USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycan və Ərəb ölkələri arasında diplomatik və iqtisadi əlaqələr

Dünya

27-02-2021, 17:58

Azərbaycan və Ərəb ölkələri arasında diplomatik və iqtisadi əlaqələrAzərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra onun qarşısında bir çox mühüm vəzifələr dayanırdı. Bu sırada ən öndə olan vəzifə müstəqil Azərbaycan Respublikasını dünyaya tanıtmaq idi. Təbii ki, bunun üçün də düzgün və ölkənin maraqlarına xidmət edəcək xarici siyasət kursu həyata keçirmək zəruri sayılırdı. Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən ayrı-ayrı siyasi qüvvələr, hakimiyyətlər həqiqətən də bu siyasəti düzgün həyata keçirə, müstəqil Azərbaycanın xarici siyasət konsepsiyasını müəyyənləşdirə bilmədilər. Həm siyasi hakimiyyətlərin səriştəsizliyi, həm də yaxın və uzaq ölkələrlə normal xarici əlaqələrin qurulmaması bu illərdə Qarabağda baş qaldıran erməni separatizmi və işğalçılıq siyasətinin də dünyaya çatdırılmasında ciddi əngəllər yaradırdı. Bu mənfi tendensiya Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsinə qədər davam etdi. Qeyd edilən tarixdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev bütün istiqamətlərdə olduğu kimi xarici siyasət sahəsində də yeni dövrün tələblərinə uyğun şəkildə addımlar atmağa, siyasət həyata keçirməyə başladı. Bütün yaxın və uzaq ölkələrlə normal əlaqələr qurmağı xarici siyasətdə əsas prioritet hesab edən Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də xüsusi diqqət yetirir, Bakı ilə müsəlman aləmi arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edirdi.

İslam dünyası ilə əlaqələri inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa nail olmaq Dağlıq Qarabağ probleminin müsəlman aləminə, eyni zamanda ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi və Heydər Əliyev bunu yaxşı dərk edirdi. Çünki Dağlıq Qarabağ münaqişəsi meydana gələn ilk illərdə Ermənistan beynəlxalq aləmdə belə bir yalan rəy formalaşdırırdı ki, guya sözügedən münaqişə dini münaqişədir və Azərbaycan Dağlıq Qarabağda xristian dinindən olan erməniləri orada sıxışdırmaqla məşğuldur. Buna qarşı isə guya Qarabağda yaşayan ermənilər öz haqqlarını tələb edirlər. Ona görə də Dağlıq Qarabağ probleminin dini bir münaqişə olmadığını sübut etdirmək üçün Azərbaycana İslam aləminin siyasi dəstəyi vacib idi. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən azərbaycanlı qaçqın və məcburi köçkünləri zəruri ehtiyaclarını tamamilə ödəmək yenicə müstəqillik əldə edən Azərbaycan dövlətinin iqtisadi imkanları xaricində idi. Mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı İslam fondları, yardım cəmiyyətlərini də bu prosesə cəlb etmək, onların azərbaycanlı qaçqın və məcburi köçkünlərə dəstək göstərməsinə nail olmaq lazım idi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri xüsusi əhəmiyyət kəsb edirdi.
Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ərəb ölkələrinə ilk rəsmi səfər edən Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri ilə danışıqlar aparmaqla bərabər, müqəddəs Kəbəni də ziyarət edib.
Həmin ilin sentyabrında Misirə səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Qahirənin də siyasi dəstəyini ala bilir və iki ölkə prezidentlərinin görüşünün nəticələrinə dair verilən bəyanatda Misirin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı əksini tapır.

Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan dostluğu parkı salınmış, bu parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmış, həmin vilayətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adına məktəb açılmışdır. Bunun qarşılığında Abşeron rayonunda Azərbaycan-Misir dostluğu parkı salınmış, Firon dövründə yaşamış bir yazarın heykəli ucaldılmış, burada Misir məktəbi istifadəyə verilmişdir.
Hər iki ölkə bir-birini beynəlxalq təşkilatlarda dəstəkləyir. Misir Ərəb Respublikasının Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə göstərdiyi dəstəyinə cavab olaraq Azərbaycan Respublikası da Misirin bu Şuranın qeyri-daimi üzvlüyünə seçilməsinə dəstək vermişdir.

