USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Haitinin cənubunda baş verən zəlzələ nəticəsində ən azı 52 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, bu barədə yerli Juno-7 portalı xilasedicilərin bəyanatına istinadən xəbər verir.
Qeyd edilir ki, təbii hadisə zamanı iki nəfər ölüb. Zərbə nəticəsində 191 bina dağılıb, 664 binaya ciddi ziyan dəyib, 800-dən çox ailə evsiz qalıb.
Bazar ertəsi səhər Haitinin cənubunda, təxminən 35 min nəfər əhalisi olan Ans-a-Vo kommunasından 3 km kənarda 5,3 bal gücündə zəlzələ baş verib, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Sonra təxminən 30 min nəfər əhalisi olan Ptit-Rivyer-de-Nipp yaşayış məntəqəsindən 4 km kənarda 5,1 bal gücündə ikinci zəlzələ baş verib.