Çinin Şanxay şəhərində dünyanın ən böyük konteyner gəmisi istismara verilib. Onun uzunluğu 400 metr, eni isə 61 metrdən çoxdur. Gəminin dərinliyi 25-dək konteyneri üst-üstə yükləməyə imkan verir. Bu, 22 mərtəbəli binanın hündürlüyünə bərabərdir. Konteyner gəmisinin göyərtəsinin sahəsi 24 min kvadratmetrdir. Gəmi 24 000 TEU konteyner daşıya bilir.