlərə alınıb, hansı qiymətlərə rəsmiləşdirilməsi çoxlu suallar doğurur. Bütün bunların hamısının cavabı isə Hesablama Palatasının və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bir yoxlamasından bəlli olar.

Araşdırılacaq digər məsələ isə 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyyatdan keçmiş vergi uçotu orqanının ünvanı Quba rayonu Quba şəhəri, yeni körpü küçəsi göstərilən fiziki şəxs Güləliyev Sakit Siracəddin oğlunun Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi cari təmir işlərinin satınalması üzrə keçirilmiş tenderin qalibi olmasıdır. Quba rayon sakinin Şəkidə 177473.5 manatlıq işin qalibi olması şübhə doğurmurmu? İdarə təmir işlərini harada aparıb? Mirvari Zeynalovanın özünün də qeyd etdiyi kimi,idarənin tabeliyində 375 mədəniyyət müəsisiəsi var. Elan olunmuş tenderdə təmir işlərinin hansı müəsisiədə aparılması niyə göstərilmir? Bu birinci tərəfi.Digər tərəfdən Güləliyev Sakitə tenderin qalibi olmasında hansı yüksək göstəricilərinə görə üstünlük verilib?Zonada,yəni Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyət dairəsindən tenderdə iştirak edən bir nəfər yoxuydumu və yaxud qanuni fəaliyyət göstərən bir MMC tapılmadımı ki, idarə bu tenderin qalibini məhz Quba rayon sakinini elan etdi?

21.02.2019 Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keşmiş “SALMANOGLU MEBEL 2019” Məhdud Məsuliyyətli Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri,Nizami rayonu, Qara Qarayev küçəsi, qanuni təmsilçisi isə Mikayılov Ülfət Salman oğludur. Nizamnamə Kapitalı 10 manat olan bu MMC-nin də fəaliyyəıtində şübhə doğuran məqamlar çoxdur. Şəki Regional Mədəniyyət idarəsinin 21.05 2018 ci ildə qalib elan etdiy “Salmanoğlu Mebel” MMC fevralda yaranıb mayda qalib elan olunub. Üç aylıq MMC hansı keyfiyyətinə görə qalib elan olunub? Bu Tender əməliyyatında da satınlmalar haqqında Azərbaycan Respublikası qanununun tələblərinə riayət olunubmu? İnventarların alınması üzrə 164358 AZN-lik satınalmanın qalibi olan bu MMC nin də fəaliiyyəti digərlərindən fərqlənmir.

Ümumiyyətlə Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi bütün tenderlər şübhəli məqamlarla doludur.İstər dəftərxana ləvazimatlarının alınması,istər tədbrlərin keçirilməsi üçün elan olunmuş bütün tenderlər qeyri şəffaf aparılıb, “Dövlət satınalmaları haqqında”Azərbaycan Respublikası Qanununun tələbləri demək olar ki,bütün hallarda pozulmuşdur.Bu qanun pozuntularının nə vaxta qədər davam edəcəyi isə,bəlli deyil.
Aktualinfo.org

Paylaş:
Digər xəbərlər

Araşdırma

13-05-2020, 13:38

DTX-nin həbs etdiyi vəzifəli şəxslər milyonları necə talayıblar? - ŞOK RƏQƏMLƏR...

Siyasət

13-05-2020, 12:40

DTX nazirliyin mətbuat katibini saxlayıb? - Açıqlama

Müsahibə

11-05-2020, 17:12

Bu, nazirin məsuliyyətidir - MN-də DTX əməliyyatı

Gündəm

10-05-2020, 12:01

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər

Gündəm

20-04-2020, 15:13

BIRINCI VITSE-PREZIDENT MEHRIBAN ƏLIYEVANIN TƏŞƏBBÜSÜNƏ GƏNCƏ DƏ QOŞULDU

Gündəm

24-03-2020, 13:30

İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - FOTO

Sosial

26-02-2020, 11:15

İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət edir

Siyasət

23-02-2020, 11:21

Prezident və Birinci vitse-prezident Vatikanda Sikstin Kapellası və Müqəddəs Pyotr Kilsəsi ilə tanış olublar

Gündəm

23-02-2020, 11:00

İlham Əliyev və Mehriban Əliyeva Vatikanda Papa Fransisk ilə görüşdü - YENİLƏNİB + FOTO/VİDEO