Azərbaycanın və İordaniyanın ali rəhbərləri iki dəfə - 2000-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumunda və 1994-cu ilin dekabrında İKT-nin Kasablanka zirvə toplantısında təkbətək görüşmüşlər. Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidentı Heydər Əliyev ilə İordaniya Kralı II Abdullah ikitərəfli münasibətlərin inkişafı məsələlərini geniş müzakirə etmişlər.
Sonrakı illərdə digər müsəlman ölkələrinə baş tutan səfərlər, Heydər Əliyevin İslam dünyası ilə qurduğu sıx əlaqələr, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirilməsi istiqamətində atılan addımların nəticəsi idi ki, 1997-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatı) Zirvə görüşündə təşkilat tərəfindən Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair qətnamə qəbul edilib. Həmin sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin surətdə pislənilib, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzə son qoyulması tələb olunub, bir daha qeyd edilib ki, zor gücünə ərazi ələ keçirilməsi yolverilməzdir.
Azərbaycanın müsəlman aləmi, İslam dünyası ilə əlaqələrinin genişləndirilməsi, inkişaf etdirilməsi ölkəmizdə mövcud olan dini tolerantlığın, eyni zamanda İslami dəyərlərə yüksək səviyyədə diqqət və qayğının bu coğrafiyaya çatdırılması baxımından da əhəmiyyətli idi.

Azərbaycan müsəlman aləminin bir üzvü, müsəlman ölkəsi olduğu üçün günümüzdə də bu coğrafiyaya daxil olan ölkələrlə əlaqələr yüksək səviyyədə inkişaf edir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də müsəlman ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir. Dövlət başçısının hakimiyyətdə olduğu ötən 18 ilə yaxın müddətdə müsəlman ölkələrinə həyata keçirdiyi səfərlər, əldə edilən ikitərəfli razılaşmalar fonunda bütün bunları aydın görmək mümkündür. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycan Respublikasının Asiya ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.

Küveyt Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrin yaradılmasına və inkişafına maraq göstərir. Bu məqsədlə Bakıya gəlmiş Küveytin maliyyə naziri Azərbaycana böyük məbləğdə kredit verməyə hazır olduğunu bildirmişdir. O, həm də qeyd etmişdir ki, Küveyt kapital qoyuluşundan əlavə Azərbaycana dünya standartları səviyyəsində mütərəqqi texnologiyalar da təklif edə bilər. Bundan sonra əməkdaşlığın başlanması üçün müvafiq infrastruktur, o cümlədən, avtomobil və hava nəqliyyatı, telefon rabitəsi yaratmaq məqsədilə tərəflər razılığa gəlmişlər.
Azərbaycan və İraq aarasında diplomatik əlaqələr 90-cı illərdə qurulmuşdur. İki ölkə arasında müxtəlif sahələrdə təhsil, turizm, iqtisadi və mədəni istiqamətlərdə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur.

Azərbaycan və Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin aprel ayının 22-də qurulmuşdur. İki ölkə arasında əlaqələr müxtəlif sahələri özündə əhatə edir. bura iqtisadi, siyasi, mədəni və təhsil sahələrini əlavə etmək olar.
Günümüzdə Azərbaycanla İslam dünyası arasında yüksək səviyyəli əlaqələrin qurulmasında və daha da inkişaf etdirilməsində rəsmi Bakının atmış olduğu bir sıra mühüm addımlar da önəmli rol oynayıb. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, dünya dini liderlərinin Bakıda bir neçə toplantısının keçirilməsi və s. bu sıraya aid etmək olar.
Günümüzdə də Azərbaycan İslam dünyasının bir parçası, müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, ayrı-ayrı ölkələrlə siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələri yeni mərhələyə daşıyır. Bu müsbət tendensiya Azərbaycanın İslam coğrafiyasında mövqelərini daha da möhkəmləndirir, onun nüfuzunu artırır.

Haşim Məmmədov
Şərqşünas-Araşdırmaçı

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Sosial / Dünya

19-02-2021, 18:59

Vətəndaşlarımız ötən ay ən çox hansı ölkələrə gedib?

Siyasət / Dünya

13-02-2021, 00:52

“Times of Israel”: Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdirib

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

11-02-2021, 01:05

Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğvi turistlərin artmasına necə təsir edəcək?

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

8-02-2021, 16:33

Maksim Kuryaçiy: “Rəsmi Bakı və Kiyev mövcud potensialdan tam istifadə etmir”

Siyasət / Dünya

8-02-2021, 01:21

Britaniyanın dövlət naziri Azərbaycana ilk səfərini edəcək

Siyasət / Dünya

27-01-2021, 17:14

Fransa səhvini anladı: Makron Əliyevə əl uzatdı

Siyasət / Dünya

26-01-2021, 14:48

Ermənistan Xarici İşlər Nazirliyində kütləvi istefalar

Siyasət / Dünya

23-01-2021, 12:34

Tariximizin ən böyük uğursuzluğu: Bunu düzəltməliyik

Siyasət / Dünya

23-01-2021, 12:28

Baydenin siyasətinə "trampizm"in təsirləri - Ekspert

Dünya

19-10-2020, 10:16

Bəhreynlə İsrail rəsmi diplomatik əlaqələr qurdu

Dünya

20-09-2020, 16:25

"İrana sanksiya tətbiq edə bilməzsiniz"

Dünya

12-06-2020, 14:31

Virusdan ölməkdə davam edən ermənilər və... - GƏLİŞMƏ

Son xəbərlər
  • Bugün, 14:57
    Zelenski Lukaşenkoya bir həftə vaxt verib
  • Bugün, 14:55
    Aİ Ermənistana 34 milyon avro maliyyə dəstəyi ayırıb
  • Bugün, 14:49
    Xaçmaz sakini göldə boğulub
  • Bugün, 14:47
    Bakıda narkotik dövriyyəsində təqsirləndirilən Rusiya vətəndaşlarına hökm verildi
  • Bugün, 14:45
    Türkiyə millisi Paraqvaya məğlub oldu
  • Bugün, 14:38
    Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var
  • Bugün, 14:33
    Ermənistan Ukrayna və Gürcüstana 162 ton ərik ixrac edib
  • Bugün, 11:49
    “AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
  • Dün, 18:44
    AŞPA-nın Strasburq sessiyasında Azərbaycanda transmilli repressiyalar məsələsi gündəmə gələ bilər
  • Dün, 18:30
    ABŞ-ın F-35B qırıcıları ilk dəfə Finlandiyada yerləşdirildi
  • Dün, 18:29
    Evinə oğurluğa girən şəxsi bıçaqlayaraq öldürən şəxsə 10 il həbs cəzası verildi
  • Dün, 18:26
    Azərbaycanda məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq ediləcək
  • Dün, 18:25
    Ermənistanda Misir Mərdanovun Dilican səfəri barədə yazılıb
  • Dün, 18:24
    Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşdi
  • Dün, 13:16
    Rusiyada şok: “Bütün Moskva yanır!”
  • Dün, 00:28
    İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
  • 18-06-2026, 18:15
    Rusiya Gümrüdəki hadisəyə görə Ermənistana etiraz notası göndərib
  • 18-06-2026, 18:13
    PUA hücumunda Moskvada yaralananların sayı 17-yə çatıb
  • 18-06-2026, 18:11
    Zelenski: “Ukrayna yanırsa, Moskva da yanacaq”
  • 18-06-2026, 18:10
    Sertifikasiya imtahanında 3548 müəllim iştirak edib
  • 18-06-2026, 18:09
    Neftçalada Xəzərə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
  • 18-06-2026, 18:07
    Ermənistan parlamentinin 8-ci çağırışının fəaliyyəti başa çatdı
  • 18-06-2026, 18:02
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • 18-06-2026, 16:15
    Dələduzluqda ittiham olunan Namizəd Səfərovun işi məhkəmə baxışına verildi
  • 18-06-2026, 15:01
    Moskvanın “Sadovod” bazarında dron hücumu sonrası yanğın baş verib
  • 18-06-2026, 13:12
    Azərbaycanda ilin ilk 4 ayında 11 mindən çox nikah, 6 mindən çox boşanma qeydə alınıb
  • 18-06-2026, 13:10
    Polis bir gündə 42 şübhəlini saxlayıb
  • 18-06-2026, 13:08
    Moskva istiqamətində 180-ə yaxın PUA vurulduğu bildirilib
  • 18-06-2026, 13:07
    Ukrayna Moskvaya kütləvi PUA hücumu həyata keçirib: neft emalı zavodunda yanğın baş verib
  • 18-06-2026, 13:00
    Merz: G7 Kiyevə dəstəyi artıracaq, Moskvaya təzyiqi gücləndirəcək
  • 18-06-2026, 12:58
    İlham Əliyev: “Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik”
  • 18-06-2026, 12:52
    Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
  • 18-06-2026, 11:27
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • 17-06-2026, 22:41
    “Qarabağ” Mozambik millisinin müdafiəçisini heyətinə qatıb
  • 17-06-2026, 22:37
    III ixtisas qrupu üzrə ən yüksək nəticə: 690 bal toplayan məzun fərqlənib
Daha çox
Çox oxunanlar
14-06-2026, 14:17
İran Hörmüz boğazını ödənişsiz açmağa razılaşıb – ABŞ-la razılaşma müzakirə olunur
14-06-2026, 14:19
Ələt yaxınlığında yeni yük hava limanı tikilir
15-06-2026, 13:30
Şüvəlanda it iki nəfərə hücum edib
15-06-2026, 13:34
Türkmənistan Prezidenti Azərbaycana səfər edəcək
14-06-2026, 14:16
Bakı-Naxçıvan-Bakı aviareysləri ləğv olunub
15-06-2026, 13:24
İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
Ağdamda çobanlar arasında mübahisə ölümlə nəticələnib
“86 47” kodu nə deməkdir? Trampı narahat edən gizli mesajın arxasında nə dayanır?
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə