Ukraynanın müasir sərhədləri sovet epoxasının övladıdır və tarixi rus torpaqları hesabına yaradılıb.
Bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsində yer alıb.
“Biz başa düşür və anlayırıq ki, o, əhəmiyyətli həcmdə tarixi Rusiyanın hesabına yaradılıb. 17-ci əsrdə Rusiya dövlətinə hansı ərazilərin birləşdirildiyini və Ukrayna SSR-in SSRİ-nin tərkibindən hansı ərazilərlə çıxdığını müqayisə etmək kifayətdir. SSRİ daxilindəki respublikalar arasında olan sərhədlər şərti xarakter daşıyırdı, amma 1991-ci ildə bu ərazilər, ən əsası da burada yaşayan insanlar bir saat içində ayrı sərhədlər içində qaldılar və həqiqətən tarixi vətənlərindən qoparıldılar”, – deyə o bildirib.