Son xəbərlər
  • Dün, 18:44
    AŞPA-nın Strasburq sessiyasında Azərbaycanda transmilli repressiyalar məsələsi gündəmə gələ bilər
  • Dün, 18:30
    ABŞ-ın F-35B qırıcıları ilk dəfə Finlandiyada yerləşdirildi
  • Dün, 18:29
    Evinə oğurluğa girən şəxsi bıçaqlayaraq öldürən şəxsə 10 il həbs cəzası verildi
  • Dün, 18:26
    Azərbaycanda məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq ediləcək
  • Dün, 18:25
    Ermənistanda Misir Mərdanovun Dilican səfəri barədə yazılıb
  • Dün, 18:24
    Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşdi
  • Dün, 13:16
    Rusiyada şok: “Bütün Moskva yanır!”
  • Dün, 00:28
    İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
  • 18-06-2026, 18:15
    Rusiya Gümrüdəki hadisəyə görə Ermənistana etiraz notası göndərib
  • 18-06-2026, 18:13
    PUA hücumunda Moskvada yaralananların sayı 17-yə çatıb
  • 18-06-2026, 18:11
    Zelenski: “Ukrayna yanırsa, Moskva da yanacaq”
  • 18-06-2026, 18:10
    Sertifikasiya imtahanında 3548 müəllim iştirak edib
  • 18-06-2026, 18:09
    Neftçalada Xəzərə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
  • 18-06-2026, 18:07
    Ermənistan parlamentinin 8-ci çağırışının fəaliyyəti başa çatdı
  • 18-06-2026, 18:02
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • 18-06-2026, 16:15
    Dələduzluqda ittiham olunan Namizəd Səfərovun işi məhkəmə baxışına verildi
  • 18-06-2026, 15:01
    Moskvanın “Sadovod” bazarında dron hücumu sonrası yanğın baş verib
  • 18-06-2026, 13:12
    Azərbaycanda ilin ilk 4 ayında 11 mindən çox nikah, 6 mindən çox boşanma qeydə alınıb
  • 18-06-2026, 13:10
    Polis bir gündə 42 şübhəlini saxlayıb
  • 18-06-2026, 13:08
    Moskva istiqamətində 180-ə yaxın PUA vurulduğu bildirilib
  • 18-06-2026, 13:07
    Ukrayna Moskvaya kütləvi PUA hücumu həyata keçirib: neft emalı zavodunda yanğın baş verib
  • 18-06-2026, 13:00
    Merz: G7 Kiyevə dəstəyi artıracaq, Moskvaya təzyiqi gücləndirəcək
  • 18-06-2026, 12:58
    İlham Əliyev: “Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik”
  • 18-06-2026, 12:52
    Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
  • 18-06-2026, 11:27
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • 17-06-2026, 22:41
    “Qarabağ” Mozambik millisinin müdafiəçisini heyətinə qatıb
  • 17-06-2026, 22:37
    III ixtisas qrupu üzrə ən yüksək nəticə: 690 bal toplayan məzun fərqlənib
  • 17-06-2026, 22:35
    II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
  • 17-06-2026, 22:33
    Lukaşenko Zelenski ilə bağlı tonunu dəyişdi: ekspertlər səbəbləri izah edir
  • 17-06-2026, 22:30
    Almaniya XİN rəhbəri: Avropanın təhlükəsizliyi Rusiya ilə qarşıdurmadan keçir
  • 17-06-2026, 21:52
    Ormuz boğazında təhlükə hələ davam edir: gəmiçilik dərhal normallaşmaya bilər
  • 17-06-2026, 21:47
    Prezident İlham Əliyev səhiyyə işçilərini təltif etdi
  • 17-06-2026, 19:50
    Hörmüz boğazının tam açılması ilin sonuna qədər uzana bilər – ekspert xəbərdarlıq etdi
  • 17-06-2026, 15:36
    ABŞ–İran arasında mümkün sülh razılaşmasının detalları üzə çıxıb
  • 17-06-2026, 15:25
    Füzulidə 3,8 ton yabanı çətənə məhv edilib – əməliyyat keçirilib
Daha çox
Çox oxunanlar
13-06-2026, 01:38
Netanyahu Prezident İlham Əliyevi təbrik edib
14-06-2026, 14:17
İran Hörmüz boğazını ödənişsiz açmağa razılaşıb – ABŞ-la razılaşma müzakirə olunur
14-06-2026, 14:19
Ələt yaxınlığında yeni yük hava limanı tikilir
15-06-2026, 13:34
Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
14-06-2026, 14:16
Bakı-Naxçıvan-Bakı aviareysləri ləğv olunub
15-06-2026, 13:30
Şüvəlanda it iki nəfərə hücum edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
Ağdamda çobanlar arasında mübahisə ölümlə nəticələnib
“86 47” kodu nə deməkdir? Trampı narahat edən gizli mesajın arxasında nə dayanır?
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Köçəryanın ölkədən qaçarkən saxlanıldı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə