USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Tehran-Kuhdəşt sərnişin avtobusu Əraq-Burucerd yolunda aşıb.
Axar.az xəbər verir ki, bu barədə Lorestan əyalətinin Təcili Tibbi Yardım İdarəsinin rəisi məlumat yayıb.
Məlumata görə, səhər saatlarında baş verən hadisədə 2 nəfər ölüb, 59 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəzanın baş verməsinə səbəb avtobusda yaranan texniki nasazlıq olub. Belə ki, avtobusun əyləc sistemində yaralanan problem onun aşması ilə nəticələnib.